Zeynəb Xanlarovaya qulaq asırdıq, necə düşmən olduq? Erməni bəstəkar
Icma.az, Unikal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Biz uzun illər açıq və aşkar şəkildə bizə xəyanət edən bir ölkə ilə (Rusiya) əməkdaşlıq etmişik. Heç bir müsbət irəliləyiş görmədiyimiz üçün həmin ölkəyə ümid bəsləmək mənasızdır".
"Unikal" xəbər verir ki, bu barədə erməni Müğənni-bəstəkar Riçard Madlenyan açıqlayıb.
Onun sözlərinə görə, ermənilərə həmişə ikinci dərəcəli insanlar kimi münasibət göstərilib: "Gəlin kartlarımızı dəyişib digər fövqəldövlətlə əməkdaşlıq etməyə və onun himayəsi ilə sülh müqaviləsi imzalamağa çalışaq".
Madlenyan Azərbaycanla dinc yanaşı yaşamağa inanıb-inanmadığı sualına belə cavab verib: "Bir-birimizlə nə qədər dalaşmalıyıq? Yüz il düşmənçilik içində yaşamışıq, nəyə nail olmuşuq? Asılı vəziyyətə. Necə oldu ki, 70 min insan Hrazdan stadionuna getdi, Zeynəb Xanlarovaya qulaq asdı, səhərdən axşama qədər erməni radiosunda Azərbaycan musiqisi səsləndi, hətta bu gün də ermənilərlə azərbaycanlılar Rusiyada evlənir, 70 il bir-birimizə hörmətimiz olub, bir-birimizə sevgi bəsləyirik, sonra düşmən olduq?"
Ağarza Elçinoğlu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 23 Avqust 2025 17:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















