Icma.az
close
up
RU
Zərdüşt Əlizadə: Rusiya edə biləcəyi təzyiqi etdi, Azərbaycan geri çəkilmədi MÜSAHİBƏ

Zərdüşt Əlizadə: Rusiya edə biləcəyi təzyiqi etdi, Azərbaycan geri çəkilmədi MÜSAHİBƏ

Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Politoloq Zərdüşt Əlizadə Bakıvaxtı.az-a müsahibə verib.

Söhbəti təqdim edirik.

- Son günlər Rusiya ilə Azərbaycan arasında gərginlik şiddətlənir. Bunun səbəbi müxtəlif amillərlə izah olunur. Sizcə, gərgiliyin real səbəbi nədir? 

-Dünya səhnəsinə baxanda nə görürük? Böyük, qüdrətli dövlətlər özlərindən kiçik və zəif dövlətlərə qarşı beynəlxalq hüquqla uzlaşmayan sərt mövqelər nümayiş etdirirlər. Amerika-İsrail cütlüyü beynəlxalq hüququ çeynəyib, suveren dövlət olan İrana hücum edir, böhtan atır. Bundan başqa ABŞ beynəlxalq hüququ ayaqlar altına atıb, Fələstin xalqını məhv edir. 60 mindən yuxarı fələstinli öldürülüb, 220 mindən çox fələstinli itkin düşüb, 85 minini isə qovublar. Bütün bunlar dünya səhnəsində baş verir. 

 - Rusiya da öz növbəsində belə qətllər törədib... 

-Tələsməyin, indi bizim sabiq sovet məkanına diqqət edək. Rusiya Federasiyası beynəlxalq hüququ vecinə almayaraq, Ukraynaya hücum edib, oranı bombalayıb, bu ölkəni nüvə silahı ilə hədələyir. Bundan əvvəl Ermənistan Rusiyanın dəstəyi ilə beynəlxalq hüququ saymayaraq Azərbaycanın suveren ərzilərini işğal etmişdi. Lakin Azərbaycan 2020-ci ildə öz qanuni hüquqlarını bərpa etdi, torpaqlarını işğaldan azad etdi. Bundan sonra Azərbaycan Türkiyə (Şuşa bəyannaməsi) və Rusiya ilə (Moskva sazişi) müttəfliqlik müqaviləsi bağladı.

2022-ci ilin 24 fevralında Rusiya Ukraynaya hücum etdi. Azərbaycan isə Ukraynanın ərazi bütövlüyünü tanıdığını elan etdi. Ölkəmiz Ukraynaya humanitar yardım göstərdi. SOCAR onlara yanacaq verdi, Ukrayna yaralılarını Azərbaycanda müalicə etdik. Bu, Rusiyanın xoşuna gəlmədi, amma dözdü. Başa düşdü ki, biz Ukraynaya silah vermirik, sadəcə humanitar yardım göstəririk.

Daha sonra Rusiya prezidenti Vladimir Putin ötən il Azərbaycana səfərə gəldi. Ardınca bizim Qroznıya uçan təyyarəmizi vurdular. Düzdür, üzrxahlıq etdilər, amma üzrləri günahlarından betər oldu. Elə üzr istədilər ki, istəməsələr bundan yaxşı olardı. Sonra Azərbaycan sərt üzünü göstərdi, günahkarların cəzalandırılmasını və təzminat tələb etdi.  Bunu etmədilər və əvəzində Azərbaycan prezidenti 9 may tədbirində iştirak etmədi. Bu, Putin üçün çox vacib idi. O, dünyaya tək olmadığını göstərmək istəyirdi. Putin dünyaya sübut etmək istəyirdi ki, görürsünüzmü məndən asılı olan dövlətlər var, Azərbaycan isə ondan asılı olmadığını bildirdi və Rusiyaya getmədi. Bundan sonra onlar Azərbaycanı sarsıtmağın yolları barədə düşünməyə başladılar.

 - İddialar var ki, Zəngəzur dəhlizi məsələsində Rusiya “ofsayt"da qalır deyə, Azərbaycana təzyiqlər göstərməyə başlayıb. Sizcə, doğru versiyadırmı? 

- Bu gərginlik dəhlizlə bağlı deyil. Zəngəzur dəhlizi həm Rusiya, həm də Azərbaycana faydalıdır. Zəngəzur dəhlizinin açılmasında həm Rusiya, həm də biz maraqlıyıq. Zəngəzur dəhlizi məsələsində Azərbaycan və Rusiyanın ortaq maraqları mövcuddur. Biz də bu məsələdə Rusiyanın maraqlarına hörmətlə yanaşırıq. Zəngəzur dəhlizinin işləməsi barədə Ermənistandan bizə təkliflər var, amma biz o təkliflərə baxmırıq. Bildiririk ki, buna yalnız üçtərəfli komissiyada baxılacaq. 

 - Söhbət hansı təklifdən gedir? 

- Ermənistan Rusiyanı işə qatmaq istəmir. Rəsmi İrəvan çalışır ki, üçtərəfli bəyanatda Rusiyanın təhlükəsizlik və sərhəd xidmətinin Zəngəzur dəhlizinə nəzarət etməsi barədə maddəni dəyişsin. Ona görə də bu məsələni Rusiyasız həll etməyə səy göstərir. Azərbaycan da deyir ki, üçtərəfli müqavilədə olduğu kimi, gəlin bu məsələni üçtərəfli qaydada  həll edək. Dəhliz məsələsində Azərbaycan Rusiyanın mənafeyini nəzərə alır. 

- Rusiya Ukrayna ilə döyüş şəraitindədir, belə bir vaxtda Azərbaycana qarşı cəbhə aça bilərmi? 

-Düzgün qeyd etdiniz, Rusiyanın başı Ukrayna ilə savaşa qarışıb. Azərbaycanla yeni bir cəbhə açmağa imkanı yoxdur. Rusiya ordusu Ukrayna cəbhəsinə cəmləşib. Azərbaycana qarşı cəbhə aça bilməyəndə Rusiyada çörəkpulu qazanmağa gedən yetim azərbaycanlıları qətl etməyə başladılar. Çoxu da qanunu bilmir. Bununla Azərbaycana təzyiq göstərməyə başladılar. Düşünürdülər ki, Azərbaycan onların ayağına gedəcək, yalvaracaq, ancaq görünür, onlar bizim hakimiyyətin səciyyəsini anlamırlar. Bu mənada Yekaterinburqda FSB və OMUN-un heyvərəcəsinə dinc azərbaycanlılara hücum edib, öldürəndə Azərbaycan hakimiyyəti geri addım atmadı. Onlara öz üslublarında cavab verdi. Rusiyaya mesaj ötürdülər ki, biz də sizin kimi edə bilərik. Nəticədə ziddiyyət dərinləşdi.  İndi Rusiya Araz Ağalarovu “vurmağa” başlayıb. Azərbaycanla Rusiya yol ayrıcında dayanıb. Rusiya edə biləcəyi təzyiqi edib, amma Azərbaycan geri çəkilmir. 

 - Başqa nə kimi təzyiqlər, təxribatlar edə bilərlər? 

-Bir o qalıb ki, rus gəmisi gəlsin və Xəzər dənizindən Bakı şəhərinə 10 raket atsın. Təbii ki, Rusiyaya söz deyən olmayacaq. Amma onu da bilirlər ki, Azərbaycan da onları vura biləcək. Azərbaycanın da onları vurmağa imkanı var. Üstəlik, Azərbaycana qarşı təcavüz olsa, istisna edilmir ki, Türkiyə donanması Rusiyanın Qara dənizdəki donanmasını tam olaraq batıracaq. Hərbi gərginliyin artırılması həm Rusiya, həm Azərbaycan üçün təhlükəlidir. Belə məsəl var: Biri dəli olanda digəri ağıllı olar, amma bu məsələdə hər iki tərəf “dəli” olmağa hazır olduğunu göstərir, geri çəkilmək fikirləri yoxdur. Hələlik bu hərəkətlər aşağı səviyyədə edilir. 

 - Prezidetlərin bu olaylarla bağlı açıqlamaları, bəyanatları yoxdur... 

-Hələ ki, Azərbaycan və Rusiya prezidentləri bu barədə danışmırlar.  Aşağıda baş verən hansısa qanunsuzluqdan “yuxarı”ların məlumatı mütləq olur. Təbii ki, azərbaycanlıları Putinin icazəsi ilə döyüb-öldürürlər. Bunu hamı anlayır. 

