Icma.az
close
up
RU
Deputat: Zəngəzur layihəsi qətiyyən hansısa dövlətin əleyhinə deyil

Deputat: Zəngəzur layihəsi qətiyyən hansısa dövlətin əleyhinə deyil

Icma.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

"Bu mesaj ABŞ-nin öz maraqlarının qorunması ilə bağlı atacağı addımdan və bu məsələdə nə dərəcədə qətiyyətli olacağından xəbər verən bir haldır.  Bəlli məsələdir ki, Zəngəzur dəhlizinin açılmasına qarşı çıxan müəyyən siyasi mərkəzlər, bəzi dövlətlər mümkün qədər çalışırlar ki, bu prosesin qarşısını alsınlar. Çünki zamanında cəhd edirdilər ki, özlərinə məxsus tərzdə bir layihə reallaşdırsınlar. İstər cənub, istər şimal tərəfdən olan qonşularımız bu məsələni daha çox öz maraqları kontekstində nəzərdən keçirirdilər." 
Bu sözləri Demokrat.az-a açıqlamasında deputat Azər Allahverənov deyib. 

O bildirib ki, bu gün müəyyən dövlətlər Zəngəzur dəhlizinin açılmasından çox, onun kim tərəfindən idarə olunması və istismar edilməsi məsələlərindən narahatdırlar:
"Zəngəzur dəhlizinin təhlükəsiz şəkildə idarə olunması bilavasitə ABŞ-ın məsuliyyətində olan məsələdirsə, ABŞ da bunu müxtəlif yollarla reallaşdırmaq iqtidarındadır və burada güc elementindən istifadə olunacağı artıq şübhə doğurmur. Çünki müxtəlif insayder mənbələrdən daxil olan məlumatlara görə, hətta əlavə kontingentin Ermənistana gətirilməsi dəhlizin təhlükəsiz idarə olunması ilə bağlıdır. Bu da de-fakto NATO-nun əsas üzvü olan ABŞ-ın bölgədə, Ermənistanda daha çox təsir imkanları əldə etməsi deməkdir".
Deputat deyib ki, NATO-nun bu formada demarşından narahat olan dövlətlər faktiki olaraq müxtəlif müstəvilərdə bu layihənin əleyhinə çıxırlar:
"Reallıq odur ki, bu, böyük bir layihənin həyata keçirilməsidir və qətiyyən hansısa dövlətlərin əleyhinə deyil. Təhlükəsizlik məsələsinə gəldikdə isə bu, Azərbaycanın da əsas şərtidir. Bu dəhlizdən keçəcək yüklərin və gələcəkdə sərnişinlərin təhlükəsizliyinə zəmanət verən ABŞ-dır. Bu günə qədər başqa heç bir dövlət bu zəmanəti verməyib.
Digər tərəfdən, Zəngəzur dəhlizi Azərbaycanın əsas ərazisi ilə Naxçıvan arasında maneəsiz daşımaların təmin olunması baxımından önəmlidir. Beynəlxalq nəqliyyat dəhlizləri kontekstində də orta dəhlizin iki əsas seqmentindən biri şimal istiqamətində Tbilisi-Qars dəmir yolu ilə, digəri isə Zəngəzur dəhlizi ilə əlaqəlidir. Bu da Zəngəzur dəhlizinin beynəlxalq əhəmiyyətini sübut edir.
Layihənin əleyhinə çıxan dövlətlər, dəhlizin kim tərəfindən istismar olunmasından çox, ondan necə faydalana biləcəklərini düşünməlidir.  Əks halda, əleyhinə çıxmaqla əslində təkcə bu layihəyə yox, ümumilikdə sərbəst hərəkətə qarşı çıxmış olurlar ki, bu da xoş niyyətdən xəbər vermir."
Qeyd edək ki, ABŞ Dövlət Departamentinin sözçüsü Temmi Bryus mətbuat konfransı zamanı Zəngəzur dəhlizi ilə bağlı Rusiya və İrana xəbərdarlıq xarakterli çıxış edib. 
Əfsanə Kamal
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 13 Avqust 2025 22:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see361

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see215

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see193

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see189

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see178

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see173

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see165

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see160

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see158

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see151

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see149

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see149

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see144

Tramp Ukraynaya “Tomahawk” raketlərinin tədarükünü şəxsən dayandırdığını deyib

30 Dekabr 2025 02:02see143

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see143

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see138

Bir zamanlar möcüzə idi, indi təsirsizdir: Antibiotiklər niyə keyfiyyətsizdir?

29 Dekabr 2025 23:55see135

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see135

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see134

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri