Icma.az
close
up
RU
Zəngəzur və Qərbi Azərbaycan folkloru yeni elmi yanaşmalar müstəvisində

Zəngəzur və Qərbi Azərbaycan folkloru yeni elmi yanaşmalar müstəvisində

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 22 avqust, AZƏRTAC

AMEA Folklor İnstitutu Elmi şurasının qərarı ilə “Zəngəzur folkloru: poetik sözdən sosial mənaya” elmi araşdırmalar kitabı işıq üzü görüb.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, kitaba Zəngəzur, Qərbi Azərbaycan, o cümlədən Qarabağ folklor mühitlərinə məxsus olan folklor nümunələrinin sosial, tarixi və etnoqrafik kontekstdəki təbiəti, semantikası, psixoloji və funksional xüsusiyyətlərinin tədqiq olunduğu araşdırma yazıları daxil edilib. Tədqiqatçı alimlərin gərgin zəhməti sayəsində bölgənin folklor xəzinəsinə yeni baxışların əks olunduğu elmi məqalələr toplusunun müasir folklorşünaslıq elm sahəsi üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulamaq yerinə düşər. Ayrı-ayrı müəlliflərin folklorun müxtəlif janr və problemlərini əhatə edən araşdırmalarında etnoqonik mətnlərin təbiəti, kosmoqoniya və yaradılışın psixosemantikası, insest yasağı, gülüşün metaforik-simvolik mahiyyəti, dini mərasimlər və s. kimi məsələlər təhlil edilib.

Kitabda filologiya elmləri doktoru Hikmət Quliyevin “Müdrik Qoca arxetipi və kosmoqoniya: folklorda yaradılışın psixosemantikası (Qarabağ və Zəngəzur folklor nümunələri əsasında)”, filologiya elmləri doktoru, professor Əfzələddin Əsgərin “Türküstandan Zəngəzura Türk xalqlarının epik yaradıcılığında günah sevgi və əbədi ayrılıq motivi”, filologiya elmləri doktoru Sərxan Xavərinin “Zəngəzur folklorunda etnoqrafik mətnlərin funksional analizi”, filologiya üzrə fəlsəfə doktoru Afaq Ramazanovanın “Qərbi Azərbaycan və Qarabağ folkloruna bir nəzər”, filologiya elmləri doktoru Səfa Qarayevin “Sosial-psixoloji stereotiplər kontekstində “gülüş” metaforasının semantikası və onun folklorda proyeksiyası (Qarabağ və Zəngəzur folklor materialları əsasında), Folklor İnstitutunun böyük elmi işçisi Sahibə Paşayevanın “Qərbi Azərbaycan aşıq mühiti Sədnik Pirsultanlı yaradıcılığında” məqalələri yer alır.

Filologiya elmləri doktoru Hikmət Quliyev “Müdrik Qoca arxetipi və kosmoqoniya: folklorda yaradılışın psixosemantikasında (Qarabağ və Zəngəzur folklor nümunələri əsasında)” məqaləsində Zəngəzur və Qarabağ folklor nümunələri əsasında problemə bir neçə aspektdən yanaşıb, Müdrik Qoca arxetipini və dağ kultunu, bu arxetipə daxil olan obrazların normaqoruyuculuq və normayaradıcılıq davranışını, triksterik rakurs və yaradılış məsələlərini təhlil edib. Müəyyən olunub ki, folklorda müqəddəs hesab olunan məkanlar (ocaq, pir, ziyarətgahlar), kritik məqamlarda ortaya çıxan “nizamlayıcı”, “barışdırıcı” subyektlər (ağsaqqallar, seyidlər), həmçinin atalar sözləri vasitəsilə qəlibləşdirilən (“mötəbər” mənbəyə istinad) norma və davranışlar özünün psixosemantikası baxımından Müdrik qoca arxetipindən qaynaqlanır. Araşdırmada K.Q.Yunqun analitik-psixoloji metodu əsasında Zəngəzur və Qarabağ folklor mühitlərində müdrik və ağsaqqal obrazlarının yaradılışla bağlı semantikası təhlil olunub, bölgəyə məxsus nümunələr əsasında konkret nəticələr əldə edilib.

“Türküstandan Zəngəzura Türk xalqlarının epik yaradıcılığında günah sevgi və əbədi ayrılıq motivi” adlı məqaləsində filologiya elmləri doktoru, professor Əfzələddin Əsgər sonu sevgililərin ölümü ilə bitən dastanların türk-islam xalqlarının folklorunda geniş yayıldığını, bu dastanlarda qoşa dəfn olunan sevgililərin ruhlarının qovuşmasına icazə verilmədiyini, sevgililərin əbədi ayrılıq düşüncəsinin yasaq kəbin düşüncəsi ilə bağlılığını, bu hadisələrin İslam dininin qəbulu ilə bağlı olaraq türklər içərisində geniş yayılan endoqam kəbinə qarşı ənənəvi ekzoqam kəbin düşüncəsi nəticəsində ortaya çıxdığını və çoxsaylı dastan, əfsanə və rəvayətlərin yaranmasına səbəb olduğunu vurğulayıb. Alim tədqiqatda müxtəlif türk xalqlarına məxsus materiallardan, o cümlədən Zəngəzur, Göyçə, Qarabağ folklor nümunələrindən istifadə edib.

Kitabda yer alan filologiya elmləri doktoru Sərxan Xavərinin “Zəngəzur folklorunda etnoqrafik mətnlərin funksional analizi” məqaləsində müəllif folklor elementlərinin cəmiyyətin sosial strukturlarını necə əks etdirməsindən, identifikasiyanın və kollektiv yaddaşın gücləndirilməsindəki rolundan bəhs edib. Müəllif funksional yanaşmadan istifadə edərək, Zəngəzur folklorunun yalnız estetik və əyləncə funksiyaları barədə deyil, həm də praktiki, sosial və psixoloji funksiyaları haqqında təhlil aparıb. Tədqiqatda Zəngəzurda yaranan və şifahi olaraq nəsildən-nəslə ötürülən etnoqrafik mətnlər, xüsusilə adət-ənənələr və bayram ritualları təhlil edilir. Məqalə həm də bu folklor elementlərinin cəmiyyətin sosial strukturlarını necə əks etdirdiyini, identifikasiyanın və kollektiv yaddaşın gücləndirilməsində rolunu diqqət mərkəzinə gətirir.

“Qərbi Azərbaycan və Qarabağ folkloruna bir nəzər” adlı məqaləsində filologiya üzrə fəlsəfə doktoru, dosent Afaq Ramazanova Qərbi Azərbaycan və Qarabağ folklorunun araşdırılmasındaki üç istiqamətdən bəhs edib. Birinci istiqamət XX əsrin əvvəllərində Azərbaycanda elm sahələrinin formalaşmasında əhəmiyyətli rolu olan Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin Zəngəzur araşdırmaları təşkil edir. Araşdırmada ikinci istiqamət XIX əsr rus mənbələrində Qərbi Azərbaycan folklorunun əks olunması, üçüncü istiqamət isə Qarabağ folklorunun, xüsusən Şuşa folklor mühitinin öyrənilməsi məsələləri tədqiq olunub.

Filologiya elmləri doktoru Səfa Qarayevin “Sosial-psixoloji stereotiplər kontekstində “gülüş” metaforasının semantikası və onun folklorda proyeksiyası (Qarabağ və Zəngəzur folklor materialları əsasında) məqaləsində Azərbaycanın Qarabağ və Zəngəzur bölgələrindən toplanmış materiallar əsasında müxtəlif sosial-mədəni münasibətlər çərçivəsində gülüş faktının ifadə etdiyi psixosemantik mahiyyət təhlil edilib. Araşdırmada gülüşün mə¬də¬niy¬yətdəki metaforik mahiyyəti diqqət mərkəzində saxlanılıb və onun kişi kollektivinin dav¬ra-nışları kontekstindəki semantikası öyrənilib. Aydın olub ki, mədəniyyətdəki bu fakt yal¬nız müsbət mesajların verilməsinə xidmət etmir. O, mədəniyyətdəki aqressiv və alçaldıcı mü¬nasibətlərin ifasını da yerinə yetirən davranışlardan biridir. Daha dəqiqi, bir çox hallarda hör¬mət və məhəbbəti ifadə edən gülüş bəzən kəskin sosial konfliktlər arasındakı dramatizmin azaldılmasına xidmət edir. Bəzən isə elə aqressiv münasibətin ifadəsinə çevrilir. Mə¬qa¬lə¬də çoxmənalı mədəni faktı olan gülüşün bu xüsusiyyətləri Zəngəzur və Qarabağdan toplanılmış folklor faktları əsasında tədqiq olunub.

Folklor İnstitutunun böyük elmi işçisi Sahibə Paşayevanın “Qərbi Azərbaycan aşıq mühiti Sədnik Pirsultanlı yaradıcılığında” məqaləsində Sədnik Paşa Pirsultanlının Qərbi Azərbaycan aşıq mühitinin görkəmli nümayəndələrindən olan Ağ Aşıq (Allahverdi), Aşıq Alı, Miskin Abdal, Aşıq Ələsgər, Zodlu Abdulla kimi bir çox sənətkarların yaradıcılığı və onların yaratdığı Göyçə aşıq məktəbi haqqındakı araşdırmaları ətrafında təhlillər aparılıb, bu sənətkarların yaradıcılıq yolu nəzərdən keçirilib.

Kitabın elmi redaktorları filologiya elmləri doktoru, professor Əfzələddin Əsgər, filologiya elmləri doktoru Sərxan Xavəri, tərtib edəni filologiya üzrə fəlsəfə doktoru, dosent Afaq Ramazanovadır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:231
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 Avqust 2025 16:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see357

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see259

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see245

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see233

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see225

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see223

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see220

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see217

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see211

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see208

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see196

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see188

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see187

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see186

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see182

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see179

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see178

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see168

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see168

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri