Icma.az
close
up
RU
Zərdabinin baralyefi qarşısında kövrəldim Səfər qeydləri

Zərdabinin baralyefi qarşısında kövrəldim Səfər qeydləri

Icma.az, Sherg.az saytına istinadən bildirir.

19 iyul 2025-ci il, saat 07:45.

 Azərbaycan milli mətbuatının 150 illik yubileyi münasibətilə Azərbaycan Beynəlxalq Bankının (ABB) təşkil etdiyi media tura gecikirəm. Tur çərçivəsində ilk peşəkar qələm sahibi, anadilli mətbuatımızın bünövrəsini yaradan Həsən bəy Zərdabinin muzeyini ziyarət də nəzərdə tutulub. Birtəhər özümü tur avtobusuna çatdırsam da, avtobusda yolumu gözləyən həmkarlarımdan üzr  istəməyi də çaşqınlıq içərisində unuduram. Amma, yola davam. Avtobusun pəncərəsindən boz  mənzərəli  yolu, daha doğrusu, yolun kənarındakı susuzluqdan quruyan kol-kosları, dağ-kəsəyi izləyə-izləyə gedirik.

 Düşünürəm ki, Həsən bəy 1875 - çi ildə "Əkinçi"ni yaradanda da çəmiyyətimiz fikir, düşüncə yoxsulluğundan , "susuzluğu"ndan  əziyyət çəkirdi. Ona görə xalqın bar verməsi mümkünsüz görünürdü. Canlı orqanizm ücün su ilə yanaşı qida da lazımdır. Yolüstü  Hacıqabulda səhər yeməyinə əyləşirik.

Süfrə ətrafında  universitetdə mənə dərs deyən Samir müəllimlə qarşılaşıram.

Həmişə maraqlı gəlib, görəsən, Zərdab rayonu Həsən bəy Zərdabiyə görə belə adlandırılıb, yoxsa Həsən bəy doğulub boya-başa çatdığı şəhərin adını təxəllüs götürüb? Sualımı yeməkdə yox, ev muzeyinə çatanda verməyi qərara alıb sifariş verilən nemətlərdən dadıram. 

 Sonra , sonra isə yola davam edirik. Müəllif üçün saatlar, oxucu üçün isə saniyələr keçəndən sonra ABB-nin Zərdab filialına çatırıq. Bank işçiləri   bizi qonaqpərvərliklə qarşılayır, suallarımızı həvəslə cavablandırırlar.

Bankın  filialından çıxandan sonra turun ən maraqlı yeri - yəni Həsən bəy Zərdabinin muzeyini ziyarət başlayır. Evin həyətində Həsən bəyin rəngini seçə bilmədiyim ,  sarı ya da yaşıl rəngdə olan  baralyefi ilə qarşılaşırıq. Fotosessiyadan sonra muzeyə keçəndə səhər yeməyindən bəri ağlımı qurdalayan o sualı Samir müəllim Xalidoğluna  verirəm. Gülüb “Zərdabi yaşadığı yerin adını təxəllüs götürüb” cavabını verir.

İçəri keçəndə Həsən bəy Zərdabinin fotoları, onun və ailəsinin şəxsi əşyaları bizi qarşılayır. Muzeyin çox maraqlı aurası var. Həsən bəy Zərdabi ilə bağlı kitabların arasında baş redaktorumuz Akif Aşırlının  "Həsən bəy Zərdabinin mücahid oğlu" kitabını da görürəm. Muzey işçisi Həsən bəy Zərdabinin həyatı və yaradıcılığı haqqında məlumat verəndə doğrusu özümü saxlaya bilmədim kövrəldim.  Hələ Həsən bəy Zərdabinin qəbrinin 3 dəfə yer dəyişməsini bilsəm də, bunu yenidən eşitmək məni qəhərləndirdi.

Bilməyənlər üçün deyim ki, Həsən bəy Zərdabi 1907-ci il noyabrın 28-də vəfat edəndə Bibiheybətdə dəfn edilib. 1930-cu illərdə həmin qəbiristanlıq dağıdılır və Zərdabinin qalıqları kiçik qızı Qəribsoltan xanımın təşəbbüsü ilə oradan çıxarılıb, həyat yoldaşı Hənifə xanımın ayaqları altına torpağa basdırılır. Sonradan dövrün görkəmli alimləri tərəfindən Fəxri xiyabanda basdırılması istənilir. Həsən bəyin qızı əvvəlcə etiraz etsə də, birtəhər razı salınır. Məzarı tapmaq prosesi o qədər də asan keçmir və Hənifə xanımın məzarının ayaq tərəfində, taxta yeşik içində Zərdabinin – el atasının – sümükləri tapılır. Deyilənə görə, məzar tapılanda oradakı bütün insanlar ağlayıb.

Muzeyi tərk edərkən ordakı xatirə dəftərinə bu sözləri yazıram:

"O, Azərbaycan millətinin atası idi, fikir atası."

Muzeyi gəzəndən sonra avtobusa minib bu yazını yazmağa başlayıram. Bundan sonra yolumuz Yevlaxa oradan mənim doğulub boya-başa çatdığım yerə, yəni Mingəçevirə düşəcək. Milli Mətbuatımızın 150 illik ərəfəsində bu media tur mənə yeni dostlar, yeni əməkdaşlıqlar imkanı, ən əsası da kitablarda oxuduqlarımı gözlə görmək fürsəti yaratdı. Ömrünü millət yolunda şam kimi əridən, Azərbaycan dövlətini önçə sözdə, öz  qələmi, çap etdirdikləri qəzet və jurnallarda yaradan Böyük Fikir, Əməl, Düşünçə insanlarını hər zaman xatırlamalı , bu insanların  həyatını örnək götürməliyik. 


Yusif Sultanoğlu 

Bakı- Zərdab- Bakı.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:217
embedMənbə:https://sherg.az
archiveBu xəbər 21 İyul 2025 14:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see320

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see279

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see273

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see260

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see255

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see253

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see244

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see244

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see240

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see219

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see217

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see213

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see208

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see202

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see202

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see195

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see184

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri