Icma.az
close
up
RU
Zərdabinin gizli xəzinəsi tapıldı Şərq in maraqlı qonaqları var

Zərdabinin gizli xəzinəsi tapıldı Şərq in maraqlı qonaqları var

Icma.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Unudulan halaylar yenidən səslənəcək, Üzeyir bəyin sirli ilham mənbəyi üzə çıxdı


“Həsən bəy peşəkar teatrın yaradıcısı idi həm də. “Hacı qara”nı, “Lənkəran xanının vəziri” pyeslərini tamaşaya qoymuşdu”


“Şərq”ə möhtərəm qonaqlar təşrif buyurdu; Görkəmli bəstəkar, Əməkdar incəsənət xadimi, Bakı Musiqi Akademiyasının Bəstəkarlıq kafedrasının professoru, Azərbaycan dövlət himninin bərpaçısı Aydın K. Azim və Rəşid Behbudov Fondunun direktoru Kamil Şahverdi. “Nə əcəb?” düşünə bilər oxucumuz. Bu gəlişin, görüşün özəl səbəbi var. Kamil müəllim Həsən bəy Zərdabinin "Xorla oxunan Azərbaycan türk nəğmələri” kitabını əldə edib. 


“Şərq”in baş redaktoru, milli mətbuatımızın, cümhuriyyət dövrü də daxil olmaqla tədqiqatçısı olan Akif Aşırlı, təbii ki, Zərdabi yaradıcılığı ilə də yaxından tanış olduğundan bu tapıntı da onu maraqlandırdı və Kamil müəllimi redaksiyaya dəvət etdik. K.Şahverdi isə tək gəlmədi. Onunla birlikdə Aydın müəllim də redaksiyaya təşrif  buyurdular. Səbəb yenə də həmin kitabdır. Çünki Aydın K. Azim, böyük ehtimalla mahnı, nəğmə olan, lakin kitabda mətn halında verilmiş nəzm parçalarını nota salmaq kimi mühüm bir vəzifəni üzərinə götürüb. Belə bir xoş ortamda söhbətimiz baş tutdu. 


- Kamil müəllim, bu kitabı necə, haradan əldə etmisiniz?

- Bu haqda məlumatım çoxdan vardı ki, rus dilində belə bir kitab nəşr olunub, “Azərbaycan xor nəğmələri” adlanır. Mən bununla çox maraqlandım, bir çox şəxslərdən soruşdum, məlumat əldə etməyə çalışdım. Nəhayət, tanınmış tədqiqatçı-jurnalist Dilqəm Əhməd sayəsində kitabı əldə etdim. Dilqəm Əhməd çox maraqlı işlər görür. Yaxşı əlaqələri var. Tapıntıları çox qiymətlidir. Kitabda ancaq mətnlərdir, not yoxdur. Qeyri-musiqiçi onlara baxdıqda, zənn edəcək ki, şeir nümunələridi. Amma musiqi bilgisi olanlar bu şeir nümunələrinin mahnı mətnləri olduğunu anlayır. Xüsusən də Aydın müəllim kimi milli musiqi sistemimizi  mükəmməl bilən, qədim mahnılarımıza, bayatılarımıza, mahnı, nəğmə irsimizə dərindən bələd olan bir şəxs. Aydın müəllim baxdı, nümunələrə göz gəzdirdi və dedi ki, bunlar xorla ifa olunan halaylardır, nohələrdir. 


Aydın K. Azim: 

- Bilirsiz, mən “xor” ifadəsini işlətmirəm. “Halay” deyirəm. Biz halay görmüşük, halay eşitmişik. Bu, bizim xalqın qədim sənət növüdür. Halay çəkmək ifadəsi var dilimizdə. Bu, qədim xalq sənəti növüdür. Məsələn, qadınlar tarlada çalışarkən halay çəkərdilər. Bir ara cənub bölgəmizdən qadınlar çıxdı, halaylar ifa edirdilər. Amma Mədəniyyət Nazirliyi onlara diqqət ayırmadı, bu sənətin davam etməsi, dirçəlməsi üçün heç nə etmədilər. Masallıda olanda bazara getmişdim. Bir satıcı qadının səsi məni cəlb elədi, fikirləşdim bu qadın halay barədə biləcək. Soruşdum, dedi, bəli, bilirəm. Sual verdim, bəs niyə ifa etmirsiniz: Dedi ki, əvvəllər çəltik əkirdik, halay çəkirdik, indi pomidor-xiyar əkirik. Pomidor-xiyara nə halay oxuyacağıq?!. Bəllidir ki, Azərbaycanda not sistemi çox sonralar yaranıb. Musiqinin nota köçürülməsi erkən orta əsrlərdə əl-Xarəzmi, əl-Fərabi ilə başlayır. Bu görkəmli filosoflar not sistemini tərtib etmək üçün çox səy göstəriblər. Fərabinin "Kitabi əl-Musiqə əl-kəbr" (Musiqi haqqında böyük kitab) əsəri var. Musiqişünaslığın əsaslarını tədqiq edib. Özü də bir neçə musiqi alətində ifa edirmiş, bir neçəsini də ixtira edib. Hər xalqın özünəməxsus musiqi təfəkkürü var. Bizim xalqın musiqi təfəkkürü fərqlidir. Adətən el sənəti nümunələrinə folklor deyirlər. Folklor hər xalqda var. Folklor zəmindir. Onu sistem halına gətirmək lazımdır. Əbdülqadir Marağayi, Səfiəddin Urməvi və əlbəttə ki, Üzeyir bəy bunu etdilər. Musiqi nəzəriyyəsini işlədilər. Məqam (lad) sistemi tərtib edilmiş oldu. Fikrimi izah etmək üçün belə bir müqayisəyə nəzər salaq. Hər xalqın folkloru olduğu kimi, qədim zamanlardan hərənin öz inancı var idi. Kimi günəşə, müxtəlif təbiət hadisələri, kimisi heyvanlara və sairə inanırdı. Sonra böyük dinlər yarandı. Din bir sistemdir. Bizim islam dinimiz kimi. Musiqi sistemi də eynilə belədir. Hərənin öz folkloru var, bizim böyük alimlərimiz isə musiqi sistemi yaratmağa müyəssər olublar. Musiqidə də 2 sistem var. Birini italyanlar tərtib edib, birini də biz – azərbaycanlılar. O italyan da Urməvinin yanında təhsil alıb, tələbəsi olub onun. Rus Amerika bəstəkarı Stravinskinin “Müqəddəs bahar”ını  dinləyəndə “tutursan” bu, Mahur-muğamının üzərində yazılıb. Ruslar öz bəstəkarlarını yüksəldir, guya ki, hər şeyi onlar icad edib. Guya ki, Üzeyir bəy də onlardan bəhrələnib. Bir dəfə Bəstəkarlar İttifaqında söhbət düşdü, dedilər, Üzeyir bəyi niyə dünyaya lazımi səviyyədə tanıda bilməmişik, mərhum Vaqif Səmədoğlu qısa, lakonik cavab verdi. Dedi, çünki bizim top-tüfəngimiz olmayıb, olsaydı, Üzeyir bəyin şöhrəti dünyaya yayılardı. Üzeyir bəyə nə qədər təzyiqlər olub, görün nə qədər sıxıblar onu, “Leyli və Məcnun”dan, başqa əsərlərindən də imtina etməyə məcbur ediblər. Yəni göstərmək istəyiblər ki, hər şeyi ruslar gətiriblər bizə. Ona görə də bolşeviklərdən əvvəl bizdə heç nə ola bilməzdi. İnsan öz balasından necə imtina edər?!. Necə dəhşətli bir vəziyyət yaranmalıdır ki, insan bunu etsin! Sonra gördülər ki, teatrlar tamaşa göstərməyə əsər tapa bilmirlər. Yenidən Üzeyir bəyə müraciət etdilər. “Leyli və Məcnun” yalnız şərqdə ilk opera deyil. Bunu hamı deyir, yazır. Bunlar Üzeyir bəyin yaratdığı nəhəng əsərin müqabilində çox kiçik sözlərdir. Üzeyir bəy “Leyli və Məcnun”la yeni texnologiyanın əsasını qoyub. Biz hələ də bunu anlamış deyilik. Bu operada muğamlarımız, el havalarımızla yanaşı, həm də nohələr var. Məsələn, Məcnun deyir: “Bəxtim, taleyim yoxdur, bəxtim, taleyim yoxdur... ” (Aydın müəllim bu hissəni musiqili dinləndirdi – M.R.) Baxın, burada bizim mərsiyələrin, nohələrin nümunəsi var.


K.Şahverdi:

- Bəzən soruşurlar, “necə olur ki, 22 yaşlı gənc belə bir opera yazır?” Bu suala Aydın müəllimin konkret cavabı var. Deyir, siz Üzeyir bəyin yetişdiyi mühitə baxın. Həqiqətən də, o dövrdə kimlər yox idi?!. Həsən bəy Zərdabidən başlamış, Mir Möhsün Nəvvab, Firudin bəy Köçərli, Əbdürrəhim bəy, Əhməd bəy Ağaoğlu, Əli bəy Hüseynzadə, Məhəmməd Əmin Rəsulzadə...  daha kimlər, kimlər...  Belə mühitdə yetişən şəxs başqa necə ola bilərdi?!. Hazırda Aydın müəllim, Həsən bəyin “Nəğmələr” kitabı üzərində işləyir, baxır, hansı havalar uyğun gəlir. Buna uyğun olaraq da o nəğmələri nota salacaq. Biz o kitabı təkrar nəşr edəcəyik, nəğmələr nota salınmış şəkildə. 


- Sizcə, Üzeyir bəy xalq mahnılarını nota salanda bu kitabdakı nümunələrdən də bəhrələnibmi?

 

- Aydın müəllim onları yerbəyer etdikdən sonra məlum olacaq, Üzeyir bəy onlardan istifadə edib, ya yox. Həsən bəyin arzusu olub, musiqili əsər yazmaq. Bilirsiniz, Həsən bəy peşəkar teatrın yaradıcısı idi həm də. “Hacı qara”nı, “Lənkəran xanının vəziri” pyeslərini tamaşa qoymuşdu. O Azərbaycanda musiqili əsərlərin yaranmasını arzulayırdı. Ona görə də belə maraqlı işlər görürdü ki, xalqın musiqi irsini yaşatsın. Bilirsiniz ki, Həsən bəyin milli nəğmələrimizə aid daha bir neçə kitabı nəşr olunub. Bizim əldə etdiyimiz kitab birinci nümunədir. Özü də xorla, yəni elliklə ifa olunan nəğmələr. Bu çox böyük bir işdir. Aydın müəllim kitabda verilmiş mətnlərin hansı havalara, yallılara və başqa nümunələrə uyğun gəlməsini müəyyən etdikdən sonra, məncə, ortaya böyük fundamental iş qoya biləcəyik. Həsən bəyin başlatdığı işi Üzeyir bəy davam etdirdi və nəticəsi hamımıza məlumdur. 


Aydın K. Azim:

- Üzeyir bəy operası üçün Füzulinin “Leyli və Məcnun” poemasını əsassız seçməmişdi. Fikirləşib, nəylə cəlb etmək olar cəmiyyəti? Əlbəttə, sevgi ilə. Və bu sevgi əsəri 120 ilə yaxındır səhnədədir, hələ də sevilir, baxılır, bundan sonra da yüzilliklər keçəcək, yenə səhnədə olacaq. Hər hansı bir millətin, xalqın mədəni səviyyəsini bilmək istəyirsinizsə, onun musiqisinə, teatrına baxmalısınız. Bunlar səciyyələndirir xalqın mədəni səviyyəsini. Bilirsiniz ki, Akademik Opera və Balet Teatrının binası bir neçə dəfə yandırılıb. Məqsədli şəkildə. Təəssüf ki, sonralar bəzi mənfi hallar da baş verdi. Hacı Zeynalabdin Tağıyevin inşa etdiyi teatr binası, hansı ki orada Musiqili Komediya Teatrı uzun illər fəaliyyət göstərmişdi, təmir edilmək adı altında tamam başqa bir forma aldı. O teatr Üzeyir bəyin “Leyli və Məcnun” operasının ilk nümayişinə şahidlik etmişdi. Bizim musiqi məktəblərimizin müfrədatı (tədris proqramı) dəyişməlidir. Niyə bizim balalar musiqi təhsilinə "Andrey, ne qoni vorobey"lə başlamalıdırlar? İbtidai musiqi təhsilində ciddi dəyişikliklər etməliyik. Onu dəyişsək, konservatoriya pilləsində də zəruri dəyişiklik olacaq. Biz Avropa musiqisinə xidmət etməməliyik. Bəhrələnmək olar, öyrənmək də olar. Amma xidmət etmək olmamalıdır. Baxın, Üzeyir bəy öz yaradıcılığı ilə bayrağımızın 3 rəngini də əhatə edib. Həm millilik var, həm müasirlik, həm də islam mədəniyyəti. Bunu edə bilənlər, edənlər çox azdır. 


Kamil Şahverdi:

- Üzeyir bəyin tam külliyyatı da nəşr edilməyib. Ü.Hacıbəyli yaradıcılığı indiyədək əhatəli tədqiq də edilməyib. Xronika, filan yerdə doğuldu, filan əsərləri var... bu, tədqiqat deyil. Üzeyir bəy dövlət himnimizin müəllifidir. Aydın müəllim isə himnin bərpaçısıdır. Maraqlıdır ki, Üzeyir bəy milli marşın da müəllifidir. Bu marş 1917-ci ildə yazılıb. Yusif Vəzir Çəmənzəminli Üzeyir bəyə məktub yazaraq ondan milli marş yazmasını xahiş edir. Üzeyir bəy cavabında qeyd edir ki, “mən milli qəsidə yazdım". Məlumdur ki, himn cümhuriyyət qurulduqdan sonra yazılıb. Müsabiqə elan edilib, müsabiqəyə bir çox bəstəkarlar əsərlərini təqdim ediblər. Hətta Türkiyədən İsmayıl Zehni bəy də müsabiqəyə əsərini göndərib. Üzeyir bəyin müəllifi olduğu bizim hazırkı dövlət himnimiz “Azərbaycan marşı” adlanır. Qəribədir ki, həmin müsabiqəyə təqdim olunan əsərlərin heç biri arxiv materiallarında yoxdur. Ola bilsin, mühacirət zamanı ölkədən çıxarılıb həmin sənədlər.           

Aydın K. Azim: 

- Məncə, qəsidə daha uyğun ifadədir, nəinki marş.... Hesab edirəm ki, biz qədim musiqi irsimizi bərpa etməliyik. Çox şeyləri itirmişik, amma onların hamısını bərpa etmək olar. Hindistanda Qandidən sonra hind musiqisi, fəlsəfəsi darmadağın idi. Amma onlar klassik hind musiqisini bərpa etməyi bacardılar. Hər bir xalq öz kökləri üzərində dayandıqda güclü və qüdrətli olur.                               


Kamil Şahverdi: 

- Biz 44 günlük Vətən müharibəsində möhtəşəm qələbə qazandıq. Etiraf edək ki, Nadir şahdan sonra Azərbaycan tarixində qələbə qazanılmamışdı. Cümhuriyyət qurmuşduq, amma onun da ömrü qısa oldu. Azərbaycan tarixində 2020-ci il və sonrakı illər qələbə illəridir. Deməli, bu qələbələrə uyğun da nəsil yetişdirməliyik.   

Söhbəti yazdı: Məlahət Rzayeva          

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://sherg.az
archiveBu xəbər 26 Avqust 2025 11:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiyalı turistlər Çin otellərində kabus gördüklərini deyirlər...

24 Avqust 2025 18:14see251

Rusiya yanacaq ixracına qoyulan qadağanın müddətini uzadıb

26 Avqust 2025 02:36see200

Paşinyan ermənilərə: Artıq bundan əl çəkin

25 Avqust 2025 18:29see200

Mançester Yunayted Fulhem lə heç heçə etdi Video

25 Avqust 2025 01:13see175

Finlandiya ABŞ ın iştirakı ilə təlimlərə başlayır

25 Avqust 2025 04:17see145

La Liqa: Real Madrid rəqibinə şans vermədi

25 Avqust 2025 01:42see136

Alimlər XƏBƏRDARLIQ EDİR: Bu məhlulun ölüm təhlükəsi var

24 Avqust 2025 22:00see132

Mançester Yunayted qələbəni əldən verdi

24 Avqust 2025 22:14see130

Muğamı Günü ilə bağlı virtual sərgi və kitab sərgisi istifadəçilərə təqdim olunub

24 Avqust 2025 23:08see127

Gizli sənədlər ortaya çıxdı ABŞ Rusiyanı NATO ya daxil etmək istəyirmiş

24 Avqust 2025 23:54see127

Ət qiymətləri rekord səviyyəyə çatdı

24 Avqust 2025 17:33see125

Rusiyalı idmançı Bosfor boğazını keçərkən yoxa çıxıb

25 Avqust 2025 00:58see124

TƏBİB: “Sədərək” ticarət mərkəzində yanğınla əlaqədar müraciət edən 4 nəfərdən 2 nin durumu orta ağırdır

24 Avqust 2025 16:03see123

Anton Krivotsyukun komandası iki dəfə hesabda irəli çıxıb, 72 ci dəqiqədə azlıqda qalıb

24 Avqust 2025 22:01see120

Qalatasaray səfərdə Kayserispor u sökdü

25 Avqust 2025 00:32see120

Braqa nın hücumçusu Qarabağ a keçəcək?

24 Avqust 2025 17:58see119

İsrail Yəmənə hücum etdi, prezident sarayı hədəf olub

24 Avqust 2025 17:18see119

Sevil Nuriyeva qətlə yetirilən həyat yoldaşından yazdı: Bu dünyadan ağzı oruclu köçdü FOTO

26 Avqust 2025 04:44see118

Mançester Yunayted in futbolçusu La Liqaya qayıda bilər

25 Avqust 2025 20:22see118

Almeyda Türkiyəyə başş mıqçi kimi geri dönüb

25 Avqust 2025 00:24see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri