Icma.az
close
up
RU
Zəngilan: qədim tarixdən müasir inkişafa gedən yol

Zəngilan: qədim tarixdən müasir inkişafa gedən yol

Icma.az, Azxeber.com portalına istinadən məlumat yayır.

Azərbaycanın cənub-qərb bölgəsində yerləşən Zəngilan rayonu tarix boyu mühüm strateji və mədəni əhəmiyyətə malik olmuş, özünəməxsus coğrafiyası, təbiəti və xalqının fədakarlığı ilə seçilmişdir. 20 oktyabr 2020-ci ildə Zəngilan şəhərinin işğaldan azad edilməsi bu qədim diyarın tarixi salnaməsində yeni bir mərhələnin başlanğıcı olmuşdur. Prezident cənab İlham Əliyevin 31 iyul 2023-cü il tarixli sərəncamı ilə həmin gün "Zəngilan şəhəri günü” kimi təsis edilmişdir. Bu qərar Zəngilanın azad olunmasının dövlətçilik tariximizdəki əhəmiyyətini təsdiq edən mühüm hadisədir.

XIX əsrin əvvəllərində Qafqazın Rusiya tərəfindən işğalından sonra aparılan inzibati bölgü nəticəsində Zəngilan, Zəngəzur qəzasının tərkibində Gəncə quberniyasına daxil edilmişdi. Tarixən türk torpaqları olan bu bölgə 1920-ci il bolşevik işğalından sonra zorla Ermənistana birləşdirilmiş, lakin Zəngilan, Qubadlı və Laçın hissələri Azərbaycanın tərkibində qalmışdı.

Zəngilanın təbiəti və relyefi bu ərazini həm iqtisadi, həm də strateji baxımdan mühüm mərkəzə çevirmişdir. Rayon ərazisindən Araz, Oxçuçay, Həkəri və Bəsitçay kimi mühüm çaylar keçir. Ərazidə tikinti daşı, qara mərmər, qızıl yataqları və əhəng kimi faydalı qazıntılar mövcuddur. Rayonun iqtisadiyyatı tarixən kənd təsərrüfatı yönümlü olmuş, burada 29 kolxoz-sovxoz, 4 kooperativ və 3 kəndli-fermer təsərrüfatı fəaliyyət göstərmişdir. Zəngilan həm də dəmir yolu xətləri üzərində yerləşdiyi üçün mühüm nəqliyyat qovşağı rolunu oynamışdır.

1993-cü ilin payızında Füzuli və Cəbrayıl rayonlarının işğalından sonra Zəngilan 67 gün mühasirədə qaldı. Rayonun qəhrəman sakinləri son nəfəsinə qədər vuruşaraq, 235 şəhid və itkin verməklə Azərbaycanın müxtəlif bölgələrinə sığınmışdılar. Bu faciəvi hadisə Azərbaycan tarixində xalqın əzmkarlığının, milli birliyinin simvoluna çevrildi. İşğal dövründə erməni vandalizmi nəticəsində Zəngilanın yüzlərlə tarixi-dini abidəsi dağıdılmışdır. XVII əsrə aid İmam Hüseyn məscidi, XIV əsr Məmmədbəyli türbəsi, Bartaz Qız qalası və Şərifan abidələri kimi nadir memarlıq nümunələri məhv edilmişdir. Lakin bu abidələrin hər biri Azərbaycan mədəniyyətinin əvəzsiz hissəsi olaraq dövlət səviyyəsində bərpa edilir.

2020-ci il 27 sentyabrında başlayan Vətən müharibəsinin 24-cü günündə – 20 oktyabrda Müzəffər Ali Baş Komandan İlham Əliyev Zəngilan şəhərinin işğaldan azad olunduğunu elan etdi. Bu tarixi hadisə nəticəsində rayonun 4 qəsəbəsi və 49 kəndi azad edildi, Azərbaycan-İran sərhədi 132 kilometr uzunluğunda tam bərpa olundu.

Zəngilanın azad edilməsində xüsusi şücaət göstərmiş 6974 hərbi qulluqçu "Zəngilanın azad olunmasına görə” medalı ilə təltif edildi. Bu, Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşən qəhrəman övladlarına verilən ən ali dövlət təltiflərindən biridir.

Zəngilan azad olunduqdan dərhal sonra Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə "Böyük Qayıdış” proqramı çərçivəsində bərpa və quruculuq işlərinə başlanıldı. Azərbaycanın ilk "Ağıllı kənd” layihəsi məhz burada – Ağalı kəndində həyata keçirildi. Müasir enerji texnologiyalarına əsaslanan bu kənd dünyanın ən qabaqcıl ekoloji yaşayış məkanlarından biridir. Günəş panelləri, hidravlik turbinlər, bioloji su təmizləmə sistemi və yüksək sürətli GPON internet şəbəkəsi burada dayanıqlı inkişaf modelinin təməlini qoyur.

Zəngilan həm də "yaşıl enerji” konsepsiyasının tətbiq olunduğu bölgələrdəndir. Burada 2024-cü ildə açılmış "Zəngilan” və "Şayıflı” Su Elektrik Stansiyaları ekoloji baxımdan təmiz enerji təmin edir. Bu addımlar Qarabağ və Şərqi Zəngəzurun "yaşıl zona” elan edilməsinin praktiki təzahürüdür.

Zəngilan rayonu mühüm nəqliyyat qovşağı kimi formalaşmaqdadır. Horadiz-Zəngilan-Ağbənd dəmir yolu və Zəngilan-Horadiz avtomobil yolu regionun nəqliyyat əlaqələrini bərpa etməklə yanaşı, Zəngəzur dəhlizinin tərkib hissəsinə çevrilir. 2022-ci ildə istifadəyə verilmiş Zəngilan Beynəlxalq Hava Limanı isə həm iqtisadi, həm də siyasi baxımdan mühüm əhəmiyyətə malikdir. Zəngilanda kənd təsərrüfatı sahəsində "Dost Aqropark” kimi iri layihələr icra olunur. Türkiyə ilə birgə yaradılmış bu aqropark 100 milyon dollarlıq sərmayə ilə 500 nəfəri işlə təmin edir, regionun iqtisadi potensialını artırır və "Made in Qarabağ” brendinin formalaşmasına xidmət edir. Heydər Əliyev Fondu tərəfindən bərpa edilən Zəngilan şəhər məscidi bu gün həm dini mərkəz, həm də mədəni irsimizin simvoludur. XIX əsrə aid bu məscidin bərpası Azərbaycanın işğaldan azad olunmuş ərazilərində milli-mənəvi dəyərlərin bərpasına verilən önəmin bariz nümunəsidir.

Turizm sahəsində də Zəngilanın potensialı genişlənir. 2024-cü ildə açılan "Ağalı” hoteli və süni göl sahilində yaradılmış ekoturizm obyektləri bölgəni cəlbedici turizm istiqamətinə çevirir. Bu gün Zəngilan təkcə bir rayon deyil, həm də Azərbaycan xalqının qələbə rəmzidir. İşğaldan azad edilmiş bu torpaqlarda dövlətimizin həyata keçirdiyi bərpa və quruculuq işləri, sosial-iqtisadi inkişaf layihələri və müasir şəhərsalma siyasəti Azərbaycan dövlətçiliyinin qüdrətini nümayiş etdirir.

Zəngilanın yenidən dirçəlişi və bu torpaqlarda həyata keçirilən bütün bərpa-quruculuq işləri birbaşa Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin uzaqgörən siyasətinin və qətiyyətli rəhbərliyinin nəticəsidir. Cənab Prezidentin Zəngilana mütəmadi səfərləri, şəxsən təməlqoyma mərasimlərində iştirakı və bölgənin sosial-iqtisadi inkişafına xüsusi diqqəti bu qədim diyarın taleyində yeni bir səhifə açmışdır. Dövlət başçısının Zəngilanı "Böyük Qayıdış”ın rəmzinə çevirməsi, xalqımıza qayğı və diqqətinin təzahürü olaraq tarixə qızıl hərflərlə yazılmışdır. Zəngilanın bugünkü inkişafı xalqın Prezidentinə olan dərin etimad və minnətdarlığının təbii ifadəsidir.

Zəngilanın hər bir daşı, hər bir abidəsi tariximizin canlı yaddaşıdır. 20 oktyabr – Zəngilan şəhəri günü yalnız bir qələbənin deyil, həm də xalqın yenidən dirçəlişinin təntənəsidir. Bu torpaqların inkişafı, əhalinin qayıdışı və gələcək nəsillərin firavanlığı naminə görülən işlər Azərbaycanın gələcək yüzilliyinə uzanan qürur salnaməsidir.

Cavid Abaszadə,

Binəqədi rayonu Emin Əliyev adına 297 nömrəli tam orta məktəbin direktoru

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:167
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 17 Oktyabr 2025 11:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see310

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see273

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see264

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see263

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see256

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see249

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see245

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see232

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see220

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see219

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see215

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see213

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see203

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see190

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see187

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see186

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see174

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see172

Videokolposkopiya ginekologiyada müasir müayinə. VİDEO

18 Oktyabr 2026 08:00see170

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri