Icma.az
close
up
RU
Zəngəzur qatarına gecikənlərin naləsi

Zəngəzur qatarına gecikənlərin naləsi

Icma.az, Oxu.az portalına istinadən məlumat verir.

Qan Turalı yazır...

Zəngəzur dəhlizinin, yeni adı ilə desək, "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu"nun açılması bir çox cəhət üzrə mühüm əhəmiyyət daşıyır. Ancaq təəssüf ki, bəzi dairələr hələ də bu dəhlizin arxasında müəyyən meyillər, tendensiyalar axtarır.

Misal üçün, hazırda həbsdə olan İstanbulun keçmiş bələdiyyə sədri Əkrəm İmamoğlu göndərdiyi mesaj bu baxımdan xüsusi diqqət çəkir. Azərbaycan Prezidentini və Ermənistan baş nazirini təbrik edən İmamoğlu Türkiyənin danışıqlar masasında olmadığından bəhs edərək Türkiyə hökumətini tənqid edir və mövcud vəziyyəti "türk diplomatiyasının qüsuru" sayır.

Qısa bir qeyd: CHP-nin keçmiş rəhbəri Orta Dəhliz layihəsini təqdim edərkən, nəinki Zəngəzur dəhlizini, hətta Azərbaycanı da unutmuşdu.

Ağ Evdə görüş başa çatar-çatmaz Türkiyə Xarici İşlər Nazirliyi bəyanat yayaraq Vaşinqtonda sülhə doğru atılan mühüm addımı alqışladı. Bu, dünya ölkələri arasında ilk dəstək bəyanatı idi. Daha sonra Türkiyənin xarici işlər naziri prosesdən xəbərdar olduqlarını bildirdi. Bu mənada Vaşinqton danışıqlarının Türkiyədən xəbərsiz icra olunduğunu iddia etmək düzgün deyil.

Xarici siyasəti daxili siyasətin girovuna çevirmək, daxili siyasətdə xal qazanmaq üçün xarici siyasətdən istifadə etmək cəhdi hər bir zaman qüsurludur. Məsələnin mahiyyətinə gəldikdə isə Zəngəzur dəhlizinin açılmasından ən çox fayda görəcək ölkələrdən biri Türkiyədir. Ona görə də bu cür tənqidlər əsassızdır.

Azərbaycan diplomatiyasının uğuru həm də Türkiyə diplomatiyasının uğurudur. Çünki bu ölkələrin maraqları və mənafeləri bir-birinə mütənasibdir. Bu kontekstdən kənarda verilən açıqlamalar isə bişmiş plova su qatmaq cəhdləridir.

"T24" internet qəzetində Barçın Yinanç imzalı bir məqalə "Rəsmi Bakı Cənubi Qafqazda əsas rolu Türkiyədən alıb ABŞ-yə verdi?" adlanır. Məqalə müəllifi yazır: "Sülh mətni imzalanmalı, icrası isə referendumdan sonraya saxlanılmalı idi". İlk baxışdan zərərsiz görünən bu mövqe, əslində zərərli bir tendensiyaya xidmət edir. Hər şeydən əvvəl, diplomatiyada sözübütövlük əsasdır. Ancaq nədənsə müəllif Ermənistanın 10 Noyabr bəyanatında Zəngəzur dəhlizini açmaq barədə öhdəlik götürdüyünü, ancaq üzərindən 5 ilə qədər zaman keçsə də, bu öhdəliyi yerinə yetirmədiyini unudur. Azərbaycan Ermənistanı bu mövqeyi müqabilində Laçın dəhlizini bağlamaqla hədələmişdi. Hazırda Laçın dəhlizi ermənilər üçün tamamilə əhəmiyyətsiz bir şeyə çevrilsə də, Azərbaycan Zəngəzur dəhlizinin açılmasına nail oldu. Ancaq diplomatiya müxbiri bu məqamı nəzərindən qaçırır.

Müəllif Ərdoğanla Paşinyan arasında telefon danışığının olduğunu xatırladaraq Türkiyənin Ermənistanla sərhədini niyə açmadığını da sorğulayır. Axı Türkiyə hökumətinin dəfələrlə vurğuladığı kimi Ermənistan və Türkiyə arasında sərhədlər sülh müqaviləsindən sonra açılmalıdır. Türkiyə 30 ildən artıqdır ki, bu siyasəti davam etdirir. Barçın Yinanç Türkiyə-Ermənistan münasibətlərinin Azərbaycan-Ermənistan münasibətlərindən asılılığından narahat olur. Halbuki burada qəribə heç nə yoxdur.

Müəllifin digər bir ziddiyyətli mövqeyi Zəngəzur dəhlizinin təminatçısı ilə bağlıdır. O yazır: "Zəngəzur dəhlizində təhlükəsizliyə Türkiyə təminat verə bilərdi, ancaq Bakı Vaşinqtonu seçdi". Doğrudanmı, müəllif elə düşünür ki, Ermənistan Türkiyənin dəhlizdəki rolunu qəbul edəcəkdi? Türkiyə ilə Ermənistan arasında diplomatik münasibət belə yoxdur (səbəbləri barədə yuxarıda yazmışıq, ancaq bir də ermənilərin soyqırımı iddiaları var). Doğrudanmı, türklərin Zəngəzura nəzarət etməsi ermənilər üçün böyük sevinc, fərəh və hüzur gətirəcəkdi? Əlbəttə ki, belə bir addım bizim üçün də ideal olardı, ancaq siyasət ideallıqlar yox reallıqlar çərçivəsində hərəkət edir.

Vaşinqtonda imzalanan sənədlər qana susamış, hər gün minlərlə insanın şəhid olduğu qlobal dünya üçün sülh çənbəri, sülh dəhlizidir. Bu dəhlizin siyasi, iqtisadi və mənəvi əhəmiyyəti böyükdür. Ona qarşı çıxış edənlərin də niyyəti ortadadır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:289
embedMənbə:https://oxu.az
archiveBu xəbər 14 Avqust 2025 15:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri