Zığ Gəmi Təmiri və Tikintisi Zavodunda tikilən növbəti gəmi istismara verilib Xəbər saytı Son xəbərlər və Hadisələr
Baku.ws saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) "Zığ" Gəmi Təmiri və Tikintisi Zavodunda (ZGTTZ) inşa edilən "Bərgüşadçay" yedək gəmisi istismara verilib.
BAKU.WS ASCO-ya istinadən xəbər verir ki, gəmi Xəzər Dəniz Neft Donanmasının balansına götürülüb.
Gəminin uzunluğu 24,72 metr, eni 6,60 metr, bortunun hündürlüyü 3 metr, suya oturumu isə 1,6 metrdir. Dedveyti 14 ton təşkil edir.
Gəmi 9 uzel sürətlə hərəkət edəcək və göyərtəsində 3 tonadək yük daşıma qabiliyyətinə malikdir.
Gəmidə rabitə və elektroradionaviqasiya sahəsinə aid müasir avadanlıqlar quraşdırılıb. Buraya stasionar VHF radiostansiyası, qəza radiomayakı (EPIRB), radiolokasiya cavabvericiləri, əl radiostansiyaları, Avtomatik İdentifikasiya Sistemi (AIS), Komanda Yayım Qurğusu, maqnit kompası və radiolokasiya stansiyası daxildir.
Gəminin layihəsi ASCO Mühəndislik MMC-nin əməkdaşları tərəfindən hazırlanıb.
Xatırladaq ki, ZGTTZ-də peşəkar gəmi təmiri və dəniz mühəndisliyi xidmətləri ilə yanaşı, 2017-ci ildən etibarən müvafiq sertifikatlaşdırma əsasında gəmilərin tikintisi də həyata keçirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 28 Noyabr 2024 11:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















