Icma.az
close
up
RU
Zəngəzur dəhlizi regionda yeni iqtisadi, nəqliyyat və kommunikasiya əlaqələrinin qurulmasına mühüm töhfə verəcək

Zəngəzur dəhlizi regionda yeni iqtisadi, nəqliyyat və kommunikasiya əlaqələrinin qurulmasına mühüm töhfə verəcək

Icma.az bildirir, Ses qazeti portalına istinadən.

44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz Azərbaycanın beynəlxalq hüquq çərçivəsində haqlı mövqeyini, ədaləti təsdiqləməklə yanaşı, regionda yeni nəqliyyat-kommunikasiya imkanlarının yaranmasına zəmin yaratdı. Azərbaycanın hərbi-siyasi Qələbəsinin, Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın müddəalarına əsasən, Zəngəzur dəhlizinin açılması təmin olunmalıdır. Lakin həmin vaxtdan ötən dövr ərzində Ermənistanın hər vəchlə buna mane olmağa çalışdığı göz önündədir. Bu dəhlizin açılması yalnız Azərbaycanın deyil, eyni zamanda, regionun digər dövlətlərinin də maraqlarına cavab verir. Beynəlxalq mütəxəssislərin hesablamalarına görə, Zəngəzur dəhlizinin bərpası ilə Avropa ilə Asiya qitələri arasında ticarət dövriyyəsinin həcmi daha böyük rəqəmlərlə ifadə ediləcək. Bu dəhliz yüklərin qısa müddətdə mənzil başına çatdırılması, nəqliyyat xərclərinin azalması baxımından ölkələrə, şirkətlərə əlavə qazanc gətirəcək.

Zəngəzur dəhlizi Azərbaycanı region dövlətləri ilə yanaşı, Mərkəzi Asiya ilə Türkiyə və Avropanı birləşdirəcək. Çindən, Mərkəzi Asiya respublikalarından, eləcə də Cənub- Şərqi Asiyanın başqa ölkələrindən Avropaya daşınan yüklər Bakı Beynəlxalq Dəniz Ticarət Limanına, oradan isə Zəngəzur dəhlizi vasitəsilə Türkiyə və Şərqi Avropa ölkələrinə çatdırılacaq.
Təsadüfi deyil ki, son illərdə Azərbaycanda həyata keçirilən iqtisadi islahatların nəticəsi olaraq Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yükaşırma qabiliyyəti daha da artıb. Bu ilin yanvarında keçirilən nəqliyyat məsələlərinə həsr olunan müşavirədə də dövlət başçısı İlham Əliyev Azərbaycanın nəqliyyat sektorunda qazandığı uğurlara, perspektivlərə diqqəti yönəldərək bildirdi ki, Azərbaycanın coğrafi vəziyyəti elədir ki, bizim ərazimizdən beynəlxalq nəqliyyat dəhlizləri keçir və ona görə keçir ki, biz bu coğrafi vəziyyətdən səmərəli şəkildə istifadə edə bilmişik. Sadəcə olaraq, coğrafi yerləşmə hələ o demək deyil ki, hər hansı bir ölkə nəqliyyat qovşağına çevrilə bilər. Biz isə ardıcıl olaraq beynəlxalq nəqliyyat dəhlizlərinin Azərbaycan ərazisindən keçməsinə maraq göstərmişik, səylər göstərmişik və praktiki işlər görmüşük. Bir sözlə, bu gün Azərbaycan Avrasiyanın əvəzolunmaz nəqliyyat mərkəzlərindən birinə çevrilib. Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə bildirib.
Millət vəkili qeyd edib ki, yeni layihələr arasında Zəngəzur dəhlizi xüsusi qeyd edilir. Bu gün Zəngəzur dəhlizi artıq dünyada qəbul edilmiş ifadə, termindir. Dövlətimiz bu dəhlizin açılması üçün praktiki addımları atır. Ermənistan tərəfi dörd ildən çoxdur ki, 10 noyabr üçtərəfli Bəyanatında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir. Həmin Bəyanatda açıq-aydın göstərilir ki, Azərbaycanın əsas hissəsi ilə onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat bağlantısı olmalıdır. Ermənistan isə buna əməl etmir, müxtəlif bəhanələr gətirərək, müxtəlif qeyri-real və cəfəng layihələri ortaya ataraq, sadəcə olaraq, beynəlxalq ictimaiyyətin fikrini çaşdırmaq istəyir. Eyni zamanda, Ermənistan və onun havadarları Azərbaycana qarşı müxtəlif dairələrdə çirkin kampaniyaların aparılmasına rəvac verirlər. Bunun nəticəsində faktiki olaraq bu günə qədər Azərbaycanın ayrılmaz hissəsi - Naxçıvan Muxtar Respublikası ilə bizim ən qısa və ən rahat bağlantımız yoxdur.
Vüqar Rəhimzadə vurğulayıb ki, nəqliyyat infrastrukturunun beynəlxalq əhəmiyyətini nəzərə alaraq onun keçəcəyi ərazidə inşaat işlərini sürətləndirən Azərbaycanın dəmir və avtomobil yollarında tikinti işlərinin xeyli hissəsi icra olunub. Zəngəzur dəhlizinin bərpasının əsas məqsədlərindən biri də respublikamızın digər rayonları ilə muxtar respublika arasında dəmir və avtomobil yollarının bərpası nəticəsində Türkiyə də daxil olmaqla türk dünyasının coğrafi bağlantısı, tarixi ədalət bərpa olunacaq. 10 noyabr 2020-ci il tarixili üçtərəfli Bəyanatda, qardaş Türkiyə ilə Azərbaycanın qardaşlığının, dostluğunun, müttəfiqliyinin rəsmiləşdirildiyi tarixi Şuşa Bəyannaməsində bölgədə əməkdaşlığın, sülhün təminatının başlıca amili kimi analoqu olmayan platforma adlandırılan Zəngəzur dəhlizinin açılması məsələsi öz əksini tapıb.
Milli Məclisin deputatı vurğulayıb ki, Prezident İlham Əliyevin iqtisa¬di şaxələndirmə siyasətində əlverişli coğrafi mövqeyi olan ölkəmizin tranzit potensialının reallaşdırılması mühüm önəm daşıyır. Nəqliyyat sektorunun bütün sahələrində xid¬mət infrastrukturları modernləşdirilir, yol təsərrüfatının yenidən qurulması ilə bağlı layihələr həyata keçirilir, çoxsaylı yol ötürücüləri, kör¬pülər, tunellər, yeraltı və yerüstü piyada keçidləri inşa olunur. Tarixi İpək Yolu üzərində geniş iqtisadi zo¬lağın yaradılmasının dəstəkçisi və iştirakçısı olan Azər¬baycan həm də digər dəhlizlərlə müqayisədə Zəngəzur dəhlizi vasitəsilə yüklərin ölkəmizin ərazisindən keçməklə müxtə¬lif istiqamətlərə tranzit daşımalarının səmərə¬li təşkilinə etibarlı təminat verir, daha əlverişli şərtlərlə qısa müddətdə, təhlükəsiz və vaxtında mənzil başına çatdırılmasına, tranzit daşımaların həcminin dəfələrlə artmasına imkan yaradır. İşğaldan azad edilən Qarabağ regionunun coğrafi mövqeyi, ərazidən Avropaya və Asiya¬ya çıxış imkanlarının artması isə Azərbaycanın beynəlxalq nəqliyyat-kommunikasiya və dəhliz layihələrində bundan sonra daha fəal iştirakını gücləndirəcək.
Vüqar Rəhimzadə onu da qeyd edib ki, Ermənistan Zəngəzur dəhlizinin açılmasına mane olmaq istəsə də dünyada söz sahibi olan ölkələr buna imkan verməyəcəklər. Çin, Rusiya və Türkiyə kimi beynəlxalq arenada söz sahibi olan ölkələr bu dəhlizin açılmasında israrlıdırlar. Türk dünyasına açılan qapı kimi dəyərləndirilən Zəngəzur dəhlizinin açılması tarixi ədalətin bərpası olacaq. Qərbi Zəngəzurun 1920-ci ildə sovet hakimiyyəti tərəfindən Azərbaycandan qoparılaraq Ermənistana verilməsi ilə xalqımıza qarşı cinayət törədilib. Azərbaycan xalqı Zəngəzuru unutmamış və unutmur. Türkiyə bu məsələdə Azərbaycanın haqlı mövqeyini qətiyyətlə dəstəkləyir.
Millət vəkili bildirib ki, bu dəhliz nəqliyyat əlaqələrini gücləndirəcək, yeni iqtisadi imkanlar yaradacaq və regionun inkişafına mühüm töhfə verəcək. Azərbaycan və Türkiyə prezidentləri tərəfindən təməli qoyulan Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun (Zəngəzur dəhlizi) tikintisi hazırda 93 faiz səviyyəsində tamamlanıb. Bu dəhliz strateji əhəmiyyətə malik və regionda yeni iqtisadi, nəqliyyat və kommunikasiya əlaqələrinin qurulmasına töhfə verən bir layihədir. Zəngəzur dəhlizi yalnız infrastruktur layihəsi olmaqla kifayətlənmir, həm də regional inteqrasiyanın mühüm bir hissəsidir. Bu yol yalnız nəqliyyat sistemini gücləndirmək deyil, həm də regionda iqtisadiyyatın inkişafını sürətləndirmək və strateji əlaqələri gücləndirmək üçün mühüm bir vasitə olacaq. Dövlət başçısı İlham Əliyev bu çağırışı edir ki, Zəngəzur dəhlizi açılmalıdır və açılacaqdır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:79
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 17 Aprel 2025 11:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see257

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see239

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see229

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see227

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see225

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see214

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see206

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see199

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see183

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see175

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see168

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see167

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see165

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see162

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see160

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see153

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see151

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see150

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see148

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see148
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri