Icma.az
close
up
RU
Zəngəzur üçün inanılmaz fürsət ilin sonunda...

Zəngəzur üçün inanılmaz fürsət ilin sonunda...

News24 portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Dənizə çıxışı olmayan Özbəkistan Asiya ilə Avropanı birləşdirən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu və ya Orta Dəhliz üzrə yükdaşımaları artırmaq üçün Xəzər dənizində öz ticarət donanmasını qurur. Türk şirkətləri yeni gəmilərin idarə olunmasında onun tərəfdaşları olacaq. Amma prosesdə Azərbaycan Özbəkistanın əsas tərəfdaşı və yardımçısı olacaq.

Özbəkistanın nəqliyyat naziri İlxom Mahkamov “Özbəkistan 24" telekanalına müsahibəsində bildirib ki, yaxın vaxtlarda Xəzər dənizində Özbəkistan bayrağı altında bərələr peyda olacaq ki, bu da ölkəni Azərbaycanla birləşdirən əsas nəqliyyat marşrutu olan Orta Dəhliz üzrə yüklərin çatdırılmasını əhəmiyyətli dərəcədə sürətləndirəcək.

Xəzərə çıxışı olan türk ölkələri - Azərbaycan, Türkmənistan və Qazaxıstandır. Artıq Özbəkistan da prosesə qoşulur. Transxəzər marşrutu Özbəkistan tərəfindən cənub və şimal istiqamətlərinə alternativ kimi, xüsusən də artan ixrac və tranzit axınları fonunda vacib hesab olunur. İlxom Mahkamov vurğulayıb ki, ölkənin öz bərə parkının yaradılması zərurəti Xəzər dənizi ilə yükdaşımaların həcminin 25%-ə qədər artması və bəzən digər ölkələrdən bərə gözləməsinin 30-40 günə çatan əhəmiyyətli gecikmələri ilə bağlıdır.

Layihənin həyata keçirilməsi üçün Özbəkistana dəstək verməyə hazır olan türkiyəli tərəfdaşlarla artıq razılıq əldə olunub. Nazir həmçinin xatırladıb ki, Azərbaycan öz ərazisi ilə konteyner dəmir yolu ilə daşımalarda güzəştli şərtləri uzadıb. 70%-ə qədər endirim 2026-cı ilin sonuna qədər qüvvədə olacaq ki, bu da Orta Dəhlizin inkişafına daha da töhfə verəcək.

Bütün bunlar bölgə üçün nə vəd edir? Orta Dəhlizin inkişafına töhfə verəcəksə, Zəngəzur koridoru üçün hansı fürsət pəncərəsi açılır?

Milli Məclisin üzvü Azər Badamov “Yeni Müsavat”a bildirdi ki, Prezident İlham Əliyevin liderliyi ilə ölkəmizin nəqliyyat infrastrukturunun yenidən qurulması və beynəlxalq daşımalar üçün açıq olması Orta Dəhlizə qlobal marağının artmasına gətirib çıxarır: “Orta Dəhlizin tərkib hissəsi olan Transxəzər beynəlxalq marşrutunda intensivliyinin artırılması logistikanın həcminin kifayət qədər artmasına yol açacaq. Transxəzər marşrutunun genişləndirilməsinə Özbəkistan kimi dənizə çıxışı olmayan ölkənin qoşulması bu dəhlizin böyük perspektivli olduğunu bir daha təsdiq edir. Özbəkistan Xəzərdə özünün donanmasını yaradacaq və bu işdə Azərbaycan da qardaş ölkənin yanındadır.  Bakı Beynəlxalq Ticarət Limanı 25 milyon ton yükü aşırmaq gücünə malik olur. Belə olan halda, Orta Dəhlizin digər həlqələrinin də genişləndirilməsinin əhəmiyyəti artır. Belə ki, Xəzərdə daşımaların həcminin artması Orta Dəhlizin digər həlqələrinin də şaxələndirilməsini zəruri edir. Orta Dəhlizin tərkib hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun yük daşıma gücü 1 milyon tondan 5 milyon tona artırılıb”.

Deputat vurğuladı ki, amma Orta Dəhlizə marağın sürətlə artması yeni bir marşrut olacaq Zəngəzur dəhlizinin açılmasını da zəruri edir: “Proqnozlara görə Zəngəzur dəhlizinin yük keçirmə gücü 5 milyon tona qədər olacaq. Bu da Orta Dəhlizin daşınma gücünün artması deməkdir. Bu baxımdan Zəngəzur dəhlizinin açılması nəinki Azərbaycan üçün, həm də böyük bir coğrafiya üçün əhəmiyyətli bir layihəyə çevrilib. 10 iyulda Əbu-Dabi şəhərində Azərbaycan və Ermənistan liderləri arasında keçirilən görüşdə müzakirə olunan mövzulardan biri də Zəngəzur dəhlizinin açılması ilə bağlı olmuşdu. Belə ki, Ermənistan Zəngəzur dəhlizinin açılmasının vacibliyini anlamağa başlayıb. Azərbaycanın yaratdığı yeni reallıq regiona sülh və əməkdaşlıq gətirir. Bu, həm də regionumuza beynəlxalq marağın artmasına yol açır”.

Siyasi təhlilçi Sona Əliyeva isə qeyd etdi ki, cari ilin sonuna qədər dəhlizin açıla biləcəyini gözləyir: “Zəngəzur dəhlizinin açılması an məsələsidir. Bir çoxları bunun sentyabr-oktyabr aylarında, bəzi ”beyin mərkəzləri" isə ilin sonuna qədər reallaşacağını düşünür. Bir sözlə, dekabrın sonuna qədər Zəngəzur xəttinin açılması ehtimalı böyükdür. Hazırkı proseslər də onu göstərir ki, Zəngəzur dəhlizinin fəaliyyətə başlamasını sürətləndirəcək iki vektor mövcuddur: bunlardan birincisi, “Bir kəmər bir yol” layihəsidir, digəri isə türk birliyinin artan nüfuzudur. Hər iki amil Ermənistanı dəhlizi açmağa sövq edir. İrəvan anlayır ki, dəhlizin açılmasını yubatmaqla özünü növbəti iqtisadi layihələrdən təcrid edəcək. Bu da gələcəkdə Ermənistanın bir dövlət kimi mövcudluğunu sual altında qoyacaq. Bu dəhlizin açılması yalnız Azərbaycanın yox, ilk növbədə Ermənistanın məlum hərbi kapitulyasiyasını təsdiqləyən üçtərəfli Bəyanatın 9-cu bəndinin tələbidir. Ermənistandan fərqli olaraq, Azərbaycan ilk növbədə 10 noyabr Bəyanatına sadiqliyini dünyaya nümayiş etdirir. Həmçinin Zəngəzur dəhlizini gerçəkləşdirməsi ilə regionda yeni reallıqlar yaranır, ermənilərin də yararlana biləcəyi iqtisadi inkişafın təməllərini qoyur".

Analitik dedi ki, ümumi uzunluğu 110,4 kilometr və 8 stansiyadan (Horadiz, Mərcanlı, Mahmudlu, Soltanlı, Qumlaq, Mincivan, Bartaz və Ağbənd) ibarət olan Horadiz-Zəngilan-Ağbənd dəmir yolu xətti gələn il istismara veriləcək: “Dəhlizin bir parçası olan dəmir yolu xəttinin tikinti işləri 3 mərhələdə həyata keçirilir. Yəni indi bütün yollar Zəngəzura aparır. Artıq Özbəkistan, Türkmənistan və Qazaxıstan da bu işin aparıcı iqtisadi katalizatoruna çevrilir. Görünən odur ki, Çin və Britaniya Zəngəzur dəhlizinin açılması üçün Ermənistana təzyiqləri artırıblar. Rusiyanın burada hər hansı təsir və təzyiq mexanizmi işləmir. İyulun sonunda ABŞ dövlət katibinin köməkçisi Ceyms Obrayenin açıqlaması dərc olunmuşdu. Həmin açıqlamaya görə, ABŞ Rusiya və Çindən yan keçərək Ermənistan və Azərbaycan vasitəsilə Mərkəzi Asiya ölkələri ilə nəqliyyat əlaqəsi yaratmağa çalışır. ABŞ rəsmisi bunu Rusiyaya qarşı iqtisadi əks tədbirlərin görülməsi kontekstində söyləyib ki, bu da Moskvanın strateji məğlubiyyətinə gətirib çıxarmalıdır. Bir sözlə, indiki şəraitdə təkcə Avropa yox, həm də Birləşmiş Ştatlar da bu dəhlizin açılmasını dəstəkləyir. Hətta ABŞ rəhbərliyi bu dəhlizin təhlükəsizliyini də öz üzərinə götürməklə bağlı fikirlər səsləndirmişdi”./musavat

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:241
embedMənbə:https://news24.az
archiveBu xəbər 12 İyul 2025 21:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see317

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see297

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see274

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see263

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see259

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see237

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see233

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see227

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see222

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see218

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see212

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see211

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see203

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see196

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see196

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see194

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see193

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see182

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see179

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri