Zeynəb Xanlarova ilə bağlı yayılan xəbər aranı qarışdırdı Ola bilməz, inandırıcı deyil…
GlobalInfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Xalq artisti Zeynəb Xanlarovanın Bakıda anadan olmuş yəhudi əsilli müğənni Larisa Dolinanı Azərbaycana dəvət etdiyi iddia olunur. Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Bildirilib ki, Z.Xanlarova Azərbaycana qarşı mövqeyi ilə seçilən ermənipərəst müğənni L.Dolinanı Bakıya dəvət edib.
Zeynəb Xanlarovaya aid olduğu bildirilən paylaşımda deyilir:
“Dəyərli həmyerlimiz, sənin mənzil məsələnə görə narahatıq. Məsələni diqqətlə izləyərək hamımız çay içməkdən yorulduq. Vətənə qayıt, bir yerdə çay içək”.
İstifadəçilərin bir qismi sitatın Z.Xanlarovaya aid olmadığını yazıb. “Dolina Azərbaycanın bir nömrəli düşmənidir. Zeynəb xanım onu hansı ağılla ölkəyə dəvət edir?” kimi fikirlər yazanlarla yanaşı, “Çox gülünc və absurd paylaşımdır”, “Bu xəbər yalandır, Zeynəb Xablarovanın belə deməsi inandırıcı deyil” yazanlar da var.
Məsələ ilə bağlı Zeynəb Xanlarova ilə əlaqə yaratmağa çalışsaq da, zənglərimizə cavab ala bilmədik.
Globalinfo.az-ın araşdırması zamanı məlum olub ki, sözügedən iddianı yayan səhifə Azərbaycana qarşı saxta xəbərlər tirajlayaraq ictimai rəyə təsir etməyə çalışır. Həmin səhifə digər paylaşımlarında da ölkəmizlə bağlı feyk xəbərlər yazıb.
L.Dolina məsələsinə gəldikdə, son günlər Rusiya şou-biznesində müzakirə olunan mövzulardan biri onun adı ilə bağlı mənzil işidir. Belə ki, 2023-cü ilin avqustunda Larisa Dolina fırıldaqçılar vasitəsilə Moskvanın mərkəzindəki mənzilini sataraq əmanətlərini onlara verib. Zərər təxminən 120 milyon rubl qiymətləndirilir. Əməliyyat başa çatdıqdan sonra Dolina polislə əlaqə saxlayıb və alıcı Polina Luryeni məhkəməyə verib.
2025-ci il dekabrın 16-da isə məhkəmə qalmaqallı işlə bağlı qərarını açıqlayıb. Qərara əsasən, mənzil Larisa Dolinanın mülkiyyətində qalacaq, lakin müğənni onu alan şəxsə — tək ana Polina Luryeyə 112 milyon rublu (2,1 milyon manat) geri qaytarmalı olacaq. Bununla belə, iş ikinci instansiyada yekun qərar verilənədək mənzil üzərində mülkiyyət hüququ müvəqqəti olaraq Polina Luryeyə məxsus hesab ediləcək. Sonradan isə mənzil yenidən Dolinanın adına rəsmiləşdiriləcək.
Xatırladaq ki, Larisa Kudelman (səhnə adı Larisa Dolina) 10 sentyabr 1955-ci ildə Bakıda yəhudi ailəsində anadan olub. Atası Aleksandr Markusoviç Kudelman, anası Qalina İzrailevna Kudelmandır (qızlıq soyadı Dolina). O, üç yaşında valideynləri ilə birlikdə Odessaya köçüb.
Müğənninin musiqi karyerası 1971-ci ildə “Biz odessitik” estrada orkestrində başlayıb. Daha sonra o, Konstantin Orbelyanın rəhbərliyi altında “Ermənistan Dövlət Estrada Orkestri”nin və Polad Bülbüloğlunun rəhbərliyi altında “Azərbaycan Dövlət Estrada Ansamblı”nın solisti kimi fəaliyyət göstərib.
Zaira Akifqızı
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 17 Dekabr 2025 13:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