 - Proseslərin sonu necə olacaq? 

-Obyektiv olaraq qeyd edək ki, Azərbaycan və Rusiyanın maraqları tələb edir ki,  bu iki dövlət arasında münasibətlər xoş olsun. Əməkdaşlıq, ticarət, gediş-gəliş olsun. İrəlidə böyük layihələr var. Rusiya üçün Hind okeanına çıxmaq vacibdir. Bu da Azərbaycan dəmir yolu vasitəsilə mümkündür. Yəni Azərbaycandan İrana keçəcək, oradan da lazım olan məkana çatacaq. İran da prosesə start verib, Rəşt-Astara dəmir yolunu bərpa edir. Leninqraddan qatarlar gəlib, keçir Azərbaycandan, sonra İran oradan da Hind okeanındakı İran limanlarına çıxa bilərlər. Bu, Rusiyaya xeyirdir. Rusiya İrana qaz satmaq istəyir. Bu da, Azərbaycan ərazisindən keçə bilər. Ən azı 10 milyard kub metr qaz Azərbaycan ərazisindən keçib İrana gedə bilər. Bu da Rusiya üçün faydalıdır, çünki şimal qonşumuz Avropa bazarını itirib, ildə 150 milyard kub metr qaz satırdı, indi “əlimyandı”dadır. Kim qaz almaq istəyirsə,  yarı qiymətə satmağa hazırdır. İran da almaq istəyir. Əgər alverləri baş tutsa, əlavə qaz xətti də çəkə bilərlər. Məhz buna görə də Azərbaycandan asılıdırlar. 

 - Donald Tramp administrasiyası qlobal münaqişələrin həllində fəallığını nümayiş etdirmək məqsədilə yeni plan irəli sürüb. Bu plana əsasən, Zəngəzur dəhlizi vasitəsilə yük daşımalarına nəzarət və idarəetmə amerikalı şirkətə həvalə edilməlidir.  Sizcə, bu mesajın “kod”larını açsaq, ABŞ nəyə nail olmaq istəyir? 

- Bu məsələdən xəbərdaram. Gəlin, öncə Zəngəzur dəhlizinin mahiyyətinə diqqət çəkək. Bu dəhliz Şərq-Qərb quru xəttinin bir hissəsi ola bilər. Azərbaycan prezidenti İlham Əliyev artıq 2-3 ildir ki, böyük bir səylə Orta Asiya ölkələrinin liderləri ilə danışır. Çinə səfər edir. Türkiyə və Gürcüstanla müzakirələr aparır. İlham Əliyev istəyir ki, bir quru xətti çəkilsin. Buna Orta xətt- Transxəzər xətti deyirlər. 

 - Bu nə üçün lazımdır? 

- Çinin dünya və Avropa ilə ticarətinin 80 faizi gəmilərlə, dəniz yolu ilə həyata keçir. Dünya ticarətinin ağası Amerikanın hərbi dəniz donanmasıdır. Amerika Çini yerində oturtmağa, onun güclənməyinə mane olmağa çalışır. Yəni “meydan sulayan” tərəf Amerikadır.  Amerika iddia edir ki, Babəlməndab boğazını, Qırmızı dənizi, Aralıq dənizini, Suveyş kanalını gəmilərlə bağlayacaq ki, nəticədə Çin mallarını sata bilməyəcək, müflis olacaq. Çin də bunu eşidir, görür. Vaxtilə Çin mallarını Rusiya ərazisindən Avropaya göndərə bilirdi. Rusiya-Ukrayna ilə müharibəyə başladı və  onun Avropa ilə bütün quru əlaqələri kəsildi. Ondan sonra Orta xətt gündəmə gəlib. 

 - Orta xəttin marşrutu necə müəyyən edilib? 

- Deməli, mallar Çindən Qazaxıstana gəlir, Qazaxıstandan da keçir Xəzər dənizinə, Xəzər dənizindən gəmilərlə gəlir  Ələtə, Bakıya. Oradan da iki dəmiryolu xətti var - biri gedir, Bakı-Tiflis-Qars, biri də Zəngəzur dəhlizi ola bilər. Çünki Çindən gələn malların həcmi çox böyük olur. İldə 80 milyon ton yük daşınır. Bizim Bakı-Tiflis-Qars maksimum 5 milyon ton daşıya bilər. Buna görə də Mərkəzi Asiya ölkələri, Azərbaycanın özü dəmir yolu şəbəkəsinin genişlənməsi və inkişafına böyük sərmayə qoyur. Bu mənada Çin Zəngəzur dəhlizinin açılmasında maraqlıdır. Çin Amerikanın təsirindən asılı olmayan, müstəqil dövlətlərin ərazisindən keçən bir dəmir yolu ilə öz mallarını göndərmək istəyir. Zəngəzurun bərpası Ermənistana da tranzitdən pul qazandıra bilər. Eyni zamanda Ermənistan beynəlxalq əmək bölgüsündə iştirak edəcək və təcrid rejimindən çıxacaq. Belə bir məqamda ABŞ təklif edir ki, Zəngəzurun təhlükəsizliyi Amerikaya həvalə edilməlidir. Yəni bu xəttə kran qoymaq istəyirlər ki, istədikləri vaxt oranı bağlasınlar. Bu da nə Çin, nə Azərbaycan, nə Türkiyə, nə Ermənistan, nə Rusiya, nə də Gürüstana lazımdır. Bu ancaq Amerikaya lazımdır. Əminəm ki, biz Amerikaya “yox” deyəcəyik. Amerika çalışır ki, gələcəkdə böyük iqtisadi, siyasi və geosiyasi əhəmiyyəti olacaq bu yola nəzarət etsin.  Amma bunu Çin, Azərbaycan, Türkiyə, Qazaxıstan, Rusiya və  Gürüstan istəmir. Ermənistan da istəməməlidir. Hələlik Ermənistan zəifdir”.

 Aydın Baxış

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:108
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 08 İyul 2025 09:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail Beyrutda Hizbullah hədəfinə zərbə endirdi

23 Noyabr 2025 19:22see225

Mingəçevirdə 17 yaşlı yeniyetmə öldürüldü Saxlanılanın 14 yaşı var

22 Noyabr 2025 23:58see213

Sadıqovvari tənqid və.. nəticə?

23 Noyabr 2025 10:47see181

Anomal hava ilə bağlı XƏBƏRDARLIQ Bu şəxslər xüsusi risk altındadır

22 Noyabr 2025 13:21see142

Zirə autsayderə qarşı

22 Noyabr 2025 09:31see135

Gündə neçə banan yemək olar? Faydaları

23 Noyabr 2025 06:06see134

“Bu gün tanış olmuşduq, xəbər gəldi ki, rəhmətə gedib…” Foto

22 Noyabr 2025 10:49see133

“Napoli” “Qarabağ”la oyun ərəfəsində qələbə qazanıb

23 Noyabr 2025 01:38see132

Suriyanın bu şəhəri qorxu içindədir: Qadını yandırıb...

23 Noyabr 2025 19:22see131

Azərbaycanın tütün istehsalçısı satışdan nə qədər qazanıb?

23 Noyabr 2025 16:32see130

Naxçıvanda yol qəzası olub, 4 nəfər xəsarət alıb

22 Noyabr 2025 19:20see128

İsraildən sərt mesaj: “Bir neçə cəbhədə əməliyyatları genişləndiririk”

23 Noyabr 2025 16:56see127

Duz beyinə necə təsir edir?

22 Noyabr 2025 07:37see125

Almaniyada Ukrayna ilə bağlı Təhlükəsizlik Şurasının iclası keçirilib

23 Noyabr 2025 06:10see124

La Liqa: Barselona Kamp Nou ya qələbə ilə dönür

23 Noyabr 2025 02:12see123

Ən nadir 5 pişik cinsi

23 Noyabr 2025 03:03see122

Sabah Şamaxı matçında qolsuz BƏRABƏRLİK

23 Noyabr 2025 17:28see122

Ləzizbəy üç il “dincələcək”

23 Noyabr 2025 00:57see122

Karbohidratlı pəhrizin xeyrini bilirsiniz?

23 Noyabr 2025 17:32see121

Qırğızıstanın sabiq prezidentinin oğlu SAXLANILDI

22 Noyabr 2025 23:03see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri