Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Zərdüşt Əlizadə: Əhd eləmişəm Zəngəzur dəhlizi çəkilsə İrəvana gedəcəm SÖHBƏT

Zərdüşt Əlizadə: Əhd eləmişəm Zəngəzur dəhlizi çəkilsə İrəvana gedəcəm SÖHBƏT

Icma.az bildirir, Sherg.az saytına əsaslanaraq.

Sadəcə olaraq dörd ildir Ermənistan məsələni "acı bağırsaq" kimi uzadır


Bununla Paşinyan Ermənistan xalqına "mən sizə sülh gətirdim" mesajını çatdıracaq.


Orada bir neçə ləyaqətli erməni dostum var və onlar son 30 ildir ki, Azərbaycanla Ermənistan arasında sülh naminə çalışırlar. 


Amerikada da Soros dövrü başa çatıb. Bayden administrasiyası, əslində, Soros idarə üsulu ilə idarə olunurdu.

Bu barədə Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində bildirib.

Sorosçuların faktiki olaraq mövqelərini itirdiklərini vurğulayan dövlətimizin başçısı deyib ki, Ermənistan rəhbərliyi bunu nəzərə almalıdır.

“Nəzərə alsın ki, Yaxın Şərqdə onların yaxın müttəfiqi Əsəd diktaturası artıq tarixin zibilliyinə göndərilib və bu, davam edəcək, ona görə düzgün addım atsın. Biz Azərbaycan olaraq onlar üçün təhlükə mənbəyi deyilik. Biz istəyirik ki, Cənubi Qafqazda sülh olsun, əməkdaşlıq olsun, onlar bizə mane olmasınlar. Onlar Türkiyə ilə Azərbaycan arasında coğrafi maneə kimi fəaliyyət göstərməsinlər. Zəngəzur dəhlizi açılmalıdır və açılacaqdır. Onlar bunu nə qədər tez başa düşsələr, o qədər də yaxşıdır”, - deyə Prezident əlavə edib.

Ermənistan baş naziri Nikol Paşinyan Prezident İlham Əliyevin Zəngəzur dəhlizi açıqlamasına münasibət bildirən zaman deyib ki, İrəvan regionda nəqliyyat əlaqələrinin bərpasını dəstəkləyir:

“Bizim layihəmiz bölgədə bütün kommunikasiyaların açılmasını nəzərdə tutur. "Ermənistan ərazisindən" keçməklə dəmir yolunun tikilməsi Azərbaycana təklif olunub. Bizim üçün məsələnin konkret həlli bu layihədir və Bakıdan müsbət cavab gözləyirik". 

Zəngəzur dəhlizi ilə bağlı "Sherg.az"ın budəfəki müsahibi politoloq Zərdüşt Əlizadədir. Suallarımızı cavablandıran siyasi şərhçi Yəni nəqliyyat yollarının bərpası üçün əsas şərtin erməni tərəfinin sovet dövründə mövcud olan Mehri yolunun açılmasını təmin etməsi olduğunu deyib.


- Salam Zərdüşt bəy, Zəngəzur dəhlizi ilə bağlı İlham Əliyev və Nikol Paşinyan tərəfindən verilən açıqlamalarla bağlı nə düşünürsünüz?

- Azərbaycan Prezidenti açıq şəkildə bəyan edib ki, Mehri yolu açılmayınca, Ermənistanla Azərbaycan arasında heç bir dəmiryolu xətti və ya şose yolu fəaliyyətə başlamayacaq. Əgər Bakı-İrəvan əlaqələri normallaşarsa, ikinci bir dəmir yolunun istifadəyə verilməsi də mümkündür. Beləliklə, regionun nəqliyyat infrastrukturu genişlənəcək və yeni yolların açılması iqtisadi inkişaf üçün əlverişli şərait yaradacaq. Hazırda Ermənistanı xarici dünyaya bağlayan yeganə dəmir yolu İrəvan-Tiflis xəttidir. Digər bir marşrut isə Rusiyaya doğru uzanır. Bu baxımdan, Mehri dəmir yolunun açılması Ermənistan üçün də böyük əhəmiyyət daşıyır. Nəqliyyat layihələri tam şəkildə həyata keçirilərsə, bölgədə iqtisadi əlaqələr genişlənəcək və təhlükəsizlik məsələlərində hər hansı problem yaşanmayacaq. Mehri yolunun istifadəsi məsələsi Bakı-İrəvan tərəfindən beynəlxalq təcrübələrə uyğun şəkildə müzakirə olunub. Burada əsas mübahisə, Azərbaycan tərəfinin qatarların ciddi yoxlanılmasına qarşı olması, erməni tərəfinin isə bunu öz suveren hüququ kimi görməsi ilə bağlıdır. Əgər Avropa Birliyinin standartlarını əsas götürsək, onların tələblərinin məntiqsiz olduğunu görərik. Çünki Mehri dəmir yolu cəmi 44 kilometr məsafədədir və həmin məsafə Bakı-Şamaxı yolunun yarısından da azdır. Buna görə qatarların tez-tez dayandırılması, sərnişinlərin detallı yoxlanılması yersizdir. 


- Rəsmi Bakı Ermənistanın "Naxçıvana dəmir yolu" layihəsi ilə razılaşacaq?

- Əlbəttə. Qarşılıqlı maraqlar nəzərə alınaraq, məsələnin ortaq məxrəcə gəlməsi mümkündür. Ermənistan Zəngəzur dəhlizi ilə bağlı qəti şəkildə etiraz mövqeyi sərgiləmir. Rəsmi Bakı qeyd edir ki, Ermənistan uzun illərdir beynəlxalq arenalarda nəqliyyat blokadasında olduğunu bildirir. İndi isə bizim təşəbbüsümüzlə bu blokadadan çıxmaq üçün yol çəkilir. 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda Ermənistan təsdiqləyib ki, Azərbaycandan Naxçıvana dəmir yolu çəkiləcək. Sovet dövründə də belə kommunikasiya xətti olub. 

Yenidən bütün Cənubi Qafqazda dəmiryolu xəttinin bərpasının nəyi pisdir ki? Sadəcə olaraq dörd ildir Ermənistan məsələni "acı bağırsaq" kimi uzadır. 


- Bəzi erməni politoloqlar Zəngəzur dəhlizi məsələsini milli təhlükəsizlik məsələsi hesab edirlər. Sizcə onlar bu məsələdə haqlıdırlar?

- Təbii ki, xeyr. Dəmiryolunun milli təhlükəsizlik məsələsi ilə nə əlaqəsi var? 

Rusiyanın Kalininqrad vilayətinə Belarus və Litva ərazisindən keçərək qatar gedir. 

Burda nə problem var ki? 


- Bəzi analitiklərimiz Paşinyanın “Sülhün kəsişməsi” layihəsinin Bakının maraqlarına cavab vermədiyini, Qərbdə hazırlandığını vurğulayıb. O ekspertlərin fikirləri haqqında nələr demək istəyərdiniz?

- Boş söhbətdir. Həmişəki ənənəvi yoldur da. Hələ bəzi ekspertlər səfehcəsinə deyirlərki, müharibə olacaq, Zəngəzur geri alınacaq. Azərbaycan xalqının nəyinə lazımdır yenidən müharibə? 

Yoldur, çəkiləcək, Naxçıvanla Azərbaycan arasında  kommunikasiya xətti də yaradılacaq. İnşallah bu baş versə, əhd eləmişəm İrəvana gedəcəm. Mən sovet vaxtı 2 dəfə Ermənistanda olmuşam. Orada bir neçə ləyaqətli erməni dostum var. Onlar son 30 ildir ki, Azərbaycanla Ermənistan arasında sülh naminə çalışırlar. Lakin erməni cəmiyyəti onları qəbul etmədi, təhqir etdi, döydü və xain adlandırdı. Buna baxmayaraq, həmin şəxslər israrla bildirirdilər ki, Azərbaycanla Ermənistan müttəfiq olmalıdır. Çünki biz xəritədə qonşuyuq və dostluğa, əməkdaşlığa məhkumuq. Təəssüf ki, xəstə erməni millətçiləri onlara çox əzab verdi.


- Zəngəzur dəhlizi məsələsi həllə qovuşarsa, bunun sülh proseslərinə təsiri necə olacaq?

- Hesab edirəm ki, yaxın bir neçə ay ərzində Azərbaycan və Ermənistan rəhbərliyi Zəngəzur dəhlizinin açılması ilə bağlı razılığa gələcək. Hazırda bəzi daxili səbəblərdən Paşinyan müəyyən qədər "naz edir". Lakin Ermənistanda parlament seçkiləri yaxınlaşır və Paşinyan seçkilərdə uğur qazanmaq üçün seçicilərə müəyyən vədlər verməlidir. Paşinyan hakimiyyəti dövründə Qarabağın itirilməsi ilə bağlı kəskin ittihamlarla üzləşib. Buna görə də o, seçicilərinə müsbət mesajlar verməyə çalışır. 

İndi düşünək, bu mesajlar nə ola bilər? Münaqişənin başa çatdığını, ölkədə əmin-amanlığın hökm sürdüyünü, Ermənistanın qonşuları ilə yaxşı münasibətlər qurduğunu və müharibə təhlükəsinin olmadığını qeyd edərək seçiciləri inandırmağa çalışacaq. Bu, onun uğur qazanması üçün yeganə şansdır. Əgər Mehri yolu açılsa, Ermənistanın qonşuları ilə sərhədləri də açılacaq, münasibətlər normallaşacaq. Bununla Paşinyan Ermənistan xalqına "mən sizə sülh gətirdim" mesajını çatdıracaq. Bu, həm də onun üçün böyük siyasi qələbə olacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:202
embedMənbə:https://sherg.az
archiveBu xəbər 08 Yanvar 2025 17:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see324

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see296

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see270

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see254

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see249

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see247

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see240

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see225

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see221

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see204

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see198

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see196

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see193

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see191

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see184

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see180

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see179

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

10 Noyabr 2026 11:18see177

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see177

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri