Icma.az
close
up
RU
Zihni Göktay kimdir? Türk kinosunun erməni qoca sı

Zihni Göktay kimdir? Türk kinosunun erməni qoca sı

Lent az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Türkiyənin tanınmış aktyoru Zihni Göktay 80 yaşında vəfat edib.

Lent.az  "Bioqrafiya" rubrikasında aktyor haqqında məlumatları təqdim edir.

-Abdullah Zihni Göktay kimdir?

Abdullah Zihni Göktay Türkiyənin tanınmış kino və teatr aktyorudur.

-O, harada və nə zaman dünyaya gəlib?

Z.Göktay 2 dekabr 1945-ci ildə Türkiyənin İstanbul şəhərinin Fatih rayonunda anadan olub.

-Onun təhsil həyatı necə keçib?                                                                                                                                                                                                                                                                                                                                                                                                                                               Orta təhsilini Pertevniyal Liseyində alıb.

-Aktyorluq fəaliyyətinə nə zaman başlayıb?

1960-1964-cü illərdə İstanbul Gənclik Teatrı və Eminönü Xalq Evinin teatr kollektivlərində həvəskar aktyor kimi çıxış edib.

-Peşəkar səhnəyə nə zaman qədəm qoyub?

- O, 1964-cü ildə peşəkar səhnəyə qədəm qoyub. Həmin ildən 1973-cü ilə qədər Ankara Meydan Səhnəsində çalışıb. 1973-cü ildən etibarən İstanbul Şəhər Teatrının aktyoru olub. O, 1978-1996-cı illərdə İstanbul Radiosunun Radio Teatrı şöbəsində çalışıb. Burada sənətçi çoxsaylı radio tamaşalarında həm aktyor, həm də rejissor kimi fəaliyyət göstərib. Bundan başqa, bir çox filmin dublyajında iştirak edib.

-Zihni Göktay neçə il səhnə fəaliyyəti ilə məşğul olub?

-O, 36 il fəaliyyət göstərib və bu illər ərzində 72 tamaşada rol alıb. 

-Aktyora hansı işi xüsusi uğur gətirib?

"Lüküs Hayat" operettasındakı çıxışı ilə böyük şöhrət qazanıb. Zihni Göktay məşhur "Cibali Karakolu" tamaşasında "Komissar Cafer Sabbah" obrazını canlandıraraq bu məşhur rolu yaşadan sənətçilərdən biri olub. Bu obraz onun teatr yaradıcılığının ən yaddaqalan rollarından hesab edilir. Həmçinin, "Cennet Mahallesi" serialındakı "Ethem" obrazı ilə yadda qalıb.

-Teatr fəaliyyəti ilə yanaşı, hansı film və serialda rol alıb?

Zihni Göktay “Tosun Paşa”, “Atla gel, Şaban”, “Bizimkiler”, “Cennet Mahallesi”, “Hababam sınıfı askerde”, “Ulan İstanbul” kimi məşhur film və seriallarda rol alıb.

-Hansı köməkçi rolla yadda qalıb?

"7 kocalı Hürmüz" filmində Zihni Göktay "erməni qoca" (ermeni ihtiyar) obrazını canlandırıb. Bu, onun əsas deyil, qısa, lakin yadda qalan köməkçi rollarından biridir.

-Hansı mükafatlara layiq görülüb?

Uzun illər davam edən uğurlu sənət fəaliyyətinə görə Zihni Göktay bir sıra nüfuzlu mükafatlarla təltif olunub. 2012-ci ildə Suna Pekuysal Teatr Mükafatlarının "Onur Mükafatı"na, 2015-ci ildə "Cibali Karakolu" tamaşasına görə Lions Teatr Mükafatlarının "İlin Teatr Xidməti Mükafatı"na, 2017-ci ildə Yeni Teatr Dərgisinin "Əmək Mükafatı"na, 2019-cu ildə isə Sadri Alışık Teatr Mükafatlarının "Onur Mükafatı"na layiq görülüb.

-Aktyor nə zaman dünyasını dəyişib?

O, 5 iyul səhər saatlarında dünyasını dəyişib.

-Ölüm səbəbi nədir?

Aktyorun 4 iyul axşam saatlarında qəfil səhhəti pisləşdiyi üçün xəstəxanaya çatdırılıb və reanimasiya şöbəsində müalicəyə alınıb. Həkimlərin bütün səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Rəsmi açıqlamada aktyorun ölümünün dəqiq tibbi səbəbi barədə məlumat verilməyib.

-Həyatının son illəri necə keçib?

Aktyor son illərində yaşadığı evi plana düşdüyü üçün qocalar evinə yerləşdirilimişdi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:220
embedMənbə:https://lent.az
archiveBu xəbər 06 İyul 2026 20:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see360

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see352

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see321

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see313

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see312

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see297

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see281

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see280

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see262

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see251

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see246

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see246

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see245

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see236

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see224

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see219

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see207

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see193

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see188

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri