Icma.az
close
up
RU
Qarabağ və Şərqi Zəngəzur Zəfərin və tərəqqinin rəmzidir!

Qarabağ və Şərqi Zəngəzur Zəfərin və tərəqqinin rəmzidir!

Ses qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizdən ötən müddətdə işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən bərpa-quruculuq işlərinin miqyası hər birimizdə böyük qürur hissi yaradır. Əslində Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın 16 noyabr 2020-ci ildə işğaldan azad edilmiş ərazilərə başlanan ilk səfəri bugünkü reallıqların əsası oldu. Davamlı səfərlərin hər biri mühüm sosial obyektlərin açılışı və təməlqoyma mərasimlərinin keçirilməsi ilə yadda qalır.

Bu yaxınlarda Prezident İlham Əliyevin Ağdama, Xankəndiyə səfəri zamanı istifadəyə verilən obyektlər, Xocalı rayonunun Ballıca kəndinin yeni büsatı Böyük Qayıdış Proqramının uğurlu həllinin nəticəsidir. Bu ərazilərin müasir dövrün tələbləri əsasında yenidən qurulması və bərpası üçün bütün zəruri addımlar atılır. Ən əsası yeni idarəçilik sistemi tətbiq edilir. Bu ərazilərdə Prezidentin şəxsi nümayəndəsinin təyin edilməsi işlərin səmərəliliyinin təmin edilməsində əhəmiyyətli rol oynayır.

Bu idarəçilik sistemi ilk olaraq Azərbaycanın döyünən ürəyi, Qarabağın tacı Şuşada yaradıldı. Tarixi sahibinə qovuşan torpaqlarımız “ağıllı şəhər” və “ağıllı kənd” layihələri çərçivəsində bərpa edilir, yenidən qurulur. Azərbaycan bu ərazilərdə görülən işlərin fonunda dünyaya müasir şəhərsalmanın təkmil modelini təqdim edir. Məlumdur ki, Ağdam və Zəngilan şəhərlərində Azərbaycan Milli Şəhərsalma Forumları keçirilib. Hər iki tədbirin iştirakçılarının say tərkibinə diqqət yetirdikdə marağın nə qədər böyük olduğunu görürük. Belə tədbirlər işğaldan azad edilmiş ərazilərimizdə ermənilərin törətdikləri vəhşiliklərin dünya ictimaiyyətinə təqdimatında əhəmiyyətli rol oynayır. Çünki bu torpaqlar erməni vandallığının şahidləridir.

Bildiyimiz kimi, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində 140 minə yaxın keçmiş məcburi köçkünün öz dədə-baba yurdlarında məskunlaşdırılmasının təmin olunması nəzərdə tutulur. Artıq bu proses neçə ildir ki, böyük uğurla, mərhələli şəkildə həyata keçirilir. Neçə illərdir ki, qaçqın və didərgin həyatı yaşayan, yurd həsrəti çəkən insanlar öz doğma ata-baba torpaqlarına qayıdır. Ən önəmlisi işğaldana zad olunmuş ərazilərimizdə infrastruktur sisteminin qurulması, sosial həyatın canlanmasıdır.

Dövlət başçısının tapşırıq və göstərişlərinə əsasən, abadlıq-quruculuq işləri sırasında yollarının yenidən qurulması, müasir səviyyəyə çatdırılması istiqamətində çox mühüm layihələr icra olunur. Belə ki, işğaldan azad olunmuş ərazilərdə 7 yolun tikintisi başa çatdırılaraq istismara verilib. 27 yol layihəsi üzrə işlər, eyni zamanda uzunluğu 47,1 km olan Bərdə-Ağdam və uzunluğu 110,4 km olan Horadiz-Ağbənd dəmir yolu xətlərinin tikintisi davam etdirilir. Vətən müharibəsindən sonra qısa müddət ərzində Füzuli və Zəngilan şəhərlərində beynəlxalq hava limanları istismara verilib, Laçın rayonunda hava limanının tikintisi sürətlə davam etdirilir.

Təkcə onu xatırladaq ki, 2021-2023-cü illər ərzində Qarabağ və Şərqi Zəngəzurda gerçəkləşdirilən quruculuq, bərpa işləri ilə əlaqədar dövlət büdcəsindən bütövlükdə 12,1 milyard manat vəsait ayrılıb. Cari ilin dövlət büdcəsindən ayrılan vəsaitin həcmi isə 4 milyard 855,8 milyon manatdır. 2025-ci ildə işğaldan azad edilmiş torpaqlarda geniş bərpa-quruculuq işlərinə 4 milyard manat məbləğində vəsaitin ayrılması nəzərdə tutulub. Bu barədə 2025-ci ilin dövlət büdcəsi zərfində qeyd olunub. Sənəddə qeyd edilib ki, 2020-ci ildən başlayaraq 2024-cü il də daxil olmaqla dövlət büdcəsindən bərpa-quruculuq məqsədləri üçün 17,5 mlrd. manata yaxın vəsait ayrılıb. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"na əsasən, ilkin mərhələdə 100 yaşayış məntəqəsinin (8 şəhər, 8 qəsəbə və 84 kənd) bərpa edilməsi nəzərdə tutulub. Bu günədək ümumilikdə işğaldan azad edilmiş 8 şəhərin Baş Planı hazırlanıb. 2022-ci ilin 19 iyul tarixindən bu günədək 4 şəhərə (Şuşa, Laçın, Füzuli və Xocalı şəhərləri) və 4 kəndə (Zəngilan rayonunun Ağalı, Tərtər rayonunun Talış və Laçın rayonunun Zabux və Sus kəndləri) ümumilikdə 2036 ailə olmaqla 7901 nəfər keçmiş məcburi köçkünün qayıdışı baş tutub.

Qısa müddətdə atılan addımların xronologiyası 30 illik torpaq həsrətindən sonra yaşadığımız qürur və sevinc hissinin aydın mənzərəsini yaradır. Tarixi Zəfərimizdən dərhal sonra bərpa-quruculuq işlərinə başlamaqla dünya hərb tarixində ilkə imza atan Azərbaycan xalqı, eyni zamanda, qurucu xalq olduğunu nümayiş etdirir. Ermənilər illərdir apardıqları əsassız təbliğatlara uyğun olaraq özlərini bu torpaqların əsl sahibi kimi təqdim etməyə çalışsalar da hər daşı, qayası tarix olan bu torpaqlarımızda 30 illik işğal dövründə törədilən vəhşiliklər, dağıntılar onların yalanlarına şahidlik edir. 30 ildə bir daşı daş üstünə qoymayan, əksinə bütün tikililəri yerlə-yeksan edən ermənilər havadarlarının köməyinə arxalanaraq özlərində belə ümid yaradırdılar ki, Azərbaycan xalqı belə vəziyyətlə barışacaq, bu torpaqlar onlarda qalacaq. 44 günlük İkinci Qarabağ müharibəsi ermənilərin illərdir yaratdıqları bütün mifləri dağıtdı.

Göründüyü kimi, tarixi Zəfərimizdən və suverenliyimizin bərpasından ötən qısa müddətdə sadalamaqla bitməyən genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilib. Qarabağın və Şərqi Zəngəzurun hava qapılarının qısa müddətdə dünyaya açılması, üçüncü Laçın Beynəlxalq Hava Limanının bu il istifadəyə verilməsinin planlaşdırılması bir daha onu göstərir ki, Azərbaycan dinc quruculuq və inkişaf siyasətində də misilsiz nümunələr yaradır. Bir sözlə, böyük tərəqqi və inkişafın yeni ünvanı Qarabağın və Şərqi Zəngəzurdur.

ZƏRİFƏ QULİYEVA,

YAP Veteranlar Şurasının üzvü, “Modern ailə və inkişaf” İctimai Birliyinin sədri

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 03 Mart 2025 11:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrandakı daxili siyasi gərginliyin kökündə nə dayanır?

04 Sentyabr 2025 14:37see258

Makronun İsrailə səfər etmək istəyi Netanyahu tərəfindən rədd edildi

04 Sentyabr 2025 02:10see228

Türkiyədə şübhəli maddənin iyindən zəhərlənən 9 polis xəstəxanaya yerləşdirilib

03 Sentyabr 2025 07:22see212

Məni azadlığa buraxın, qeyri adi istedadım var İlhamə Elşadqızı

03 Sentyabr 2025 13:18see178

Husi qüvvələri Təl Əvivdə hədəfləri raketlərlə vurduğunu iddia edir

03 Sentyabr 2025 18:37see176

Keçmiş prezident özünə yeni iş tapdı

04 Sentyabr 2025 15:44see173

Ekspert: Parlaq çamadan oğrular üçün “cazibədar hədəf”dir

03 Sentyabr 2025 11:23see146

Hələ qol vurmadan Fənərbaxçanın tarixinə düşdü

03 Sentyabr 2025 07:36see142

Fransanın Marsel şəhərində bıçaqlı hücum baş verib

03 Sentyabr 2025 00:00see140

Hərbi xidmət yaşının artırılması təhsilə necə təsir edər?

03 Sentyabr 2025 13:21see139

Rusiya Hindistana əlavə S 400 satır Danışıqlar yekunlaşır

03 Sentyabr 2025 00:13see135

ABŞ də kişi görüşdə ayağını iyləməyə icazə verməyən qızın üzərindən avtomobillə keçdi

04 Sentyabr 2025 04:31see135

Qazaxıstanda aviasiya təhlükəsizliyi üzrə ICAO auditi aparılır

03 Sentyabr 2025 02:43see132

Yaponiyada 80 yaşlı qadın özünü astronavt kimi təqdim edən fırıldaqçının qurbanı olub

03 Sentyabr 2025 06:33see131

İslandiya millisinin yarımmüdafiəçisi: Azərbaycan bizi cəzalandıra bilər

03 Sentyabr 2025 23:00see130

Türkiyədə dəhşət: İldırım ata və oğlunun həyatına son qoydu

04 Sentyabr 2025 00:53see129

Lissabonda funikulyor relsdən çıxdı − Ölənlər var

03 Sentyabr 2025 23:28see127

Tramp Rusiyaya gedə bilər Vacib şərt açıqlandı

03 Sentyabr 2025 13:46see125

Fənər in müdafiəçisi Rusiya yolunda

03 Sentyabr 2025 13:39see122

Övladına toy edən şəxsin evi yandı

03 Sentyabr 2025 22:57see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri