Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Zəngilan: doğma yurda qayıdış və gələcəyə açılan yeni yol ŞƏRH

Zəngilan: doğma yurda qayıdış və gələcəyə açılan yeni yol ŞƏRH

Icma.az, Ses qazeti portalına istinadən məlumatı açıqlayır.

Məlumdur ki, 20 oktyabr Zəngilan şəhəri günü xalqımızın tarixi yaddaşında mühüm yer tutan əlamətdar gündür. Bu tarix ölkəmizin ərazi bütövlüyünün bərpasının, xalqımızın birliyinin və iradəsinin təntənəsi kimi xüsusi məna daşıyır.
Yeri gəlmişkən, 2020-ci il oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyev Zəngilan şəhərinin və rayonun bir sıra kəndlərinin işğaldan azad edildiyini elan etdi. Bu tarixi müjdə uzun illər doğma yurd həsrəti ilə yaşayan zəngilanlılara böyük sevinc bəxş etdi. Zəngilanın azad olunması Azərbaycan Ordusunun gücünü, hərbçilərimizin qəhrəmanlığını və xalqımızın sarsılmaz iradəsini nümayiş etdirdi.
Qeyd etmək lazımdır ki, 1993-cü ildə Ermənistanın hərbi təcavüzü nəticəsində işğal olunan Zəngilanın sakinləri ağır sınaqlarla üzləşdilər. Rayon əhalisi 67 gün mühasirə şəraitində mübarizə apardıqdan sonra doğma torpaqlarını tərk etmək məcburiyyətində qaldı. Lakin zəngilanlılar Vətənə qayıdacaqlarına olan inamlarını itirmədilər. 2020-ci ildə qazanılan tarixi Qələbə bu arzunun gerçəkləşməsi üçün şərait yaratdı.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işləri Zəngilanın həyatında yeni mərhələnin əsasını qoydu. Böyük Qayıdış proqramı çərçivəsində şəhərdə və kəndlərdə yaşayış evləri tikilir, yollar və kommunikasiya xətləri yenilənir, sosial infrastruktur yaradılır. Məqsəd insanların doğma yurdlarında təhlükəsiz və rahat yaşaması, işləməsi və gələcəyini qurması üçün zəruri şərait yaratmaqdır. Ağalı kəndində yaradılmış müasir “Ağıllı kənd” modeli bu istiqamətdə həyata keçirilən işlərin uğurlu nümunəsidir. Müasir texnologiyaların tətbiqi, yaşayış evlərinin və sosial obyektlərin inşası kəndin dayanıqlı inkişafına imkan yaradır. Ağalı təcrübəsi Zəngilanın müasir yaşayış məkanına çevrilməsi istiqamətində atılan addımların əhəmiyyətini göstərir. Onu da qeyd edək ki, Zəngilanın inkişafında nəqliyyat və logistika layihələri də mühüm rol oynayır. Zəngilan Beynəlxalq Hava Limanı, Horadiz–Zəngilan–Ağbənd dəmir yolu və avtomobil yolu layihələri bölgənin nəqliyyat imkanlarını genişləndirir, iqtisadi əlaqələrin inkişafına şərait yaradır. Rayonun iqtisadi potensialının reallaşdırılması üçün kənd təsərrüfatı, turizm və sahibkarlıq sahələrində də layihələr həyata keçirilir. “Dost Aqropark” kənd təsərrüfatının inkişafına və yeni iş yerlərinin yaradılmasına töhfə verir. Turizm infrastrukturunun genişləndirilməsi isə Zəngilanın bu sahədə imkanlarının artırılmasına xidmət edir. Böyük Qayıdış proqramı çərçivəsində ailələrin doğma yurda qayıtması Zəngilanın yenidən canlanmasının ən mühüm göstəricilərindəndir. Hər yeni yaşayış məntəqəsinin istifadəyə verilməsi və hər ailənin doğma torpağında məskunlaşması tarixi qələbəmizin real nəticələrini əks etdirir.
Xüsusilə qeyd edək ki, Cənab Prezident İlham Əliyevin müəyyən etdiyi strateji hədəflər və həyata keçirilən layihələr Zəngilanın iqtisadi potensialının daha da güclənməsinə, əhalinin rifahının yüksəlməsinə və rayonun ölkəmizin inkişafına töhfəsinin artmasına imkan verəcək. 20 Oktyabr – Zəngilan şəhəri günü münasibətilə bütün zəngilanlıları və xalqımızı ürəkdən təbrik edirik. Doğma torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, qazilərimizə minnətdarlığımı bildirirəm.
Arif Cəfərzadə,
YAP Göygöl rayon təşkilatı üzrə Balçılı kənd ərazi partiya təşkilatının fəal üzvü

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 21 Oktyabr 2026 09:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see375

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see299

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see282

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see258

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see257

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see242

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see239

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see233

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see226

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see225

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see211

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see210

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see206

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see204

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see203

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see198

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see195

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see191

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see185

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri