Icma.az
close
up
RU
Zəngəzur dəhlizinin açılması nəticəsində Orta Dəhlizin ötürmə qabiliyyəti 10 12 milyon ton artacaq

Zəngəzur dəhlizinin açılması nəticəsində Orta Dəhlizin ötürmə qabiliyyəti 10 12 milyon ton artacaq

Icma.az, Oxu.az saytına istinadən bildirir.

Orta Dəhlizlə (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu, TBNM) yük daşımalarının həcmini 11 milyon tona çatdırmaq üçün həm infrastrukturun modernləşdirilməsini, həm də logistika proseslərinin səmərəliliyinin artırılmasını əhatə edən tədbirlər kompleksi həyata keçirilməlidir.

Oxu.Az "Report"a istinadla xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Nəqliyyat siyasəti şöbəsinin aparıcı məsləhətçisi Aytən Turabova "Azərbaycan - transkontinental meqa marşrutların "Şərq-Qərb" və "Şimal-Cənub" kəsişmə nöqtəsində" mövzusunda keçirilən dəyirmi masada bildirib.

A.Turabovanın sözlərinə görə, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin inkişafı Azərbaycanın qarşısında duran strateji vəzifələrdən biridir.

"Dünya Bankının məlumatına görə, 2030-cu ilə qədər Orta Dəhlizlə yük daşımalarının həcmi 11 milyon tona çata bilər. Bunun üçün fiziki infrastrukturun yaxşılaşdırılması və logistika proseslərinin səmərəliliyinin artırılması da daxil olmaqla həm "sərt", həm də "yumşaq" infrastrukturun inkişafı üzrə tədbirlər görmək lazımdır", - o qeyd edib.

Aparıcı məsləhətçi vurğulayıb ki, Azərbaycan nəqliyyat marşrutların strateji əhəmiyyətini dərk edərək, 20 ildən artıq müddətdə sözügedən infrastrukturun inkişafına ardıcıl surətdə sərmayə qoyur.

A.Turabova, həmçinin qeyd edib ki, hazırda Horadiz-Ağbənd dəmir yolu layihəsinin ikinci mərhələsi həyata keçirilir.

"Bu dəmir yolu xüsusi əhəmiyyət kəsb edir, çünki birbaşa Zəngəzur dəhlizi ilə əlaqəli olacaq və Naxçıvan Muxtar Respublikasının Türkiyə ilə birbaşa bağlantısını təmin edəcək. Hesablamalara görə, Zəngəzur dəhlizinin açılması Orta Dəhlizin ötürmə qabiliyyətini 10-12 milyon ton artırmağa imkan verəcək", - deyə o vurğulayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:167
embedMənbə:https://oxu.az
archiveBu xəbər 17 Mart 2025 15:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see155

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see151

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see150

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see148

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see142

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see141

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see137

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see137

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see137

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see135

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see134

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see132

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see130

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri