Zərərli xarici təsirlərə qarşı sayıqlıq necə qorunur? ADİİM in ikinci verilişi VİDEO
Xalqcebhesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzi (ADİİM) İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Zərərli xarici təsirlərə qarşı sayıqlığın artırılması" adlı layihəsi çərçivəsində mövzu ilə bağlı ikinci verilişini AXC TV-də hazırlayıb.
ADİİM-in mətbuat xidmətindən verilən məlumata görə,
bu verilişin mövzusu "Dini radikalizmə meyllilik xarici təsirlərdən qaynaqlanır" adlanıb.
Verlişdə ekspert qismində Azərbaycan İlahiyyat İnstitutunun müəllimi, Sosiologiya üzrə fəlsəfə doktoru Elnur Əzimli mövzu ilə bağlı fikirlərini ictimaiyyətlə bölüşüb.
Tanınmış jurnalist Telman İsanın aparıcılığı ilə reallaşan verilişdə E.Əzimli mövzu ilə bağlı dəyərli, maarifləndirici fikirlərini bildirib, dini radikalizm və ona qarşı mübarizə üsullarından bəhs edib.
Verilişə aşağıdakı link vasitəsilə baxmaq olar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 03 İyul 2025 15:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















