Icma.az
close
up
RU
Zərifə Əliyeva sözün əsl mənasında Azərbaycan qadının simvoluna çevrilib ŞƏRH EDİLDİ

Zərifə Əliyeva sözün əsl mənasında Azərbaycan qadının simvoluna çevrilib ŞƏRH EDİLDİ

Sia Az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"15 Aprel — Azərbaycan qadınının bariz siması, nümunəvi bir timsalı olan Zərifə xanım Əliyevanın növbəti anım günüdür. Biz Zərifə xanımı hər zaman böyük ehtiramla, sevgi ilə anırıq. O, sözün əsl mənasında həm sağlığında, həm də vəfatından sonra Azərbaycan qadınının simvoluna çevrilmişdir". Bu sözləri SİA-ya açıqlamasında deputat Jalə Əliyeva deyib.

Onun sözlərinə görə, Zərifə xanım nümunəvi davranışı, hərəkətləri, elmi fəaliyyəti, insanlara münasibəti, mərhəməti ilə çox fərqli bir qadın obrazı yarada bilmişdir: "Onun taleyinə, bəlkə də, dünya tarixində hər qadına nəsib olmayacaq qədər dəyərli bir bioqrafiya yazılıb. Bu da təsadüfi deyil. Zərifə xanım Azərbaycanın tanınmış və əhəmiyyətli simalarından biri olan Əziz Əliyevin ailəsində dünyaya gəlib. Daha sonra isə Azərbaycan xalqının böyük oğlu, Ümummilli lider Heydər Əliyevin ömür-gün yoldaşı olub. O, həmçinin bugünkü Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin anasıdır".

Deputat həmçinin qeyd edir ki, bir qadının taleyində üç lider kişinin — ata, həyat yoldaşı və oğulun yer alması hər kəsə nəsib olan bir xoşbəxtlik deyil: "Bu, həm də böyük məsuliyyət və cavabdehlikdir. Hər birimiz bilirik ki, siyasət yolu heç də hamar deyil, burada həm enişlər, həm də qalxışlar olur. Bu çətin yolda Zərifə xanım hər zaman həmin liderlərlə birlikdə çiyin-çiyinə irəliləyib, onların yanında olub. Eyni zamanda öz üzərində çalışıb, təhsil alıb, elmi fəaliyyətini davam etdirib, inkişaf edib. O, böyük alim, gözəl müəllim, ziyalı bir qadın, əvəzsiz ana, sevimli ömür-gün yoldaşı və qayğıkeş övlad olub. Bütün bu keyfiyyətləri bir insanda cəmləşdirmək və bir qadın timsalında təmsil olunmaq böyük bir xoşbəxtlik və cəsarətdir. Bu gözəl xüsusiyyətlərin hər birini biz Zərifə xanımda görürük. O, bu gün də örnək bir Azərbaycan xanımı kimi yaddaşlardadır".

Jalə Əliyevanın sözlərinə görə, çox maraqlıdır ki, Zərifə xanımın ailəsinə gələn Mehriban xanım Əliyeva da bu ocağın ənənələrini davam etdirərək həm Azərbaycan, həm də dünya qadınının simvoluna çevrilməyi bacarıb: "Bu gün Mehriban xanımın hər bir əməlinə, atdığı hər addıma nəzər salanda həm Mir Cəlal Paşayev nəslinin davamçısı, həm də gəldiyi — Əliyevlər ocağının ənənələrini yaşadan bir sima kimi çıxış etdiyini görmək mümkündür. O, bu nümunəvi ailə modelini uğurla cəmiyyətə təqdim edə bilir. Bu günlərdə biz Zərifə xanım Əliyevanı bir daha böyük ehtiramla yad edirik. Onun əziz ruhu qarşısında baş əyir, “nurlar içində yatsın” deyirik və arzu edirik ki, qızlarımız, xanımlarımız Zərifə xanım Əliyeva ləyaqətində olsunlar".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:104
embedMənbə:https://sia.az
archiveBu xəbər 11 Aprel 2025 11:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see299

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see243

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see186

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see173

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see158

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see146

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see146

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see136

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri