Icma.az
close
up
RU
Zəngəzurla bağlı TARİXİ MESAJ “Tramp yolu”nun açılmasının region üçün STRATEJİ ÖNƏMİ

Zəngəzurla bağlı TARİXİ MESAJ “Tramp yolu”nun açılmasının region üçün STRATEJİ ÖNƏMİ

Icma.az, Bizim media portalına istinadən məlumat verir.

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev “Əl-Ərəbiyyə” kanalına müsahibə verib. Dövlət başçısı müsahibədə dünya, regional və ölkə əhəmiyyətli bir sıra mühüm məsələlərə toxunub.
Prezidentdən Zəngəzur mesajı
İlham Əliyev Zəngəzur dəhlizi (TRİPP)  məsələsinə də toxunaraq, qeyd edib ki, bu dəhliz təkcə Şərq-Qərb deyil, həm də Şimal-Cənub nəqliyyat dəhlizi olacaq.
 

“Deməli, Rusiyadan Azərbaycana, İrana gedən Şimal-Cənub marşrutundan əlavə, bizim digər marşrutumuz da olacaq - Rusiyadan Azərbaycana, Ermənistana, Naxçıvana və İrana. Beləliklə, düşünürəm ki, bütün region üçün hamının udacağı vəziyyət yaranacaq və heç kim bundan itirməyəcək”, - deyə Prezident vurğulayıb.


Xatırladaq ki, Azərbaycan Prezidenti hələ avqustun 8-də Vaşinqtonda səfəri çərçivəsində verdiyi müsahibədə də Zəngəzur dəhlizi (TRIPP) ilə bağlı əldə edilmiş razılaşmanın heç kimə qarşı olmadığını qeyd edib. Dövlət başçısı bildirib ki, bu yeni bağlantı layihəsidir və beynəlxalq nəqliyyat marşrutlarının mühüm hissələrindən biri olacaq.
Region ölkələri üçün Zəngəzur dəhlizi (TRİPP) nə vəd edir?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Azər Badamov bildirdi ki, Prezident İlham Əliyev Əl-Ərəbiyyə televiziya kanalına verdiyi müsahibəsində Zəngəzur dəhlizi ilə bağlı geniş açıqlama verməklə, Qərbi Zəngəzurun Azərbaycandan qoparılaraq Ermənistana verilməsi və Azərbaycanın əsas ərazisindən Naxçıvanı uzaq salmasından Tramp marşurutu adı altında dəhlizin açılışının reallığa çevrildiyi bugünkü günə qədərki tarixdə baş verən proseslərə ekskursiya edib:
“Bununla da o, beynəlxalq ictimaiyyətə dəhlizin ölkəmiz üçün nə dərəcədə əhəmiyyətli olduğunu bir daha nümayiş etdirdi. Tramp bu məsələyə qarışanda Azərbaycan Prezidenti açıq şəkildə Naxçıvana manesiz və təhlükəsiz yolun olması vacibliyini onun diqqətinə çatdırdı.
Təbii ki, tələblərimiz qəbul olundu və Tramp marşrutu (TRİPP), yəni Zəngzəur dəhlizinin açılması reallığa çevrildi.
Gələn il  Azərbaycanın əsas ərazisindən Zəngəzur dəhlizinə (TRİPP) qədər olan dəmir yolu və avtomagistralın tikintisi başa çatdırılacaq. 22 avqustda tarixində isə Türkiyədə Qars-İğdır-Aralıq-Diluçu dəmir yolu xəttinin təməli qoyuldu.
İndi yerdə qalan məsələ Qərbi Zəngəzur ərazisindən keçən 42 km-lik bir dəmir yolunun tikintisi məsələsidir. Tramp bu dəhlizin açılmasına dəstək verdiyindən hesab edirəm ki, Ermənistan ərazsindəki yolun tikintisi uzun çəkməyəcək”.
Çindən Avropaya uzanan əsas arteriya
Deputat qeyd etdi ki, Zəngəzur dəhlizi (TRİPP) təkcə Naxçıvana birləşəcək bir yol olmayacaq, həmçinin regionda  sülh və əməkdaşlığı möhkəmləndirəcək və Çindən Avropaya qədər uzanan coğrafiyada daşınmaların həyata keçirilməsində əsas arteriyalardan birinə çevriləcək: 
“Dəhlizin açılmasının birinci mərhələsində ildə 15 milyon tondan çox yükün daşınacağı proqnozlaşdırılır. Bu dəhlizin işıq üzü görməsilə Ermənistan tranzit ölkəyə çevirəcək. Ekspertlərin proqnozlarına görə, Ermənistan bu dəhliz vasitəsilə daşınmlardan illik 80-100 milyon dollar ətrafında qazanc əldə edəcək. Həmin yol Ermənistanın qapılarının dünyaya açılmasına imkan yaradacaq. Bu da Ermənistana Orta Dəhlizə qoşulmaq imkanı verəcək.
Həmsöhbətimiz dedi ki, dəhlizin işə düşməsi İran və Rusiya üçün də faydalı olacaq:
“Zəngəzur dəhlizin (TRİPP) açılması Şərq-Qərb və Cənub-Şimal nəqliyyat dəhlizlərinin də gücünü artıracaq. Dəhliz açılandan sonra Naxçıvan üzərindən dəmir yolu İran dəmir yolları ilə birləşəcək ki, nəticədə Fars körfəzinə qədər daşınmalar da asanlaşacaq. Bu baxımdan Zəngəzur dəhlizinin (TRİPP) açılması İran və Rusiya üçün də faydalıdır.  
Ümumiyyətlə hesab edirəm ki, Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşurutu regionumuzda sülhün və əməkdaşlığın dayanıqlı olmasına mühüm bir töhfə verəcək”.
Rüfət Sultan, Bizim.Media  

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:64
embedMənbə:https://bizim.media
archiveBu xəbər 28 Avqust 2025 16:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see146

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see143

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see135

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri