Icma.az
close
up
RU
Zəngəzur dəhlizi ilə bağlı Paşinyanın planı: Moskva ilə gizli razılaşma? Sensasion açıqlamalar

Zəngəzur dəhlizi ilə bağlı Paşinyanın planı: Moskva ilə gizli razılaşma? Sensasion açıqlamalar

Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya tərəfindən iki dəmir yolu xəttinin bərpa edilməsini xahiş edib. Paşinyan Azərbaycan istiqamətində Arazdəyən (Yerasx) və Türkiyə istiqamətində Türk Qarakilsəsi dəmiryolu xətlərinin bərpası üçün müraciət edib. Yaxın gələcəkdə Rusiyadan Qazax-İcevan dəmir yolunun Ermənistan hissəsinin bərpa edilməsini də xahiş etmək niyyətindədir. 

Bu barədə Moderator.az-a danışan Milli Məclisin deputatı, Əməkdar jurnalist Elçin Mirzəbəyli deyib ki Paşinyanın Rusiya qarşısında dəmir yolu xətlərinin bərpası ilə bağlı müraciətini anlamaq üçün ilk növbədə Ermənistan dəmir yollarının statusuna diqqət yetirmək lazımdır:

“Ermənistan Dəmir Yolları nə Sovet dövründə, nə də ondan sonra müstəqil və suveren bir nəqliyyat şəbəkəsi olmayıb. SSRİ dövründə Ermənistan ərazisindən keçən dəmir yolu xətləri Cənubi Qafqaz (Zaqafqaziya) Dəmir Yolları sisteminin tərkib hissəsi kimi fəaliyyət göstərib və bu şəbəkə mərkəzləşdirilmiş şəkildə idarə olunub. Azərbaycanın əsas ərazisini onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə birləşdirən, indiki Zəngəzur dəhlizi coğrafiyasından keçən dəmir yolu isə hüquqi və inzibati baxımdan Azərbaycan Dəmir Yollarına tabe olub. Bu fərq prinsipial xarakter daşıyır və bu gün də aktualdır.

SSRİ-nin dağılmasından sonra Cənubi Qafqaz Dəmir Yollarının Ermənistan seqmenti faktiki olaraq Rusiya Dəmir Yollarının tabeliyində saxlanıldı və bu, Ermənistanın nəqliyyat suverenliyinin məhdudlaşmasının açıq göstəricisinə çevrildi. Məhz bu səbəbdən Paşinyanın bu gün Rusiya qarşısında Arazdəyən–Yerasx, Türk Qarakilsəsi və perspektivdə Qazax–İcevan xətlərinin bərpası ilə bağlı müraciəti yeni bir reallıq yaratmır, sadəcə mövcud asılılıq modelini yenidən aktivləşdirməyə yönəlir. Bununla belə, eyni yanaşmanı Zəngəzurdan keçən dəmir yolu hissəsinə tətbiq etmək hazırkı mərhələdə hüquqi baxımdan mümkün deyil. Çünki söhbət artıq Ermənistanın daxili dəmir yolu şəbəkəsindən deyil, beynəlxalq tranzit və dövlətlərin suveren hüquqları ilə bağlı kommunikasiya xəttindən gedir”.

Millət vəkili  vurğulayıb ki, məhz bu nöqtədə Ermənistanın mümkün manevr planları ortaya çıxır: 

“İstisna deyil ki, İrəvan Rusiya ilə yeni bir müqavilə bağlayaraq Zəngəzurdan keçəcək dəmir yolunun inşasını və istismarını Rusiya Dəmir Yollarına həvalə etməyə çalışsın. Paralel olaraq avtomobil yolunun ABŞ-nin iştirakı ilə yaradılan ortaq şirkət vasitəsilə idarə olunması variantı gündəmə gətirilə bilər. Bu yanaşma Paşinyanın klassik balans siyasətinin növbəti nümunəsidir: bir tərəfdən Rusiyanı prosesdən kənarlaşdırmamaq, digər tərəfdən isə Qərbə “alternativ iştirak” görüntüsü vermək.

Lakin bu balans siyasəti mahiyyət etibarilə ziddiyyətlidir. Görünən odur ki, Paşinyan eyni vaxtda həm Moskvanı, həm də Qərbi razı salacaq mexanizm axtarır, amma praktikada bunun əksi baş verir. Avropa İttifaqı ilə koordinasiya görüntüsü altında ABŞ-nin regionda real təsir imkanlarını zəiflədən addımlar atılır, Vaşinqtonun təşəbbüsləri dolayısı ilə sabotaj edilir. Bu isə Ermənistanın nə müstəqil tranzit ölkəyə çevrilməsinə, nə də regional etimadın formalaşmasına xidmət edir”.

Millət vəkili  Ermənistanın Azərbaycandan neft və neft məhsulları almağa davam etməsi sırf iqtisadi deyil, həm də logistika məcburiyyətindən doğan seçim olduğuna diqqət çəkib:

“Dəmir yolu xətlərinin bərpası bu asılılığı daha da institusionallaşdıra bilər. Rusiya isə bu layihələri regionda təsirini qorumaq və Ermənistan üzərində nəzarət mexanizmlərini dərinləşdirmək üçün əlverişli alət kimi görür. Nəticə etibarilə, Paşinyanın müraciətləri Ermənistanın regional kommunikasiyalara açılması istiqamətində strateji dönüşdən daha çox, böyük güclər arasında manevr etmək cəhdidir və bu cəhdlər uzunmüddətli perspektivdə Ermənistanın suverenliyini möhkəmləndirməkdən çox, onu yeni “balanslı asılılığa” sürükləyir”.

Mehin Mehmanqızı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:65
embedMənbə:https://moderator.az
archiveBu xəbər 20 Dekabr 2025 11:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see654

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see253

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see252

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see241

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see210

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see208

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see199

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see178

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see175

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see167

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see164

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see159

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see158

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see151

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see150

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see150

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see149

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see146

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see144

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri