Icma.az
close
up
RU
Zəngəzur dəhlizi layihəsi böyük potensiala malikdir

Zəngəzur dəhlizi layihəsi böyük potensiala malikdir

Ses qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycanın sıx, tarixi əlaqələrə malik olduğu türk dövlətlərindən biri də Qazaxıstandır. Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında diplomatik əlaqələr 1992-ci il avqustun 30-da yaradılıb. 1993-cü ilin yanvarında Qazaxıstanın Azərbaycanda, 2004-cü ilin martında isə Azərbaycanın bu ölkədə səfirlikləri fəaliyyətə başlayıb. 2008-ci ilin sentyabrında Azərbaycanın Qazaxıstanın Aktau şəhərində baş konsulluğu açılıb. Dövlət başçılarımızın sıx münasibətləri ölkələrimiz arasında əlaqələrə mühüm töhfə verir, ikitərəfli əməkdaşlığın yüksələn xətlə inkişafına və daha da güclənməsinə xidmət edir. İki dost və qardaş dövlətlər arasında əlaqələrin möhkəmlənməsinə dövlət rəhbərlərinin sıx münasibətləri mühüm töhfə verir, ikitərəfli əməkdaşlığın yüksələn xətlə inkişafına və daha da güclənməsinə xidmət edir.

Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 20-də Qazaxıstana dövlət səfəri, müzakirə edilən mövzular, əldə edilən razılaşmalar mühüm əhəmiyyət kəsb edir. Səfər regionla yanaşı, Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələr üçün də mühüm əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin səfəri Azərbaycanın artan nüfuzunu, rəsmi Bakının qlobal oyunçuya çevrildiyini sübut edən önəmli faktorlardan biri sayılır. Astana hava limanında Prezidentin şərəfinə fəxri qarovul dəstəsinin düzülməsi, Qazaxıstan dövlət başçısı Kasım-Jomart Tokayevin İlham Əliyevi şəxsən qarşılaması və səfər bitdikdən sonra hava limanından yola salması Azərbaycan liderinin nüfuzundan xəbər verir. Bu, Azərbaycan liderinin dünyada və regionda artan nüfuzunun, rəsmi Bakının bir sıra regional məsələlərdə həlledici rolunun, İlham Əliyevin xarici siyasət prioritetlərinin əsas istiqamətinin TDT üzv ölkələri olmasının növbəti təzahürüdür.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin müraciətində Azərbaycan və Qazaxıstanı dost dövlətlər olmaqla yanaşı, qardaş xalq və millətlər adlandırması rəsmi Bakının və məhz İlham Əliyevin TDT çərçivəsində atdığı uğurlu addımlar, birgə layihələri koordinasiya etməsi, bir çox sahədə əməkdaşlığı dərinləşdirməsinin bariz nümunəsidir.

Prezident Tokayev səfərin əhəmiyyətinə toxunaraq deyib: “Bu səfər çox mühüm, deyə bilərəm ki, strateji tərəfdaşlığın, müttəfiqlik münasibətlərinin, nəhayət, qardaş xalqlarımız və dövlətlərimiz arasında dostluğun möhkəmlənməsi baxımından çox mühüm əhəmiyyətə malikdir.”

Prezident İlham Əliyev səfərin əhəmiyyətinə toxunaraq bildirib: “Müzakirə edilən mövzular üzrə mövqelərin tam uyğun gəlməsi, həmçinin müttəfiqlik qarşılıqlı fəaliyyətimizin möhkəmlənməsinə istiqamətlənmək sevindirici haldır.” Bu sözlər hər iki liderin münasibətlərə yalnız rəsmi çərçivədə deyil, mənəvi və mədəni baxımdan da dərin yanaşdığını sübut edir. İmzalanan sənədlər arasında iqtisadi əməkdaşlıqdan əlavə, mədəni və humanitar sahələri də əhatə edən razılaşmaların olması diqqətçəkicidir. Bu, Azərbaycan və Qazaxıstanın əlaqələrinin təkcə dövlətlərarası deyil, xalqlar səviyyəsində də möhkəmlənəcəyini göstərir.

Astanada keçirilən səfərin daha bir mühüm hissəsi “Orta Dəhlizin inkişafı” birgə layihəsinin təqdimatı oldu. Bu layihə Çin, Mərkəzi Asiya, Xəzər dənizi, Qafqaz və Avropa istiqamətində beynəlxalq nəqliyyat marşrutunun səmərəliliyini artırmağı hədəfləyir. Layihə üzrə yaxın illərdə daşınan yüklərin həcminin üç dəfə artacağı proqnozlaşdırılır. Azərbaycan bu dəhlizdə əsas körpü rolunu oynayır. Xəzər dənizindəki limanlar, Bakı-Tbilisi-Qars dəmir yolu, həmçinin Naxçıvanın gələcək tranzit potensialı layihənin əsas komponentləri sırasındadır.

Prezident İlham Əliyev bu kontekstdə vurğulayıb: “Hazırda planlaşdırdığımız və həyata keçirdiyimiz bütün işlərlə yanaşı, Zəngəzur dəhlizi layihəsi də böyük potensiala malikdir. Azərbaycan ərazisində bütün avtomobil və dəmir yolu əlaqələri gələn ilin ortalarına qədər tamamlanacaq. Ümid edirik ki, digər ölkələrin ərazisində də hər şey belə sürətlə reallaşdırılacaq və belə olan halda, Zəngəzur dəhlizinin açılması 2028-ci ilin sonuna qədər baş verə bilər”. Bu fikir göstərir ki, Azərbaycanın nəqliyyat siyasəti artıq regional səviyyədən qlobal miqyasda strateji əhəmiyyət kəsb edən sistemə çevrilib. “Orta Dəhliz”in gələcək inkişafında Naxçıvanın tranzit mərkəzə çevrilməsi isə həm iqtisadi, həm də geosiyasi baxımdan mühüm nəticələr doğuracaq.

Prezident Tokayev orta dəhlizin əhəmiyyətini vurğulayaraq deyib: “Keçən il bu marşrut üzrə yükdaşımaların həcmi 62 faiz artıb və 4,5 milyon ton təşkil edib. Bu ilin nəticələri də ümidvericidir, artım 2 faiz təşkil edib. Xarici tərəfdaşlarla “darısqal yerlər” adlanan problemlərin sinxron şəkildə aradan qaldırılması, dəhliz boyunca uzunmüddətli vahid tariflərin müəyyənləşdirilməsi üzərində işləyirik. Sözsüz ki, bu, səmərəliliyi artıracaq, bütün marşrut üzrə fasiləsiz tədarükləri təmin edəcək və bizim planlaşdırdığımız kimi, yükdaşımaların həcmini 10 milyon tona çatdırmağa imkan verəcək.” Bu ifadələr özlüyündə sübut edir ki, qarşılıqlı iqtisadi-ticari maraqlar yüksək səviyyədə inkişaf edir.

Bütün bunlar deməyə əsas verir ki, artıq türk dünyası demək olar ki, bütün sahələrdə sıx əməkdaşlığa start verib. Prezidentin Qazaxıstan səfəri isə TDT ölkələrinin texnoloji formatda da əməkdaşlığa başladığı məlum olub. Prezident İlham Əliyevin xüsusi səyi və xidmətləri isə TDT-nin geosiyasi subyektə çevrilməsi ilə nəticələnir.

Niyaməddin Əsgərov

Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının sədr müavini

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:236
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 23 Oktyabr 2025 10:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see395

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see306

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see287

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see278

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see268

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see264

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see257

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see256

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see253

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see238

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see222

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see217

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see215

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see213

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see212

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see211

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see211

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see207

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see201

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri