Icma.az
close
up
RU
Zəngəzur haqqında yeni tarixi roman

Zəngəzur haqqında yeni tarixi roman

Icma.az, Xalqcebhesi saytına istinadən bildirir.

Asif Muradzadənin “Ayrılığın sonu varmış” tarixi romanı çapdan çıxıb.
Yazıçı Mustafa Çəmənlinin redaktorluğu ilə işıq üzü görən əsərdə Rusiya imperiyasının Cənubi Qafqazı işğal etdikdən sonra İrandan və Osmanlı Türkiyəsindən köçürülüb. Azərbaycanın əzəli tarixi torpaqlarında - Zəngəzurda, İrəvanda, Qarabağda məskunlaşdırdığı erməni millətçilərinin yerli əhaliyə qarşı törətdikləri dəhşətli cınayətlərdən bəhs olunur.
Əslən Zəngəzurdan olan müəllif ata-baba yurdunun təbiətini, sadə, mərd, həyatsevər insanlarının taleyini, erməni daşnakların onlara yaşatdıqları vəhşilikləri oxucuların yaddaşında bərpa etməyə səy göstərir.
“Ayrılığın sonu varmış” təkcə bir sevgi faciəsinin, bir xəyanətin romanı deyil, Zəngəzur dağlarının ətəyində türkün gözüyaşlı tarixinin, köçlərin, həsrətlərin, oddan-alovdan keçən illərin bədii yaddaşıdır.
Roman oxucunu 1905-1920-ci illərin qanlı-qadalı dönəminə aparır. Hacı Atakişi və Məşədi Fərman, Məşədi Muradxan, Sevindik Səmayə, Abbasqulu, Zeyqəm və digər obrazların dili ilə bir xalqın köksündə gizlənən dərdlər danışır. Xüsusilə Fərmanla Anahit arasındakı sevgi, əslində, türkün dostluq əlini uzatdığı, amma xəyanətlə qarşılaşdığı bir faciənin simvoludur. Anahit zərif bir qadın, eyni zamanda, içində şeytani niyyətləri gizlədən bir iblisdir. Onun eşqi Fərmanı deyil, bir milləti yandırır və bu eşq Zəngəzurun boşaldılmış kəndlərində, uçuq divarlarında, yanmış ocaqlarında əks-səda verir. Anahitin “eşqi” bir xalqın sinəsinə çəkilmiş yara izidir. Gözəl başlayıb iblisin ədavəti ilə bitən bu hekayə yalnız bir fərdin taleyi deyil, bütöv bir elin düşdüyü tələni göstərir.
Həmin dövrün ictimai-siyasi hadisələri və xadimlərinin əks olunması romanın sambalını artırır və nəzərə almaq lazımdır ki, adıçəkilən ictimai-siyasi xadimlərin bir qismi erməni millətçiləri, bir qismi də sovet hakimiyyəti tərəfindən şəhid olmuşdular.
Bu roman tarixin tozlu arxivlərindən çıxmış bir həqiqəti, illərlə unudulmuş bir fəryadı bizə çatdırır. Unudulan yurdların, susdurulan səslərin dilidir bu kitab. Oxucu bu əsəri bitirdikdə yalnız bir faciənin şahidi olmayacaq, həm də bir xalqın necə sınandığını, necə yaşadığını anlayacaq.
Zəngəzur adını çəkərkən belə köks ötürən qocalar, hələ də o dağların başında qoyub gəldikləri yurdlarını yuxuda görən insanlar var. Onların göz yaşları bir xalqın yaddaşı, bir millətin unudulmuş tarixidir.
Əsər şahidlərin titrək səslə danışdıqları köhnə xatirələrdən doğulub. Kiminin yaddaşında uşaq çığırtısı ilə yanan bir kənd var, kiminin dilində Hacı Atakişinin son duası, kiminin ürəyində Anahitin nanəcib sevgisi ilə puç olan arzular...
Burada təsvir olunanlar bir müəllifin təxəyyül məhsulu deyil, tarixdir, yaşanmış gerçəkdir. Bu torpaqlardan qovulanların nəvələri bu gün hələ də “bura bizim əsl yurdumuz deyil” deyə pıçıldayır. Onlar bir ata duası kimi Zəngəzur adını öz içlərində daşıyırlar. Romanı oxuyarkən yalnız Zəngəzurun ağrısını deyil, zamanın bir xalqı necə sınağa çəkdiyini də hiss edəcəksiniz. Faciənin fonunda qürur var, yanğının içində müqavimət, köçün ardınca gələn unudulmayan Vətən sevdası var.
Zəngəzur heç zaman unudulmayacaq. Bu kitab da Vətən unudulmasın deyə yazılıb.
Qeyd edək ki, filologiya elmləri doktoru Vaqif Yusifli kitaba “Zəngəzur həsrəti ilə” adlı “Ön söz” yazıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 05 Noyabr 2025 12:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see481

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see374

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see365

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see361

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see337

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see332

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see289

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see272

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see267

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see254

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see245

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see242

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see240

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see237

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see229

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see225

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see220

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see213

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see205

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri