Icma.az
close
up
RU
Zeytun yağının 5 faydası

Zeytun yağının 5 faydası

Icma.az, News24 portalına istinadən məlumat verir.

Zeytun yağı, xüsusilə də sızma zeytun yağı, ürək sağlamlığını qoruma qabiliyyəti ilə tanınır. Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) görə, ürək xəstəlikləri dünyada ən çox ölümə səbəb olan xəstəliklər sırasındadır.

News24.az xəbər verir ki, Amerika Kardiologiya Kollecinin jurnalında 2020-ci ildə dərc olunan bir araşdırmaya görə, gündə sadəcə yarım yemək qaşığı zeytun yağı istehlak etmək, ürək-damar xəstəliyi riskini 14%, koronar ürək xəstəliyi riskini isə 18% azaldır. 

Budur zeytun yağının 5 faydası:

1. Beyin sağlamlığını dəstəkləyir

Zeytun yağı yaşlandıqca yaddaş və zehni funksiyaların qorunmasına kömək edir. 2023-cü ildə "Nutrition" jurnalında dərc olunan araşdırma, gündə yarım yemək qaşığından çox zeytun yağı istehlak edən insanların, zeytun yağı istifadə etməyənlərə nisbətən demensiyadan (ağıl zəifliyi) ölmə riskinin 28% daha az olduğunu göstərib.

Tədqiqatçı Anne-Julie Tessier deyir: “Zeytun yağında olan bəzi antioksidant maddələr qan-beyin baryerini keçərək beyinə birbaşa təsir edə bilər. Bundan əlavə, zeytun yağının ürək sağlamlığına faydası, dolayısı ilə beyin sağlamlığına da müsbət təsir göstərə bilər”.

2. İnsult (iflic) riskini azaldır

ÜST-yə görə, insult (beyin qan dövranı pozğunluğu) dünyada ikinci ən çox ölümə səbəb olan xəstəlikdir. 2014-cü ildə aparılan bir araşdırma, zeytun yağının tərkibindəki təkli doymamış yağların insult və ürək xəstəliyi riskini azaltmaqla əlaqəli olduğunu müəyyən edib.

3. Tip 2 şəkərli diabetə qarşı qoruyucu təsir

Zeytun yağı tip 2 diabet riskini azalda bilər. 2019-cu ildə edilən bir araşdırmaya görə, hər gün 55 ml oleanolik turşu ilə zənginləşdirilmiş zeytun yağı istifadə edən prediabet (diabet öncəsi) xəstələrinin, diabetə tutulma ehtimalı daha az olub. Tip 2 diabetin qarşısının alınması, ürək xəstəliyi, böyrək zədələnməsi, sinir və göz zədələnməsi kimi ciddi problemlərin qarşısını almağa kömək edir.

4. Xərçəng riskini azaldır

Yeni elmi sübutlara əsasən, zeytun yağı bəzi xərçəng növlərinin riskini azalda bilər. 2022-ci ildə "PLOS ONE" jurnalında dərc olunan bir araşdırma, daha çox zeytun yağı istehlak edən şəxslərdə döş və yoğun bağırsaq (kolorektal) xərçəngi riskinin daha az olduğunu göstərib. Bu təsirin səbəbi, zeytun yağındakı oleik turşunun iltihab və oksidləşmə stresini azaltmasıdır. Həmçinin, antioksidantlar sərbəst radikalları zərərsizləşdirərək DNT-nin zədələnməsinin və xərçəngin qarşısını alır.

5. Ürək-damar sağlamlığını qoruyur

Zeytun yağı ürəyi qoruyur. Araşdırmalar göstərir ki, gündə yarım yemək qaşığı belə zeytun yağı istehlakı ürək-damar və koronar ürək xəstəlikləri riskini nəzərəçarpacaq dərəcədə azaldır. Bu təsir əsasən tərkibindəki faydalı yağlar və güclü antioksidantlardan qaynaqlanır.

Günel Məlikzadə

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:226
embedMənbə:https://news24.az
archiveBu xəbər 24 İyun 2025 12:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see399

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see300

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see243

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see230

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see219

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see216

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see209

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

14 Oktyabr 2026 15:52see203

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see192

Bakı Beynəlxalq İnklüziv Məşğulluq Konfransına ev sahibliyi edəcək

14 Oktyabr 2026 10:04see190

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see186

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see184

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see182

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see182

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see181

Ankara və İrəvanın yeni məramları nədir?

14 Oktyabr 2026 18:43see180

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

14 Oktyabr 2026 17:59see180

Bakı Limanında konteyner daşımaları 30% artıb

14 Oktyabr 2026 10:04see168

OPEC+ ölkələrinin hasilat güclərinin qiymətləndirilməsi ilin sonuna hazır olacaq

14 Oktyabr 2026 17:16see167

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri