Icma.az
close
up
RU
Zərifə Əliyeva zəngin mənəviyyata sahib əsl ziyalı kimi mənalı ömür yolu keçmişdir

Zərifə Əliyeva zəngin mənəviyyata sahib əsl ziyalı kimi mənalı ömür yolu keçmişdir

Icma.az, Ses qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

15 aprel müasir Azərbaycan tibb elminin inkişafına dəyərli töhfələr vermiş, görkəmli alim, akademik Zərifə Əziz qızı Əliyevanın anım günüdür. Öz zəhməti, elmi araşdırmaları və yüksək mənəvi keyfiyyətləri ilə nəsillərə örnək olmuş bu dəyərli şəxsiyyətin adı bu gün də hörmət və ehtiramla yad edilir.

Zərifə xanım Əliyeva 1923-cü ildə Şərur rayonunun qədim Şahtaxtı kəndində ziyalı ailəsində anadan olmuşdur. Atası Əziz Əliyev bütövlükdə ölkə ictimaiyyəti üçün müdrik şəxsiyyət, elm və dövlətçilik iradəsini birləşdirən unikal sima idi. Belə bir mənəvi və elmi mühitdə yetişən Zərifə xanım uşaqlıqdan elmə, təhsilə və insanlara xidmətə bağlılıq ruhunda tərbiyə almışdır.
1947-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirən Zərifə Əliyeva elə həmin ildən başlayaraq oftalmologiya sahəsində elmi fəaliyyətini sürətlə inkişaf etdirmişdir. Zərifə xanım, xüsusilə XX əsrin ortalarında Azərbaycan ərazisində geniş yayılan traxoma kimi sosial xəstəliklərlə mübarizədə qabaqcıl elmi yanaşmaları tətbiq edərək, oftalmologiyanın təkcə müalicə sahəsi deyil, həm də profilaktika və ictimai sağlamlıq aspektlərinə yönəlik inkişafına təkan vermişdir.
Zərifə xanımın apardığı tədqiqatlar nəticəsində traxomanın müalicəsində sintomisin preparatının tətbiqi geniş vüsət almışdır. Onun elmi əsaslarla hazırladığı müalicə metodikası nəticəsində bu təhlükəli infeksiyanın qarşısı alınmışdır, ölkə üzrə əhalinin görmə sağlamlığının qorunmasında böyük irəliləyiş əldə olunmuşdur. Bu tədqiqatlar nəticəsində Zərifə xanım 1960-cı ildə uğurla namizədlik dissertasiyasını müdafiə etmişdir.
Onun elmi fəaliyyətində mühüm yer tutan digər istiqamət sənaye sahəsində çalışan insanların görmə orqanları ilə bağlı sağlamlıq məsələlərinin öyrənilməsi idi. Neft-kimya sənayesində çalışan fəhlələrin sağlamlıq vəziyyəti ilə bağlı apardığı fundamental tədqiqatlar – iş şəraiti, zərərli maddələrin təsiri, korroziyaya səbəb olan qazların göz orqanlarına göstərdiyi neqativ təsirlərlə bağlı yeni yanaşmaların formalaşmasına səbəb olmuşdur. 1976-cı ildə Moskva şəhərində müdafiə etdiyi doktorluq dissertasiyası onun bu sahədə əldə etdiyi dərin elmi biliklərin nəticəsi idi. 1983-cü ildə Elmlər Akademiyasının həqiqi üzvü seçilməsi onun elmi nailiyyətlərinə verilən yüksək qiymətin ifadəsi olmuşdur.
Zərifə xanımın elmi fəaliyyəti ilə yanaşı, pedaqoji və ictimai fəaliyyəti də xüsusi qeyd olunmalıdır. Dünya şöhrətli alim uzun illər ərzində Azərbaycan Tibb İnstitutunda tələbələrə dərs demiş, gənc kadrların yetişdirilməsinə böyük önəm vermişdir. Onun rəhbərliyi ilə müdafiə olunmuş elmi işlər, hazırladığı dərslik və metodik vəsaitlər bu gün də oftalmologiya sahəsində əvəzsiz mənbə sayılır.
Zərifə Əliyeva öz həyatında ailə institutuna da böyük önəm vermiş, klassik Şərq qadınına xas dəyərləri – vəfa, sədaqət və mərhəmət hisslərini həyatının bütün mərhələlərində qorumuşdur. Elmi ictimaiyyət onu yalnız tanınmış alim kimi deyil, eyni zamanda incəqəlbli, mədəni, ailəsinə və Vətəninə sadiq bir insan kimi tanımışdır.
1981-ci ildə Zərifə Əliyeva SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görülmüş, bu mükafat Sovet məkanında oftalmologiya sahəsində ən yüksək elmi təltiflərdən biri sayılırdı. Bu, Zərifə xanımın ümumittifaq miqyasında elmi ictimaiyyətə verdiyi töhfələrin bariz nümunəsidir.
Zərifə xanım Əliyeva 1985-ci il aprelin 15-də Moskva şəhərində vəfat etmiş, 1994-cü ildə nəşi Bakıya gətirilərək Fəxri Xiyabanda dəfn edilmişdir. Onun məzarı bu gün də elmə, insanlığa və maarifçiliyə xidmətin rəmzi kimi ziyarət olunur. Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi bu gün də Onun elmi və mənəvi irsini yaşatmaqda davam edir.
Ulu Öndər Heydər Əliyev Zərifə xanım Əliyeva haqqında qeyd etmişdir: “Gənc yaşlarımdan mənim həyatım dövlət işi ilə bağlı olubdur. Mən bütün həyatımı buna sərf etmişəm və bu gün də bu yolda çalışıram. Bu yolda mənim həmişə səmərəli, müvəffəqiyyətlə çalışmağımda hesab edirəm ki, ailə vəziyyətimin çox böyük rolu olub. Zərifə xanım kimi həyat yoldaşım olduğuna və o, ailəmdə çox yüksək mənəvi mühit yaratdığına görə mən xoşbəxt olmuşam. Həyatımın bütün dövrlərində işlə məşğul olduğuma görə ailə məsələlərinə fikir verməyə vaxtım olmayıb. Bunların hamısı Zərifə xanımın üzərinə düşüb və o da bu vəzifəni şərəflə, sədaqətlə, çox böyük məharətlə yerinə yetirib”.
Akademik Zərifə Əliyeva həm də mənəvi keyfiyyətləri ilə yadda qalan şəxsiyyətlərdən biridir. Onun parlaq zəkası, zəngin daxili aləmi və insanlara olan səmimi münasibəti daim hörmət və rəğbətlə xatırlanır. Həyat yolunda nümayiş etdirdiyi yüksək mənəvi dəyərlər onu cəmiyyətin hər bir üzvünə örnək etmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin akademik Zərifə Əliyevanın 100 illik yubileyinin qeyd edilməsi haqqında imzaladığı Sərəncamda qeyd edildiyi kimi, akademik Zərifə Əliyeva zəngin mənəviyyata sahib əsl ziyalı kimi mənalı ömür yolu keçmiş, əhatəli elmi fəaliyyəti ilə ölkəmizdə tibb sahəsinin inkişafına əhəmiyyətli töhfələr vermişdir.
Akademik Zərifə Əliyevanın həyatı və fəaliyyəti zəka ilə zəhmətin, elmə sədaqət ilə yüksək mənəvi keyfiyyətlərin vəhdətidir. Onun xatirəsi, bütövlükdə cəmiyyətin elmi, mənəvi və ictimai yaddaşında əbədi yaşayacaq.

Bədəl Bədəlov
Milli Məclisin deputatı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 14 Aprel 2025 17:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təsadüf, yoxsa səssiz yazılmış ssenari? Məryəm Bağırova yazır

16 İyul 2025 12:49see1219

Forma sponsorluq gəlirlərinə görə ən yaxşı 10 klub SİYAHI

16 İyul 2025 19:20see187

10 illik dövr başa çatdı Real dan getdi

16 İyul 2025 15:01see145

Biz dəyərlərimizlə bir birimizə bağlıyıq

17 İyul 2025 10:35see122

Vaqif Poeziya Günləri milli bir şifrədir Aqşin Yenisey

17 İyul 2025 05:32see120

GÖYÇAY SAKİNLƏRİ ÖRÜŞ SAHƏSİNDƏ SÜNİ GÖL YARADILMASINA ETİRAZ EDİR “İstifadə etməyə su tapmırıq” / Foto

16 İyul 2025 15:32see115

Yarış superkarı ilk dəfə şəhər yollarında görünəcək

16 İyul 2025 05:43see113

Bakıda ikimərtəbəli evdə GÜCLÜ YANĞIN

17 İyul 2025 12:42see113

Azər Həşimov: Ölkə çempionatda sürpriz komanda olmağa çalışacağıq

16 İyul 2025 22:45see112

Göbələk xərçəngin dərmanı imiş

16 İyul 2025 06:06see112

Bu il 100 yeni dövlət standartı qəbul edilib

16 İyul 2025 16:13see112

İrəvan imtina edir, yoxsa..?

16 İyul 2025 15:43see111

Livan druzlarının lideri: İsrail Suriyada xaos yaratmaq üçün bəzi druzlardan istifadə edir

16 İyul 2025 18:50see111

Çində imtahanda aşağı bal topladığına görə oğlan evdən qovuldu

18 İyul 2025 02:01see111

“Real” müdafiəçisinin rekordu

16 İyul 2025 07:18see111

Gürcüstan Rusiyadan deportasiya olunmuş Ukrayna vətəndaşlarını sərhəddən buraxmır

16 İyul 2025 21:25see111

“Neftçi” yeni ev formasını təqdim edib FOTO

16 İyul 2025 23:05see111

Türkiyə BƏƏ Yüksək Səviyyəli Strateji Şuranın iclası keçiriləcək

16 İyul 2025 07:30see111

TƏBİİ TƏLƏ: Yayın kəşfi ağcaqanadların sonunu gətirəcək

17 İyul 2025 00:56see111

Velosipedlərin parklanması üçün konstruksiyaların alınmasına bu qədər vəsait sərf ediləcək

17 İyul 2025 12:51see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri