Icma.az
close
up
RU
Menu

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

AYNA 5 min sürücü hazırlayacaq FOTO

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

Zərifdən Rusiya ilə bağlı sensasion etiraf: Heç vaxt İranı dəstəkləməyiblər, gizli niyyətləri...

Zərifdən Rusiya ilə bağlı sensasion etiraf: Heç vaxt İranı dəstəkləməyiblər, gizli niyyətləri...

Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Rusiya İrana heç bir dəstək göstərməyib və Moskvanın Tehranla bağlı siyasəti iki sabit ox üzərində qurulub: birincisi, İranın Qərblə sabit və dinc münasibətlər qurmasının qarşısını almaq; ikincisi, onun Rusiya ilə birbaşa qarşıdurmaya girməsinə mane olmaq”.

Teleqraf xəbər verir ki, bunu İranın sabiq xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib.

Zərifin bu açıqlamaları IRNA tərəfindən dərc olunan məqaləsində səsləndirilib. Bu, Rusiya xarici işlər naziri Sergey Lavrovun “sanksiyaların avtomatik bərpası mexanizmi”, yaxud “tətik mexanizmi” ilə bağlı bəyanatına birbaşa cavab olub.

Zərif Lavrovu “saxtalaşdırılmış və qeyri-dəqiq hekayə” təqdim etməkdə ittiham edərək bildirib: “Lavrov həqiqəti təhrif edir, o iddia edir ki, bu bənd birbaşa mənim və Con Kerri arasında razılaşdırılıb”.

Ətraflı

Zərifin sözlərinə görə, ilkin təklif Rusiya və Fransadan gəlib, amma İran onu rədd edib. Onun fikrincə, bu, nüvə sazişini müvəqqəti və qeyri-sabit anlaşmaya çevirmək məqsədi daşıyan hüquqi tələ idi.

Diplomat əlavə edib ki, Rusiya nüvə sazişinin uğurlu olmasını istəmir, çünki bu uğur İranın beynəlxalq ictimaiyyətlə normal münasibətlərə qayıtmasına gətirib çıxaracaqdı, bu isə Moskvanın maraqlarına ziddir. O, Moskvanın danışıqlardakı rolunu “zahiri əməkdaşlıq və gizli əngəlləmənin qarışığı” kimi qiymətləndirib və bildirib ki, Rusiya son mərhələlərdə təkəbbürlü tonla siyasi təzyiq göstərərək razılaşmanın qarşısını almağa çalışıb, amma razılaşma həmin gecə rusların etirazına baxmayaraq imzalanıb.

Sabiq nazirin sözlərinə görə, Moskva əvvəlki mərhələlərdə BMT Təhlükəsizlik Şurasının qətnamələrinin müvəqqəti dayandırılmasını təklif edib ki, İranla Qərb arasında nə müharibə, nə də sülh olsun. O deyib ki, bu yanaşma Rusiya üçün faydalı idi, çünki Moskva Tehranla beynəlxalq münasibətlərin tam sabitləşməsində maraqlı deyil. Məhəmməd Cavad Zərif əlavə edib ki, Rusiyanın “Cenevrə sazişi kimi müvəqqəti və kövrək razılaşmaları” dəstəkləməsi də bu məqsədə xidmət edib.

Zərif həmçinin Moskvanın İranın nüvə potensialını məhdudlaşdırmaq üçün Buşehr AES-in daimi şəkildə Rusiya yanacağı ilə təmin edilməsi təklifini tənqid edib. Onun iddiasına görə, bu addım İranı öz zənginləşdirmə hüququndan məhrum edəcək və Moskvanın Tehran üzərində texniki və siyasi asılılığı qorumaq planına xidmət edir.

Zərif həmçinin qeyd edib ki, Rusiya İranın Şanxay Əməkdaşlıq Təşkilatına üzvlüyünə də əngəl olmağa çalışıb.

“Moskva danışıqlarda İranın maraqlarını müdafiə etməkdənsə, öz veto hüququnu qorumaqla məşğuldur: Rusiyanın davranışı onun BMT Təhlükəsizlik Şurasında diplomatik alətlərini qorumağa çalışdığını, İrana kömək etmədiyini göstərir”, - o əlavə edib.

Zərif Moskvanın 2015-ci ildə general Qasım Süleymaninin Rusiyaya gizli səfəri haqqında məlumatı sızdırdığını və Ukrayna müharibəsində İran PUA-larından açıq şəkildə istifadə etdiyini xatırladıb: “Bu davranışlar Moskvanın qərarlarını İranın deyil, öz maraqları əsasında verdiyini göstərir”.

Məhəmməd Cavad Zərif fikirlərini belə yekunlaşdırıb: “Rusiya İran üçün mühüm və qonşu dövlətdir, amma onun regional siyasəti həmişə Tehranın ondan asılı vəziyyətdə qalmasına və dünya ilə normal münasibətlər qurmasının qarşısını almağa yönəlib. Bu, Rusiyanın İranla münasibətlərdəki əsas qırmızı xəttidir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://sherg.az
archiveBu xəbər 17 Oktyabr 2025 17:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see271

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see228

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see164

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see154

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see151

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see139

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

16 Yanvar 2026 18:40see136

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see132

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see132

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see129

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see129

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see127

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see127

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri