Icma.az
close
up
RU
Zibil məsələsi də “zibilə” dönüb AKTUAL

Zibil məsələsi də “zibilə” dönüb AKTUAL

Icma.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Sakinlərin ödədiyi pulun hara getdiyi bilinmir


Vüqar Tofiqli: “Kommunal xidmətlərin icrası, vəsaitlərin toplanması, xərclənməsi bələdiyyələrə həvalə edilməlidir”


Mingəçevirdə sakinlərin yarısı məişət tullantılarının daşınmasına görə üzərinə düşən müqavilə qiymətini ödəməkdən yayınır. Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, bu açıqlama ilə Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsinin istifadəsinə verilmiş yeni və müasir yük maşınlarına ictimai baxış zamanı Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov çıxış edib. 

Onun sözlərinə görə, məişət tullantıları üzrə xidməti ödəniş haqları adam sayına düşən müqavilə əsasında müəyyən olunur. Amma Mingəçevirdə 50 minə yaxın istifadəçi bu müqavilələrdən yayınır, yaxud kənarda qalır. "Şəhər təsərrüfatı tullantıların müasir qaydada daşınmasını həyata keçirmək üçün iki yük maşını ilə təmin olundu. Həmin ödəmələr və onlara tətbiq olunan qənaət sahəsində yeni texnikalar almağa nail olduq. Çalışaq müqavilədən yayınmaların qarşısını alaq. Müqavilə haqları ödənsə, Mingəçevirin müasir xidmət texnikası ilə təmin olunması davam edəcək" - deyə icra başçısı yerli əhaliyə müraciət edib.

Zibil məsələsi də ”zibilə” dönüb. Mingəcevir təmiz, səliqəli şəhərdir, buna sözümüz yox. Bu şəhərə kim ayaq basırsa təmizlikdən, səliqə-sahmandan razı qalır. Əhalinin bir qisminin nədən məişət tullantılarının daşınmasına görə ödəniş etmədiyini bilmirik, icra başçısı da bunun səbəbini açıqlamayıb. Ola bilər, bəzi sakinlərin məişət tullantıları Təmizlik İdarəsi tərəfindən daşınmır. Bəlkə, hansısa ərazidə zibil yeşikləri heç yoxdur. Müxtəlif səbəblər ola bilər. Məişət tullantıları ilə bağlı paytaxtda vəziyyət ürəkaçan deyil. Bir sıra ərazilər var ki, tullantılar üçün yeşiklər qoyulmayıb. Sakinlər zibilləri daşıyıb ətraf yaxın ərazilərdəki zibil yeşiklərinə, çox zaman da yaxınlıqdakı marketlərin zibil yeşiklərinə gətirib atırlar. Harda ki sakinlərin məişət tullantıları daşınmır, niyə zibil pulu ödəsinlər ki?  Digər tərəfdən, icra hakimiyyətinin vətəndaşlardan toplanan kommunal ödəmələr hesabına tullantı daşıyan maşınlar, texnika alması da bir az qəribə səslənir. Məgər dövlət büdcəsindən icra hakimiyyətlərinə vəsait ayrılmır, icra hakimiyyətləri özəl qurumdur ki, vətəndaşların hesabına texnika almalı olurlar? Təmizlik vacibdir, mədəniyyət, sivilizasiya göstəricisidir, bu, bəlli. Amma paytaxtda da, Bakıətrafı qəsəbələrdə də, regionlarda da məişət tullantılarının daşınması, emal edilməsiylə bağlı ciddi problemlər var. Elə ərazilər var ki, məişət tullantıları elə qalaqlanır ki, “Himalay zirvəsi”nə bənzəyir.     

Xatırladaq ki, ötən il Tarif Şurasının qərarıyla bərk məişət tullantılarının yığılması, daşınması və zərərsizləşdirilməsi xidmətləri üzrə yeni tariflər müəyyən edildi. Bakı şəhərində əhali qrupu üzrə - 1 nəfərə görə aylıq 1 manat, qeyri-əhali qrupu üzrə - 1 kubmetr üçün 15 manat və ya 1 ton üçün 68,30 manat, digər regionlarda isə  əhali qrupu üzrə - 1 nəfərə görə aylıq 0,70 manat, qeyri-əhali qrupu üzrə - 1 kubmetr üçün 12 manat və ya 1 ton üçün 54,60 manat təyin edilib. Bu dəyişiklikdən əvvəlsə zibil pulu 30 qəpik imiş. Tarif Şurasının açıqlamasında bu da deyilir ki, Azərbaycanda bərk məişət tullantılarının yığılması, daşınması və zərərsizləşdirilməsi sahəsinə dövlət büdcəsindən subsidiyalar ayrılır. Çünki bu sahə üzrə ödənişlər xidmətlə bağlı xərcləri qarşılamır. Tariflərin aşağı səviyyədə olması isə bu sahəyə özəl sektorun marağını azaldır. Deməli, məişət tullantılarının daşınması üçün dövlət tərəfindən subsidiya ayrılır, yəni dövlət bu xidmətə görə aidiyyəti quruma dəyəcək ziyanı qarşılayır. Bir tərəfdən də ölkəyə məişət tullantılarının daşınması üçün yeni, müasir texnikalar alınır.   


Bələdiyyələrin Fəaliyyətinin Təbliği İctimai Birliyinin sədri Vüqar Tofiqli Sherg.az-a açıqlamasında qeyd etdi ki, əhalidən kommunal xidmətlər üçün toplanan ödənişlər Mənzil istismar idarələrinin balansında olan binaların məişət tullantılarının atılması və müəyyən istismar xərcləri ilə bağlı olan məsələnin həllinə yönəldilir. MMC-lərin balansında olan binaların sakinlərindən toplanan kommunal ödənişlər də, deyilənə görə binanın, həyətin təmizliyinə, müxtəlif zəruri hallarda, xadimələrin əməkhaqqının ödənməsinə sərf olunur. Lakin burada əksər hallarda nağd ödənişlər dövriyyə edir, ona görə də vəsaitin hara, necə xərcləndiyini sakinlər bilmir. Halbuki bunu bilmək sakinlərin hüququdur: 

- Bu məsələdə kifayət qədər maliyyə vəsaiti toplanılır. Bu maliyyə vəsaitinin toplanması ilə yanaşı bildiyimiz kimi dövlət büdcəsindən də vəsait ayrılır. Təsəvvür edin ki, həm dövlət tərəfindən kifayət qədər vəsait ayrılır, həm də əhalidən də “zibil pulu” adı altında vəsait toplanır. Amma problem ondandır ki, əldə olunan vəsaitlə bağlı hər hansı şəffaflıq təmin edilmir. Yəni vətəndaşın xəbəri olmur ki, onun ödədiyi vəsait hara gedir, necə gedir, kimə verilir. Yaşayış binalarında, idarələrdə bununla bağlı hər hansı bir məlumata rast gəlinmir. Yığılan o vəsait haqqında vətəndaşın heç bir bilgisi yoxdur. Bu səbəbdən də, əlaqədar struktur qarşısında belə bir tələb qoyulmalıdır. Belə bir addımın atılması istənilən halda vətəndaşın məmnunluğuna xidmət etmiş olacaq. 

V. Tofiqli kommunal xidmətlərin yerli bələdiyyələrin öhdəsinə keçirilməsinin həm vətəndaşlar üçün, həm də bələdiyyələr üçün müsbət nəticə verəcəyini bildirdi: 


- Kommunal xidmətlərin icrası, vəsaitlərin toplanması, xərclənməsi bələdiyyələrə həvalə edilməlidir. Hansı ölkədə, şəhərdə ki bələdiyyələr lazımi səviyyədə işləyir, orada sakinlər həmişə razı qalırlar. Bu məsələlər mütləq həllini tapmalıdır. Bələdiyyələrin büdcəsinin formalaşması mütləq olmalıdır. Hazırda da bələdiyyələr fəaliyyətləri ilə bağlı hesabatlar təqdim edirlər. Kommunal xidmətlər bələdiyyələrin öhdəsinə verilsə, onlardan bununla bağlı da hesabat tələb olunmalıdır. Onlar da hesabat verəcəklər, hara xərcləndi, nəyə xərcləndi toplanan vəsait. Mərkəzi icra orqanlarına inzibati nəzarət Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilir. Bu, strukturun təkmilləşdirilməsinə, yeniliklərin bu istiqamətə gətirilməsinə, ödənişlərin onlayn şəkildə həyata keçirilməsinə görə çox vacibdir. Kommunal ödənişlər mütləq onlayn qaydada olmalıdır ki, vəsaitin hara toplandığı bilinsin, vergidən yayınma, gəlirlərdən sui-istifadə halları azalsın. Bələdiyyələr vətəndaşla birbaşa işləyən qurumdur. Problemləri öyrənirlər, bilirlər. Çatışmazlıqları həll etməyə çalışırlar. Amma maliyyə vəsaiti olmadığından və mərkəzi icra aparatının təsiri altında olduqlarından fəaliyyətlərini lazımi şəkildə həyata keçirə bilmirlər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:100
embedMənbə:https://sherg.az
archiveBu xəbər 11 Sentyabr 2025 06:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see270

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see200

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see197

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see186

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see166

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see159

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see157

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see157

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see156

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see154

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see151

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see148

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see145

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see145

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see143

Bu problemi olanlar, yumurta sarısına “yox” desin

23 Yanvar 2026 22:23see143

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see141

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see137

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see137

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri