Icma.az
close
up
RU
Yeni nəşr: Zəngəzur dəhlizi və Qərbi Azərbaycan həqiqətlərinə elmi baxış

Yeni nəşr: Zəngəzur dəhlizi və Qərbi Azərbaycan həqiqətlərinə elmi baxış

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Tükiyənin Egey Universiteti Türk Dünyası Araşdırmaları İnstitutunun kafedra müdiri professor Vəfa Qurbanın  redaktoru olduğu “Qərbi Azərbaycan və Zəngəzur Dəhlizi: Tarix, İqtisadiyyat, Hüquq və Regional Güc Mübarizəsi” adlı fundamental tədqiqat əsəri İngiltərənin nüfuzlu Cambridge Scholars Publishing nəşriyyatında işıq üzü görüb. Beynəlxalq arenada tqdim edilən  kitab həm elmi dairələr, həm də Cənubi Qafqaz məsələləri ilə məşğul olan siyasi araşdırma mərkəzləri üçün əhəmiyyətli mənbəədir.

Monoqrafiyada Cənubi Qafqazın geosiyasi baxımdan ən həssas məkanlarından biri olan Qərbi Azərbaycan bölgəsi çoxşaxəli elmi yanaşma ilə təhlil olunur. Əsərin əsas məqsədlərindən biri Qərbi Azərbaycan həqiqətlərini beynəlxalq ictimaiyyətə elmi, faktlara əsaslanan və anlaşılan şəkildə təqdim etməkdir. Bu istiqamətdə xüsusilə Rusiya arxiv mənbələrinə söykənən araşdırmalar bölgənin tarixi-siyasi mənzərəsini daha da aydınlaşdırır. Kitabda Qərbi Azərbaycan torpaqlarında yürüdülən demoqrafik dəyişiklik siyasəti, əhalinin məcburi köçürülməsi prosesi və Ermənistan adlı dövlətin bu ərazilər üzərində necə formalaşdırıldığı geniş faktoloji baza əsasında izah olunur.

Tədqiqatın digər mühüm istiqaməti Zəngəzur Dəhlizinin tarixi, siyasi və iqtisadi əhəmiyyəti ilə bağlıdır. Müxtəlif sahələr üzrə ixtisaslaşmış alimlərin araşdırmaları nəticəsində Zəngəzur bölgəsinin tarixi mahiyyəti, bölgənin türkdilli xalqlar üçün strateji və regional güc balansındakı rolu ətraflı şəkildə araşdırılır. Kitabda  dəhlizin gələcək inkişaf perspektivləri, regiondakı geosiyasi riskləri və imkanları da elmi əsaslarla dəyərləndirilir.

2020-ci il Qarabağ Zəfərindən sonra bölgədə yaranmış yeni reallıqlar fonunda kitabın təqdim etdiyi hüquqi, demoqrafik və geostrateji təhlillər həm akademik ictimaiyyət, həm də digər qurumlar üçün dəyərli mənbə rolunu oynayır. Əsər torpaq hüquqları, etnik-siyasi proseslər və beynəlxalq hüququn tətbiqi ilə bağlı müasir yanaşmaları özündə birləşdirir.

Kitabın müəllifləri sırasında həm Azərbaycanda, həm də Türkiyədə çalışan elm adamları - professor Cavid Abdullazadə, dosentlər Hamit Özman, Oğuzhan Ergün, elmi tədqiqatçlar Nur Çümən Aşçı, Berrin Sarı və hüquqşünas Burçin Oğuz yer alır. 

Namiq Qədimoğlu

XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:35
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 24 Noyabr 2025 13:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see714

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see203

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see200

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see189

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see171

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see160

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see156

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see143

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see141

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see140

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see138

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see136

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see134

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see129

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri