Icma.az
close
up
RU
“Zəngəzurdan keçən dəmir yolu Azərbaycanın mülkiyyətidir” 34 il əvvəlki razılaşma ilə bağlı SENSASİON DETALLAR

“Zəngəzurdan keçən dəmir yolu Azərbaycanın mülkiyyətidir” 34 il əvvəlki razılaşma ilə bağlı SENSASİON DETALLAR

Bizim media saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Rusiya son günlər Cənubi Qafqazla bağlı siyasətində yenidən aktivlik nümayiş etdirməyə çalışır.  Belə ki, Kreml özünün “Tramp marşrutu”ndan (Zəngəzur dəhlizi) pay almaqda maraqlı olduğunu gündəmə gətirib.

Rusiya XİN-in MDB ölkələri üzrə 4-cü departamentinin direktoru Mixail Kalugin Rusiyanın “Cənubi Qafqaz Dəmir Yolu” şirkətinin Ermənistanın dəmir yolu şəbəkəsinin idarə olunması üzrə konsessiyaya malik olduğunu bildirib. O, “Tramp marşrutu”nun da bu konsessiyaya daxil olacağını bildirib.
Rusiya rəsmisinin bu açıqlaması Zəngəzur dəhlizinin mülkiyyəti məsələsini gündəmə gətirib.
Sözügedən dəmiryolu əslində kimin mülkiyyətindədir?  Rusiyanın bu məsələni qabartması nə ilə bağlıdır?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirib ki, həmin dəmir yolu Azərbaycanın mülkiyyətidir:
“İlk növbədə onu qeyd edək ki, Alma-Ata deklarasiyasına əlavələrdə bu və ya digər ölkənin digər dövlətin ərazisində yerləşən mülkiyyətləri barədə məsələlər öz əksini tapıb. Məsələn, Latviyanın Yurmala şəhərində sovet dönəmində tikilən sanotoriya bu günədək Belarusun mülkiyyətidir. Sovetlər dönəmində Zəngəzurdan keçən dəmir yolunun bir hissəsi Azərbaycan büdcəsi hesabına tikilib, onu idarə edən də Azərbaycan olub. Yəni həmin yol birbaşa Azərbaycanın mülkiyyətidir və belə olaraq da qalır.
2008-ci ildə isə Ermənistan öz ərazisindən keçən dəmir yolunu Rusiya Dəmir Yolları İdarəsinin mülkiyyətinə verib. Amma Azərbaycanın mülkiyyəti olaraq Ermənistanın onu kiməsə vermək hüquqi yoxdur”.  
“Bakı Tramp layihəsində mülkiyyət sahibi kimi iştirak edə bilər”.
Tofiq Zülfüqarov bu reallıq fonunda Kaluginin sözügedən açıqlamasının iki məqsədə hesablandığını qeyd edib:
“Bununla Moskva çalışır ki, Rusiyanın da “Tramp yolu” layihəsinə qoşulmasına nail olsun. Kremlin dediyinə görə, sözügedən ərazidə onun həm mülkiyyəti, həm də sərhədçiləri var. Rusiyanın bu iddiası əslində ABŞ-a qarşıdır. Bu baxımdan Rusiyanın addımı Trampın təşəbbüsünə ziddir. Rusiya tərəfindən belə bir məsələ qaldırılırsa, onda rəsmi Bakı da özünün mülkiyyət hüququ mövzusunu qaldıra bilər. Azərbaycan Tramp layihəsində mülkiyyət sahibi kimi iştirak etməlidir”.
Xatırladaq ki, 8 avqust 2025-ci ildə Ağ Evdə ABŞ Prezidenti Donald Tramp, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən görüşdə TRİPP-in (Zəngəzur dəhlizi) açılması ilə bağlı razılıq əldə olunub.
Qeyd edək ki, Alma-Ata bəyannaməsi 1991-ci il dekabrın 21-də imzalanıb. Sözügedən sənəd MDB-nin məqsəd və prinsipləri, əsaslarını özündə əks etdirir.
Rüfət Sultan, Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://bizim.media
archiveBu xəbər 19 Dekabr 2025 10:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see642

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see274

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see247

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see231

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see217

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see196

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see193

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see179

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see173

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see166

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see162

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see155

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see152

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see147

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see143

“Qarabağ”ın qapıçısı Çempionlar Liqasında ilk “10 luq”da yer alıb

01 Fevral 2026 08:37see141

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see141

İsrailin Qəzzanı tamamilə ələ keçirmək planı qüvvədədir ŞƏRH

01 Fevral 2026 09:35see140

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see140

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri