Icma.az
close
up
RU
Zəngəzur dəhlizi ilə bağlı sürpriz gəlişmə...

Zəngəzur dəhlizi ilə bağlı sürpriz gəlişmə...

Axar.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Axar.az türkiyəli politoloq Engin Özərin Globalinfo.az-a müsahibəsini təqdim edir:

- İstanbulun keçmiş bələdiyyə sədri Əkrəm İmamoğlu və digərlərinə qarşı aparılan “casusluq işi” üzrə şübhəli şəxs Hüseyn Günün telefonunda yüksək vəzifəli şəxslərə məxsus əlaqə nömrələri müəyyən edilib. Aşkarlanan 34 əlaqə nömrəsi arasında Ermənistanın keçmiş prezidenti Armen Sərkisyan, sabiq baş nazir Karen Karapetyan, Donald Trampın baş assistenti, İsrailin keçmiş baş naziri Ehud Olmert, mərhum prezident Şimon Peresin oğlu da yer alır. Hüseyn Gün açıqlamasında bu nömrələrin onun keçmiş biznes və iqtisadi fəaliyyətləri ilə əlaqədar olduğunu bildirib. Hüseyn Günün bu kripto fəaliyyəti Türkiyə üçün hansı təhlükə və təhdid yaradır? Keçmiş İstanbul Böyükşəhər Bələdiyyə Başçısı Əkrəm İmamoğlu casusluq istintaqının mərkəzində yer alır. İmamoğlu ilə bağlı istintaq sizcə, necə başa çatacaq?

- Əslində, bu gün bu məsələ barədə çox məlumatımız yoxdur. Hüseyn Gün əsasən lobbiçilik fəaliyyəti göstərən və kripto proqram təminatı hazırlayan bir adamdır. İmamoğlu isə əlbəttə ki, həbs ediləcək və məhkəmə qarşısına çıxarılacaq. Bildiyiniz kimi seçki prosesində İmamoğlu Britaniya səfiri ilə görüşmüşdü. Və ingilislər Ərdoğandan sonrakı dövrdə prezidentliyə ən güclü namizəd olaraq İmamoğlunu görürdülər. Yəni onun belə bir siyasi əlaqələri var, amma bunu casusluq fəaliyyəti hesab etmək bir az böyük iddiadır. Onlarla əməkdaşlıq edirdi və bu zatən qeydə alınıb.

- Bu məsələnin fonunda ötən gün Böyük Britaniya Baş naziri Starmerin Türkiyəyə səfəri diqqət çəkir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşünü “tarixi bir gün” adlandıran Starmer Böyük Britaniya ilə Türkiyə arasında ikitərəfli əməkdaşlığın ilk çərçivəsi olan strateji tərəfdaşlığı elan etdiklərini deyib. O, Böyük Britaniyanın Türkiyəyə 20 ədəd “Eurofighter Typhoon” qırıcı təyyarəsi verəcəyini və gələcəkdə bu tədarükün artırılacağını qeyd edib. “Bu, NATO daxilində təhlükəsizliyi dərinləşdirəcək və gücləndirəcək. Müdafiə sənayesində qarşılıqlı əməkdaşlığı gücləndirəcək” deyə o, əlavə edib. Mövcud beynəlxalq münasibətlər sistemi kontekstində Böyük Britaniya ilə Türkiyə arasında strateji tərəfdaşlığın yeni səviyyəsini şərh edərdiniz. Və Starmerin səfəri ilə Hüseyn Gün hadisəsi arasında hər hansı əlaqə ola bilərmi?

- Türkiyə-Böyük Britaniya münasibətləri 2016-cı ildən bəri tarixdə ən yüksək səviyyədədir. Türkiyənin siyasətində dəyişiklik var. Böyük Britaniyadan ABŞ-a doğru strateji genişlənmə aparılır. Bu hadisə ehtimal ki, Starmer ilə müzakirə olunmayıb. Çünki bu təyyarələrin tədarükü ilə bağlı danışıqlar artıq uzun müddətdir ki, aparılır. Bu məqamda yeni araşdırmalar ola bilər. Hətta istintaq nəticəsində hökumətə yaxın şəxslər də açıqlana bilər.

- Dünən Azərbaycan və Türkiyə Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib. Siyasi məsləhətləşmələrdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunub. Bundan əlavə, Ermənistanın Baş naziri Nikol Paşinyan Türkiyədən Azərbaycana və Azərbaycandan Türkiyəyə yük maşınlarının tranzitini təmin etməyə hazır olduqlarını bildirib. O, “Azərbaycan bizim üçün tranzit məhdudiyyətlərini qaldırdığı kimi, biz də Azərbaycan üçün tranzit məhdudiyyətlərini qaldırırıq” deyib. Bundan əvvəl Azərbaycan Prezidenti İlham Əliyev Ermənistana bütün yük daşımalarına qoyulan məhdudiyyətlərin aradan qaldırıldığını elan etmişdi. Bu prosesi necə dəyərləndirirsiniz? Bütün bunların fonunda Türkiyə Ermənistanla sərhədi açacaqmı və bu ölkə ilə diplomatik münasibətləri bərpa edəcəkmi, yoxsa Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını gözləyəcək?

- Biz hazırda Zəngəzur dəhlizi açıldıqdan sonrakı prosesin sınaqlarını görürük. Çox müsbət irəliləyiş kimi dəyərləndirirəm. Bu cür proseslər addım-addım irəliləyir. Bundan sonra Türkiyə-Ermənistan sərhədinin açılması baş verə bilər. Və Türkiyə Ermənistanla yenidən diplomatik münasibətlər quracaq. Buradan belə başa düşürük ki, prosesin davamında Zəngəzur dəhlizi ilə bağlı razılaşma əldə olunacaq.

- Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanı gələn ilin yazında İrəvanda keçiriləcək “Avropa Siyasi Birliyi”nin sammitinə dəvət etdiklərini bildirib. Sizcə, bu dəvətə Azərbaycan və Türkiyə necə cavab verəcək?

- Əlbəttə, Ərdoğan bu zirvəyə qatılacaq. Avropa İttifaqı (Aİ) nöqteyi-nəzərindən də bu böyük bir qazanc və uğurdur. Ermənistan-Türkiyə münasibətlərinin normallaşması və iki ölkənin də Aİ-yə üzv olması həqiqətən də təşkilat üçün böyük bir siyasi uğurdur. Çünki Ermənistan Türkiyəsiz Aİ ilə bağlı hər hansı əlaqə qura bilməz.

- Monteneqroda həftə sonu bir yerli sakinin bıçaqlanmasından sonra baş verən zorakılıq hadisələri nəticəsində onlarla Türkiyə vətəndaşı və azərbaycanlılar saxlanılıb. Polis paytaxt Podqoritsanın Zabjelo bölgəsində yerli bir sakinin türklər tərəfindən bıçaqla yaralandığını bildirib. Baş nazir Miloyko Spajiç Türkiyə vətəndaşları üçün vizasız səyahətin müvəqqəti olaraq dayandırılacağını açıqlayıb. Azərbaycan Xarici İşlər Nazirliyi bu hadisə ilə bağlı açıqlama verməyib. Türkiyə Xarici İşlər Nazirliyi hadisələri “təəssüf doğuran” kimi qiymətləndirib, hadisələrin baş verməsindən sonra Monteneqro rəsmiləri ilə əlaqə saxlanıldığını və Türkiyə vətəndaşlarının təhlükəsizliyi üçün tədbirlərin görüldüyünü açıqlayıb. Rəsmilər bildirirlər ki, son zamanlar Türkiyədən Monteneqroya biznes qurmaq və ya iş axtarmaq üçün köçən insanların sayında artım müşahidə olunur. Bəhs olunan hadisəyə bu cür reaksiya verilməsi nə ilə bağlıdır? Avropada Türkiyə vətəndaşlarına münasibəti necə qiymətləndirərdiniz?

- Bu məsələ tamamilə Türkiyə vətəndaşlarının günahından qaynaqlanır. Mən də bir vaxtlar paytaxt Podqoritsada olmuşam. Orada adətən Türkiyədən qaçan mafiya üzvləri məskunlaşırlar. Türkiyə vətəndaşlarının etdiyi təqib səbəbindən dava baş verib. Üç nəfər bir Monteneqrolu serbə hücum edərək onu bıçaqlayıblar. Bu cür hadisələrə adətən belə reaksiya göstərirlər. Vizasız rejimdən sonra Türkiyədəki qanunsuz immiqrantlar əsasən Monteneqro və Serbiya kimi ölkələrdə sığınacaq axtarmağa başladılar. Kosovo və Gürcüstana vizasız getmək mümkündür. Bir müddət sonra vəziyyət yenidən sakitləşəcək. Burada Monteneqronu günahlandırmaq üçün heç bir səbəb görmürəm.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:213
embedMənbə:https://axar.az
archiveBu xəbər 28 Oktyabr 2025 16:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see372

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see368

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see345

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see340

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see339

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see305

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see297

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see274

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see272

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see251

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see245

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see229

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see213

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see210

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see203

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see203

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see201

Второй день мероприятий OBS Global в ОАЭ

25 Oktyabr 2026 00:17see179

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see173

Anamla atam ailə qurmağımı istəyir

25 Oktyabr 2026 00:12see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri