ZİYALILAR DİYARISAN ZƏNGƏZUR
Icma.az bildirir, Adelet.az portalına istinadən.
Sənə məhəbbətim hər şeydən əziz
Qəlbimdə coşan bir dənizdir dəniz
Neçə illəri mən keçirtdim sənsiz
Ziyalılar diyarısan zəngəzur
Elə sərvət var səndə Olmayan
Əzəldən hünərdən yoğrulmuş mayan
Elə bir gunəşsən şölən nur yayan
Ziyalılar diyarisan zəngəzur
Hər qarış torpagın mənə əzizdi
Dagların dumanlı suyun təmizdi
Sənə vurgunlugum bilki hədsizdi
Ziyalilar diyarisan zengəzur
Göz oxşayır dağı düzü çəməni
Bərərkətdi dərələri düzəni
Babamin obası eli məskəni
Ziyalılar diyarısan zəngəzur
Əmanetdir torpaqlarin babamdan
Qorusun yurdumu ulu yaradan
Adına sevgimdi məni yaşadan
Ziyalılar diyarısan zəngəzur.
Şölə ZƏNGƏZURLU
Baxış sayı:62
Bu xəbər 25 Noyabr 2024 11:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















