Icma.az
close
up
RU
Zəngəzur dəhlizinin bu ilin sonuna qədər açılması artıq xülya deyil ŞƏRH EDİLDİ

Zəngəzur dəhlizinin bu ilin sonuna qədər açılması artıq xülya deyil ŞƏRH EDİLDİ

Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Zəngəzur dəhlizi artıq gündəmdə öz yerini alıb". Bu sözləri SİA-ya açıqlamasında politoloq Tofiq Abbasov deyib.

Onun sözlərinə görə, bəlli olan odur ki, Ermənistan bu məsələyə sabotaj siyasəti ilə yanaşmasından asılı olmayaraq bu dəhliz açılacaq: "Onun açılma ehtimalı gündən-günə yüksəlir. Bu baxımdan da biz bu yaxınlarda eşitdik ki, Türkiyə artıq Zəngəzur dəhlizi ilə bağlı hazırlıq işlərinə başlayıb. Azərbaycan tərəfi öz yerində, lazımi kommunikasiyaları çəkmişik və bütün keçidlərlə bağlı aydın təsəvvürlərimiz var. Türkiyənin də bu prosesdə yaxından iştirakı bir daha göstərir ki, Ermənistan bu məsələdə özünün inkarçılıq və imtina siyasətindən mütləq şəkildə əl çəkməlidir. Xüsusilə də, bu, Ermənistana heç bir təhlükə vəd etməyən layihədir. Çünki Avropa ilə Asiya arasında daha bir yerüstü keçid açılacaq. Onun bütün bölgə ölkələri üçün, o cümlədən də bölgədən kənarda yerləşən ölkələr üçün böyük xeyri var. Çünki qitələrarasında keçid, kommunikasiyaların olması yalnız imtiyazlar vəd edir. Bütün dünya həmişə çeşidlilik haqqında düşündüyü halda Ermənistan isə özünə qapanır. Digər tərəfdən bütün təşəbbüslərə "yox" deyir. Həm də öz zərərinə olaraq "yox" deyir. Burada Ermənistana heç bir təhlükə və risklər yoxdur. Ermənistan bir dövlət olaraq gərək öhdəliklərini boynundan atmasın.

İkinci Qarabağ müharibəsində Zəfər qazanmış Azərbaycan üçtərəfli bəyanatda 2020-ci 10 noyabrdan bəri bir çox məsələlərlə bağlı öz baxışlarını izah etdi. Ermənistan da öhdəlikləri götürdüyünü dedi. Zəngəzur dəhlizinin açılması da məhz o sənəddə təsbit olunub. Ona görə biz dəfələrlə, o cümlədən də dövlət başçısı Ermənistana bildirib ki, nə edirlərsə, etsinlər, öhdəliklərindən uzaq düşə bilməzlər. Əgər ölkə kimi öhdəliklərindən boyun qaçırırlarsa, deməli, ya subyektivlikləri natamamdır, ya da məsuliyyətsiz münasibət sərgiləyirlər. Ola bilsin ki, burada hər ikisi var. Ermənistanın subyektivliyi çox böyük şübhə altındadır. Bu o deməkdir ki, Ermənistanın əvəzinə qərarları digər qüvvələr qəbul edir. Ona görə də, Zəngəzur dəhlizi ilə bağlı Azərbaycan, Türkiyə, Çin, Rusiya israrlıdır ki, bu prosesdə aydınlıq olmalıdır. İlk növbədə Ermənistan da artıq yaxasını kənara çəkməli deyil ki, vaxtında işlər təmin olunsun".

"Zəngəzur dəhlizinin bu ilin sonuna qədər açılması artıq xülya deyil. Son günlər ərzində Ermənistan da sülh sazişimizin 17 bəndi ilə bağlı bildirdi ki, bütün bəndlər razılaşdırılıb, imzalamağa hazırıq. Bu o deməkdir ki, həm də Zəngəzur dəhlizi ilə bağlı daha bir aydınlıq göstəricisi meydana gəlib. Nə qədər bu proses tez öz həllini tapsa, bir o qədər də Ermənistan üçün də xeyir olacaq.

Biz isə proqmatik siyasət həyata keçirən məmləkət kimi yaxşı bilirik ki, üstünlüklər nədən ibarətdir. Həm də bu prosesdə Azərbaycan təkcə öz xeyrinə deyil, həm də qonşuların, o cümlədən Ermənistanın xeyrinə çalışır. Ona görə də, Fransa Ermənistanı nə qədər inkarçılığında dəstəkləsə də, bunun xeyri olmayacaq. Zəngəzur dəhlizinin ən yaxında açılmasının hamımız şahidi olacağıq" - deyə o, əlavə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:108
embedMənbə:https://sia.az
archiveBu xəbər 17 Mart 2025 15:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see361

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see199

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see195

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see183

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see178

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see178

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see170

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see165

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see160

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see157

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see148

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see145

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see145

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see144

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see141

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see138

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see136

Tramp Ukraynaya “Tomahawk” raketlərinin tədarükünü şəxsən dayandırdığını deyib

30 Dekabr 2025 02:02see132

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see131

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri