Zəngilan və Cəbrayıl sakinlərinə kənd təsərrüfatı dronlarından istifadəyə dair onlayn təlimlər keçirilir
Icma.az, Azertag saytına istinadən bildirir.
Bakı, 23 aprel, AZƏRTAC
Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə aqrar sahədə innovasiyaların təbliği və təşviqi istiqamətində növbəti layihə həyata keçirilir.
Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, layihə çərçivəsində Zəngilan və Cəbrayıl rayonlarının sakinləri üçün aqrar sahədə tətbiq olunan pilotsuz uçuş aparatlarının idarə edilməsinə dair onlayn təlimlərə start verilib.
Türkiyənin “Sapmaz Havacılık və İleri Texnolojiler” şirkətinin mütəxəssisləri tərəfindən keçirilən təlimlərdə kənd təsərrüfatı dronlarının spesifikası və istifadə qaydaları öyrədilir.
Təlim iştirakçıları Zəngilan rayonunda keçiriləcək Aqrar Biznes Festivalı çərçivəsində sahələrə çiləyici dronlar vasitəsilə herbisid və pestisidlərin səpini üzrə praktiki təcrübə keçəcəklər.
Təlimlərdə iştirak etmiş şəxslərə Türkiyə Respublikasının Mülki Aviasiya Baş İdarəsi tərəfindən təsdiqlənmiş sertifikat və dronların idareedilməsi üzrə sürücülük vəsiqəsi veriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 23 Aprel 2025 18:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















