Zinəddin Zidan Mbappenin Türkiyə ilə oyunda iştirak edəcəyini açıqladı
Icma.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Fransa millisinin baş məşqçisi Zinəddin Zidan UEFA Millətlər Liqasının A Liqasının 1-ci qrupunda Türkiyə yığması ilə keçiriləcək son tur qarşılaşması öncəsi Kylian Mbappenin vəziyyətinə aydınlıq gətirib.
Sherg.az xəbər verir ki, fransalı mütəxəssis mətbuat konfransında ulduz futbolçunun Türkiyə ilə matçda meydana çıxıb-çıxmayacağı ilə bağlı sualı cavablandırıb.
Zidan Mbappenin qarşılaşmada iştirak edəcəyini təsdiqləyib: “Bəli, Kylian Mbappe sabah oynayacaq”.
Fransa millisinin baş məşqçisi Türkiyə yığmasının güclü rəqib olduğunu da vurğulayıb. O, qarşılaşmanın asan keçməyəcəyini bildirərək komandasını diqqətli olmağa çağırıb.
“Türkiyə sabah bizə çətinlik yaradacaq. Diqqətli olmalıyıq”, – deyə Zidan qeyd edib.
Qeyd edək ki, Fransa və Türkiyə milliləri arasında UEFA Millətlər Liqasının A Liqasının 1-ci qrupunun son tur qarşılaşması noyabrın 15-də keçiriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:189
Bu xəbər 14 Noyabr 2026 23:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















