Icma.az
close
up
RU
Gənclərin bir qismi zərərli dini ideologiyaların təsirindədir, bir qismi Qərbdən gələn zərərli təsirlərə məruz qalıb

Gənclərin bir qismi zərərli dini ideologiyaların təsirindədir, bir qismi Qərbdən gələn zərərli təsirlərə məruz qalıb

Icma.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

Bəzən deyirlər ki, bir milləti məhv etmək üçün həmin millətin dilini məhv etmək lazımdır. Əslində bir milləti məhv edə bilmək üçün həmin millətin uşaq və gənclərinin beynini, düşüncələrini ələ almaq lazımdır ki, bunu Azərbaycanı sevməyən qüvvələr çox mükəmməl şəkildə həyata keçirir. Burada təsir edici qüvvələrin ən böyük silahı dindir. Din pərdəsi arxasında gizlənərək, dindən istifadə edərək, nəinki gəncliyi hətta bütün bir cəmiyyəti yönləndirmək və onlardan çirkin məqsədlərin reallaşması üçün istifadə etmək olar.Bu günlərdə İsrail-İran müharibəsi fonunda Azərbaycan gənclərinin sosial şəbəkələrdə müzakirələrinin şahidi oldum. Durum çox acınacaqlı idi. Sanki gənclərimizin düşüncələrini qəlibləşdiriblər. Hətta bilmədikləri mövzularda düzgün olmayan fikirlər bildirir, tərəf saxlayır və öz şərhlərinin daha düzgün olduğunu təlqin etməyə çalışır, bir-birini təhqir edir və bu mövzu üzərindən hətta fiziki mübarizə aparmaq üçün bir-birini görüşə çağırırlar. Qısası, bu mövzuda ciddi bir aqressiya müşahidə edilir. Sanki kimsə bilərəkdən bu mövzunu ağır və acı, düzgün olmayan bir şəkildə gənclərin beyninə yerləşdirib. Bu düşüncələrə görə, gəncləri günahlandırmaq, cəzalandırmaq olmaz. Çünki bu da gəncliyin məhvinə və ya aqressivləşməsinə səbəb ola bilər. Yəni bu siyasəti həyata keçirən qüvvələr yenə də öz istəklərinə çatmış olarlar.Düzdür, bu mövzuda dövlət qurumları, xüsusilə Dövlət Təhlükəszilik xidməti xüsusi həssaslıqla çalışır, amma müşahidə etdiyimiz reallıq həqiqətən acınacaqlıdır.Biz gəncliyi hansısa bir şəkildə bu düşüncələrdən və bu qüvvələrin təsirindən qurtarmalıyıq. Bəs necə? Bu məsələ o qədər həssasdır ki, bu mövzuda hansısa gəncə irad bildirəndə sənin özünü günahlandırır və aqressiya nümayiş etdirir.

Milli Məclisin deputatı Ceyhun Məmmədov Bizimyol.info xəbər portalına açıqlmasında bildirib ki, əslində bu gün dünyada gedən proseslər gənclərin əsas hədəf kütləsinə çevrildiyini göstərir və onları doğru yoldan çıxarmaq istəyən qüvvələrin niyyətini ortaya çıxarır.

Ceyhun Məmmədov

“Mən bəzən gənclərin vəziyyətini bazarda olarkən hamının öz məhsulunu təqdim etdiyi bir kateqoriyaya bənzədirəm. Çünki bu gün güclü bir formada gənclərimizi doğru yoldan çıxartmaq üçün cəhdlər edilir və addımlar atılır. Və sizin də qeyd etdiyiniz kimi, biz bunun nümunələrini sosial mediada aparılan təbliğatlarda açıq-aydın görürük. Xüsusilə, son günlər İsrail-İran arasında baş verən qarşıdurmada yazılan şərhlər, bildirilən mövqelər vəziyyətin nə qədər mürəkkəb və ağır olduğunu göstərir. Bununla yanaşı, bizim bu məsələyə nə qədər həssas yanaşmağımızın vacib olduğunu göstərir.

Bu gün nə qədər acınacaqlı olsa da, gənclərin bir qismi zərərli dini ideologiyaların təsirindədir, bir qismi Qərbdən gələn zərərli təsirlərə məruz qalıb və bir qismi də çox ciddi boşluq yaşayır. Bu səbəbdən də, bu boşluğu biz indidən ciddi şəkildə doldurmağa çalışmalıyıq. Gənclərlə fəal iş aparmalı, ideoloji işi gücləndirməliyik”-deyən Ceyhun Məmmədov hesab edir ki, burada həm dövlət qurumlarının üzərinə məsuliyyət düşür, həm qeyri-hökumət təşkilatlarının üzərinə böyük məsuliyyət düşür.

Deputatın fikrincə, bu səbəbdən də gənclərlə çox diqqətli işləmək lazımdır.

Ceyhun Məmmədov qeyd edib ki, burada ziyalılarımızın və alimlərimizin də üzərinə məsuliyyət düşür.

Eyni zamand valideynlərimizin üzərinə çox böyük məsuliyyət düşür: “ Yəni biz gəncliyin düzgün istiqamətdə tərbiyəsi, düzgün istiqamətə yönəlməsi üçün səy göstərməli və davamlı addımlar atmalıyıq. Əgər bunu etməsək, bizi qarşıda çox çətin günlər gözləyir. Yəni ideoloji iş, ideoloji fəaliyyət, ideoloji addımlar çox mühüm və önəmli məsələlərdir və biz bu məsələdə gecikməmək üçün bağlı səylər göstərməli və davamlı addımlar atmalıyıq. Əks halda, biz gənclərimizi itirəcəyik. Necə ki, bunu bəzi müsəlman ölkələri bu gün yaşayır. Bunu yaşamamaq üçün çox çalışmalıyıq. Çox ciddi bir formada kompleks şəkildə gənclərlə iş qurulmalıdır. Gənclərlə fəal iş aparılmalıdır ki, bu məsələləri həll edə bilək. Bu məsələlərdə gecikdiyimiz təqdirdə, çətin olacaq və buna görə də hər birimiz məsuliyyət daşıyırıq. Media da bu məsələlərdə fəal olmalıdır. Hər kəs çalışmalıdır ki, hər şey qaydasında və normal bir formada getsin”-deyə Ceyhun Məmmədov vurğulayıb.

İradə Cəlil, Bizimyol.info

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA)

Məqalə, Medianın İnkişafı Agentliyinin onlayn media subyektlərinə (veb-saytlara) maliyyə dəstəyi əsasında hazırlanıb.

İstiqamət: 6.3.19. uşaq və gənclərin fiziki və mənəvi inkişafı.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 21 İyun 2025 14:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see203

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see155

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see154

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see153

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see151

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see139

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see128

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see128

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri