Icma.az
close
up
RU
Zəngəzurda dalğalanan bayrağımız erməniləri qorxuya saldı

Zəngəzurda dalğalanan bayrağımız erməniləri qorxuya saldı

GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ermənistanda müxalif “Bizim yolumuz” hərəkatının üzvləri Zəngəzur bölgəsinə səfər zamanı yolda dalğalanan Azərbaycan bayraqlarının fotosunu çəkərək, “düşmən ölkənin bayrağının dalğalandığı Paşinyanın dünyası” tipli paylaşımlar edib.

Globalinfo.az publika.az-a istinadən xəbər verir ki, Azərbaycan bayrağının dalğalandığı bölgə sərhədin delimitasiya edilmiş hissəsidir.

Erməni revanşistlər üçrəngli bayrağımızla hansı yolda rastlaşdıqlarını qeyd etməsələr də, böyük ehtimalla söhbət Gorus-Qafan yolunun 21 kilometrlik hissəsindən gedir. 2021-ci ildə sərhədin delimitasiyası nəticəsində bu ərazilər Azərbaycana qaytarılıb. Lakin bayrağımızdan qorxuya düşən revanşistlər bunu Paşinyana qarşı anti-təbliğat məqsədilə istifadə etməyə çalışır.

Paşinyanın lideri olduğu partiyanın deputatı Narek Qəhrəmanyan isə yolda Azərbaycan bayrağının dağlanmasına aydınlıq gətirib. Bildirib ki, Azərbaycan bayraqları 2021-ci ildən bəri bu ərazidədir: “Sadəcə olaraq, bu insanlar (“Bizim yolumuz” hərəkatının üzvləri) siyasətlə yeni məşğul olduqları üçün baş verənlərdən xəbərsizdir. Həmin ərazilər Azərbaycana məxsusdur”.

Qəhrəmanyan qeyd edib ki, sərhədin delimitasiyası təhlükəsizliyin təmin edilməsində mühüm rol oynayır.

“Bu bölgədə təkcə 8 avqustdan sonra (Vaşinqton anlaşması-red) deyil, ondan da əvvəl atışma olmayıb. Sünikdə (Zəngəzur) atışmanın olmaması çox şeydən xəbər verir. Məsələn, Mehridə daşınmaz əmlak qiymətlərinin 50 faiz artdığına dair məndə məlumat var. Bu, 8 avqust sazişinin müsbət təsirini göstərən faktdır. Mən Qafan sakiniyəm və ora tez-tez baş çəkirəm. Deyə bilərəm ki, 1990-cı illərin əvvəllərindən etibarən hərbi əməliyyatların şahidi olan Sünik bölgəsində itkisiz, yaxud atışmanın olmadığı bir il belə keçməyib. İndi sakinlər mövcud vəziyyətdə məmnundurlar”, – o bildirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:209
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 18 Dekabr 2025 09:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see319

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see317

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see315

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see310

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see296

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see291

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see289

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see286

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see270

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see266

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see260

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see244

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see242

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see241

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see230

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see222

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see222

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see217

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see211

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri