Icma.az
close
up
RU
Ziraat Bank Azərbaycan 11 ci filialını müştərilərin istifadəsinə təqdim edib FOTO

Ziraat Bank Azərbaycan 11 ci filialını müştərilərin istifadəsinə təqdim edib FOTO

Icma.az bildirir, Milli.az portalına istinadən.

Ziraat Bank Azərbaycan Bakı şəhərində yerləşən, sayca 11-ci olan yeni "Neftçilər" filialını müştərilərinin istifadəsinə təqdim edib.

Açılış tədbirində Türkiyə Respublikasının Azərbaycandakı səfiri Prof. Dr. Birol Akgün, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, millət vəkili Əhliman Əmiraslanov, Şimali Kipr Türk Respublikasının Azərbaycan Respublikasındakı nümayəndəsi Ufuk Turqaner, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov, Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Yalçın Camalov və Ziraat Bank Azərbaycanın İdarə Heyətinin sədri Dr. Selçuk Demir rəmzi qırmızı lenti kəsərək bankın Bakı şəhəri, Qara Qarayev prospekti 229 ünvanında yerləşən yeni "Neftçilər" filialını rəsmi şəkildə müştərilərin istifadəsinə təqdim ediblər.

Ziraat Bank Azərbaycanın "Neftçilər" filialının açılış tədbirində həmçinin Milli Məclisin deputatı İlham Məmmədov, Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev, ATİB, TÜİB və MÜSİAD kimi qeyri-hökumət təşkilatlarının sədrləri, nümayəndələri və bir çox sahibkarlar iştirak etdilər.

Ziraat Bank Azərbaycan tərəfindən bildirilib ki, filialın açılmasında əsas məqsəd Nizami rayonu və ətraf ərazilərdə yaşayan hüquqi və fiziki şəxslərə yüksək keyfiyyətli, operativ bank xidmətlərini təqdim etməkdir.
Dünyanın bir çox ölkəsində uğurla fəaliyyət göstərən Ziraat Maliyyə Qrupunun üzvü olan Ziraat Bank Azərbaycan, beynəlxalq ticarətdə istifadə edilən bank məhsul və xidmətlərini geniş müxbir banklar şəbəkəsi vasitəsilə təqdim etmək imkanına sahibdir. "Bir Bankdan Daha Artıq" şüarı ilə fəaliyyət göstərən bankın yeni "Neftçilər" filialı müasir və funksional infrastruktura malikdir və həftənin 5 günü - saat 09:00-dan 17:00-dək müştərilərin xidmətindədir.

"Ziraat Bank Azərbaycan" ASC, Türkiyə Respublikasına məxsus, 161 illik tarixə malik "Ziraat Maliyyə Qrupu"nun tərkib hissəsidir. Bank, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Korporativ və pərakəndə bankçılıq sahəsində xidmət göstərən bank hazırda Bakı, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində yerləşən 11 filialı və Quba şəhərində yerləşən 1 şöbəsi ilə yanaşı, rəqəmsal platformalar üzərindən də müştərilərə xidmət göstərir.

Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumatı Bankın  Instagram, X-platforması, Linkedin, YouTube sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:118
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 23 Aprel 2025 18:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see234

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see220

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see202

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see195

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see188

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see187

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see184

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see174

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see172

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see169

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see160

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see159

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see157

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see154

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see151

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see150

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri