Icma.az
close
up
RU
Zəngəzur dəhlizi: Zəfərin açdığı qapı və regional fayda

Zəngəzur dəhlizi: Zəfərin açdığı qapı və regional fayda

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Bu “döyüşdə” uduzan yox, udan var

“Mən inanmıram ki, Ermənistan bu məsələdən boyun qaçırsın, bu, özünəqəsd kimi qiymətləndirilə bilər”. Prezident İlham Əliyev yanvarın 5-də yerli telekanallara müsahibəsi zamanı Zəngəzur dəhlizi ilə bağlı sualı cavablandırarkən bunu deyib. Dövlətimizin başçısının mövzuya dair digər dəyərli fikirləri də var.

Əvvəla, məlum olur ki, Azərbaycan Zəngəzur dəhlizi məsələsini İkinci Qarabağ müharibəsindən, demək olar, dərhal sonra icra etməyə başlayıb. Deməli, hələ ilkin mərhələdə Prezident İlham Əliyev regional gündəliyin strateji rakursunu düşünüb. “Səhv etmirəmsə, 2021-ci ilin əvvəlində artıq o dəmir yolunun təməli də qoyuldu. Yəni sözün düzü, məndə şübhə yox idi ki, bu yol açılacaq. Əgər şübhə olsaydı, yəqin ki, biz bu qədər vəsait qoymazdıq. Hətta müsahibələrin birində də demişdim ki, istənilən yolla açılacaq”, - deyən dövlətimizin başçısının 44 günlük müharibədən sonrakı daha bir fikrinə nəzər salaq: “Zəngəzur dəhlizinin yaradılması bizim milli, tarixi və gələcək maraqlarımıza tam cavab verir. Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də. İstəsə, daha asan həll edəcəyik, istəməsə də zorla həll edəcəyik. Necə ki, mən müharibədən əvvəl və müharibə dövründə demişdim ki, bizim torpağımızdan öz xoşunuzla rədd olun, yoxsa sizi zorla çıxaracağıq. Belə də oldu. Zəngəzur dəhlizinin taleyi də eyni olacaq. Bizim əsas rəqibimiz zamandır. Çünki dəmir yolunun, avtomobil yolunun çəkilişi vaxt tələb edir. Ona görə bütün güclər səfərbər olunub ki, bu layihə icra edilsin. Beləliklə, Azərbaycan xalqı 101 il bundan əvvəl bizim əlimizdən alınmış Zəngəzura qayıdacaqdır”.

Bəli, zaman artıq yetişib. Zaman həm də ona görə yetişib ki, təminat var. Söhbət ABŞ-ın, daha doğrusu, Prezident Donald Trampın imzasından və adından gedir. Prezident İlham Əliyevin əvvəl diqqətə çatdırdığımız iqtibasdakı Ermənistana yönələn özünəqəsd məntiqi isə rəsmi İrəvanın məsələdən boyun qaçırmasının mümkünsüz olduğuna işarədir. Ancaq dövlətimizin başçısı fərqli ritorikaya, qarşı tərəfi həvəsləndirməyə üstünlük verir və bildirir ki, Azərbaycanın Ermənistan sərhədinə gedən yolları, yəni həm dəmir, həm avtomobil yolu tezliklə hazır olacaq. “Avtomobil yolunun hazırlığı təxminən 95 faizdir. Dəmir yolunun fiziki hazırlığı 70 faizdir. Biz işi sürətləndirə də bilərik. Amma Ermənistan ərazisində hələ heç bir iş görülmədiyi üçün buna da böyük ehtiyac görmürük. Çünki Ermənistan ərazisində 42 kilometr yol inşa edilməlidir”.

Göründüyü kimi, Prezident İlham Əliyev Ermənistana ötən il avqustun 8-də Vaşinqtonda Prezident Trampın şahid imzası ilə təsdiqlənmiş Birgə Bəyannamə üzrə öhdəliklərinin yerinə yetirilməsinin vacibliyini xatırladır. Başlıca mesaj budur. Eyni zamanda, əsas məqamlardan bir Birgə Bəyannamənin “Tramp marşrutu” kazusunun, əslində, Naxçıvana maneəsiz yol olduğunun vurğulanmasıdır. Yeri gəlmişkən, ölkəmizin lideri Zəngəzur dəhlizi üzrə görülən işlərin Naxçıvan istiqamətindən də bəhs edib: “Paralel olaraq Naxçıvan ərazisində, – bildiyiniz kimi, yolun uzunluğu təxminən 190 kilometrdir, – onun böyük hissəsi var. Düzdür, vəziyyəti o qədər də yaxşı deyil, ancaq bu gün mövcud ola biləcək yükləri aparmaq üçün o yol kifayət edir. Həm Ordubad, həm də Sədərək istiqamətində olmayan hissələr də var. İndi biz orada olmayan dəmir yollarını tikməyə başlamışıq və hesab edirəm ki, bir-iki ilə o da başa çatacaq”.

Həvəsləndirməkdən söz düşmüşkən, Prezident İlham Əliyev müsahibəsində Zəngəzur dəhlizi layihəsinin, yəni qlobal “Tramp marşrutu”nun bütün detallarına ətraflı aydınlıq gətirib. Dövlətimizin başçısı layihənin yükötürmə qabiliyyətinin 15 milyon tona bərabər olacağını, həm Şərq–Qərb, həm də Şərq–Cənub, habelə Şimal–Cənub yolunun bir qoluna çevriləcəyini açıqlayıb. “Çünki bu gün Şimal–Cənub layihəsi deyəndə, ilk növbədə, Rusiya–Azərbaycan–İran, yəni Rəşt–Astara yolu nəzərdə tutulur. Bu yol da vacibdir. Ancaq Zəngəzur dəhlizi açılandan sonra sovet vaxtı mövcud olmuş Sovet İttifaqı–İran yolu yenə də bərpa ediləcək. Yəni ki, Rusiya–Bakı–Ağbənd–Ermənistan–Naxçıvan–Culfa–Fars körfəzi – bu, Şimal–Cənub marşrutunun ikinci yolu olacaq. Bu, eyni zamanda, Orta Dəhlizin də ikinci yolu olacaq və təbii ki, yükaşırma qabiliyyəti artacaq. Yol Naxçıvandan iki istiqamət üzrə davam edəcək. Bir istiqamət Türkiyə–Avropa, bir istiqamət isə İran, Fars körfəzi və Yaxın Şərq. Qeyd etdiyim kimi, bunun əsas, necə deyərlər, istiqamətverici tərəfi də biz olacağıq. Yüklər Azərbaycanda cəmləşəcək və Azərbaycandan müxtəlif istiqamətlərə gedəcək. Ona görə də Zəngəzur dəhlizinin reallaşması artıq həll olunmuş məsələ kimi qəbul edilməlidir”, - deyən dövlətimizin başçısının, təxminən, buna bənzər fikirləri ötən ilin avqustunda Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində dilə gətirdiyi də məlumdur. Ölkəmizin lideri həmin müsahibəsində Zəngəzur dəhlizi, ümumən, Tramp bağlantı layihəsinin regiondakı və regiona tarixən bağlı ölkələr üçün uduş gətirəcəyini əminliklə vurğulamışdı ki, bunun özü də müstəsna təminatdır. Deməli, qalır Ermənistanın Zəngəzur dəhlizi xüsusunda qətiyyət göstərməsi. Dövlətimizin başçısı buna ümidlidir: “Ermənistandan da gələn xəbərlər onu göstərir ki, bu il bu yolun fiziki tikintisi nəzərdə tutulur”.

Zəngəzur dəhlizinin timsalında “Tramp marşrutu”nun bütün seqmentlərinə toxunan Prezident İlham Əliyev fikirləri ilə regional kommunikasiyaların işləkliyi baxımından son dərəcə mühüm trayektoriya cızır ki, bu trayektoriyada mahiyyət etibarilə başlıca halqa Türkiyə, köməkçi halqa isə İrandır. Bu zaman dövlətimizin başçısı müsahibəsində diqqəti Qars–Naxçıvan dəmir yolunun tikintisi ilə bağlı qardaş ölkənin qəbul etdiyi qərara çəkir və bildirir ki, Naxçıvandan Qarsa qədər və faktiki olaraq, Türkiyənin dəmir yolları şəbəkəsinə tam bağlantı olacaq. “Çünki Naxçıvanı Türkiyə ilə də birləşdirə biləcək dəmir yolu mütləq olmalıdır və bütün bu layihələr təbii ki, koordinasiya şəklində aparılmalıdır”, - deyən Prezident İlham Əliyev ölkəmizin ərazisində Zəngəzur dəhlizi ilə bağlı artıq heç bir problemin qalmadığının anonsunu verir.

Regional kommunikasiyaların açılmasının İran seqmentinə gəldikdə, dövlətimizin başçısı Azərbaycanın təşəbbüsü ilə Ağbənd qəsəbəsində Arazın üzərindən körpünün inşa edildiyini diqqətə çatdırıb. Bu isə o deməkdir ki, ölkəmizin sözügedən bölgəsindən Qərb və Cənub istiqamətlərinə iki yolu olacaq. “Biri Zəngəzur dəhlizi – Ermənistan üzərindən, biri isə Araz dəhlizi – İran üzərindən. Bunun da təşəbbüskarı biz olmuşuq. Körpünü biz öz vəsaitimizlə inşa edirik. Hazırda Azərbaycanın əsas hissəsindən Naxçıvana getmək üçün Biləsuvardan uzun yol qət edilməlidir. İndi isə İran ərazisindən Naxçıvana cəmi 45-50 kilometr gediş olacaq. Beləliklə, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında iki bağlantı olacaq, biri Ermənistan üzərindən, biri isə İran üzərindən”, - deyən Prezident İlham Əliyevin baxışlarının mühüm strateji hədəfi var. Söhbət Naxçıvanı, Şərqi Zəngəzuru və Qarabağı bir bölgə kimi birləşdirməkdən gedir. Bu birləşdirmə isə qlobal faydaya malikdir: “Mən bunu bir daha demək istəyirəm, biz bunu onsuz da edəcəkdik, amma yaxşı ki, bunu sülh yolu ilə edirik. Ermənistan da təbii olaraq bundan ancaq fayda görəcək. Çünki Ermənistan indiki dalan vəziyyətindən çıxa bilər və çıxacaq. Azərbaycanla Ermənistan arasında yollar açılacaq. Türkiyə ilə Ermənistan arasında yollar açılacaq. Ermənistan Naxçıvan vasitəsilə İranın dəmir yollarına, Azərbaycan vasitəsilə Rusiyanın dəmir yollarına çıxış əldə edəcək. Yəni bu, Ermənistan üçün də faydalıdır. Burada uduzan tərəflər olmamalıdır. Hər halda, iqtisadi və nəqliyyat nöqteyi-nəzərindən uduzan tərəf olmayacaq. Əgər kimsə özünü siyasi cəhətdən uduzmuş hesab edirsə, bu, necə deyərlər, onun problemidir. Amma əgər hər kəs bu məsələyə praqmatizm nöqteyi-nəzərindən baxsa, burada özü üçün xeyirli bir iş görə bilər”.

Sonda bir neçə nəticəyə gəlmək mümkündür. Birincisi, Prezident İlham Əliyevin yanvarın 5-dəki müsahibəsində Zəngəzur dəhlizi ilə bağlı açıqladığı və üzərində dayandığımız fikirlər onu deməyə əsas verir ki, dəhlizin açılması artıq siyasi müzakirə predmeti deyil, texniki–iqtisadi cəhətdən faktiki olaraq həllini tapmış məsələdir. İkincisi, dövlətimizin başçısı ritorik və psixoloji strategiyadan yararlanmaqla, Ermənistana və digər tərəflərə Zəngəzur dəhlizi xüsusunda müqavimətin mənasızlığı mesajını verir, habelə ölkəmizin daxili auditoriyası üçün qərarlılıq nümayiş etdirir. Üçüncüsü, Azərbaycan lideri fikirləri ilə Ermənistandakı praqmatik dairələrə, beynəlxalq ictimaiyyətə səslənir, Azərbaycanın regional inkişaf təşəbbüskarı obrazını canlandırır. Dördüncüsü, “Amerika Prezidenti Tramp bu yola öz adını verib… artıq bu, onun yoludur” şəklində yanaşma Zəngəzur dəhlizinin fəaliyyəti timsalında regional bağlantıları beynəlxalq siyasi himayə altına almaq deməkdir. Yəni dövlətimizin başçısı layihənin qloballıq fazasını qabardır. Başqa sözlə desək, Prezident İlham Əliyev Zəngəzur dəhlizini təkcə regional yox, qitələrarası logistika arteriyası kimi təqdim edir, onu Orta Dəhlizin ikinci qolu, Şimal–Cənub marşrutunun alternativ xətti, Türkiyə–Avropa – İran – Fars körfəzi əlaqəsi qismində göstərir. Beşincisi, Prezident İlham Əliyev ehtiyatı əldən vermir və regional bağlantılar baxımından İran alternativini irəli sürməklə, strateji balans yaradır ki, bu, o deməkdir ki, Ermənistanın razılaşmama ehtimalı qarşılığında Azərbaycan bir marşrutdan asılı qalmır. Nəzərə alaq ki, ölkəmizin İslam respublikası ilə əməkdaşlığı Ermənistan üçün, belə demək mümkünsə, rəqabət təzyiqi yaratmaqdır. Deməli, rəsmi İrəvan strateji vaxt itkisi riskinin artdığını düşünməlidir. Nəhayət, altıncı məqam budur ki, Prezident İlham Əliyevin Naxçıvanı, Qarabağı və Şərqi Zəngəzuru vahid iqtisadi məkan olaraq təqdim etməsi həm, dövlət suverenliyimizin möhkəmləndirilməsi kazusu, həm postmüharibə dövrünün yekunlaşdırılması mesajı, həm də sülh yolu ilə tamamlanmış qələbə narratividir.

Ə.CAHANGİROĞLU
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:226
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 08 Yanvar 2026 10:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see313

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see288

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see272

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see267

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see237

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see230

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see221

Prezident ona yüksək vəzifə verdi Dosye

08 Oktyabr 2026 15:30see216

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see211

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see195

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see195

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see192

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see190

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see187

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see185

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see184

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see173

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see170

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see170

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri