Icma.az
close
up
RU
Ziraat Bank Azərbaycan 10 illiyi münasibəti ilə 10 cu filialını açdı FOTOLAR

Ziraat Bank Azərbaycan 10 illiyi münasibəti ilə 10 cu filialını açdı FOTOLAR

Icma.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Ziraat Bank Azərbaycan" 10 illiyi münasibəti ilə Naxçıvan şəhərində yeni, 10-cu filialını müştərilərin istifadəsinə təqdim edib.

"Unikal" xəbər verir ki, filial açılışından öncə Türkiyə Respublikasının Naxçıvan Muxtar Respublikasındaki Baş Konsolu Asip Kaya və Bank rəhbərliyi Ulu Öndər Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsini ziyarət edərək dərin ehtiramla onu yad ediblər. Heydər Əliyev adına olan muzeyi ziyarət edən Bank nümayəndələri, T.C. “Ziraat Bankası”-nın Naxçıvan şəhərində nümayəndəliyin açılışı ilə bağlı 33 il öncə Ulu Öndər Heydər Əliyev tərəfindən yazılan təbrik mətni ilə tanış olublar. 

Filialın təntənəli açılışında Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin əməkdaşı Günay Nəzərova, Türkiyə Respublikasının Naxçıvan Muxtar Respublikasında Baş Konsolu Asip Kaya, Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat nazirinin müavini, nazir vəzifələrini icra edən Abbas İsmayılov, Naxçıvan Muxtar Respublikasının maliyyə nazirinin müavini Elvib Əlimərdanov, Azərbaycan Respublikası Mərkəzi Bankı Naxçıvan Muxtar Respublikası İdarəsinin sədri Elçin Əliyev, Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Naxçıvan Muxtar Respublikasındakı idarəsinin rəisi Vüsal Ələkbərli, Naxçıvan Muxtar Respublikası kənd təsərrüfatı nazirinin müavini, nazirin vəzifələrini icra edən Xəyalə Dadaşova, Sahibkarlığın İnkişafı fondunun İdarə Heyətinin sədri Vüsal Novruzov, Azərbaycan Respublikası Naxçıvan İpoteka Fondunun İdarə Heyətinin sədri Yalçın Vəliyev, digər rəsmilər və dövlət xadimləri "Ziraat Bank Azərbaycan"ın İdarə Heyətinin sədri Dr. Selçuk Demir ilə birlikdə rəmzi qırmızı lenti kəsərək bankın Naxçıvan filialını müştərilərin istifadəsinə təqdim etdilər.   

Təntənəli açılış tədbirində Baş Konsul çıxış edərək "Ziraat Bank Azərbaycan"ın Naxçıvan Muxtar Respublikasında filial açmasının Türkiyə-Azərbaycan ticari və iqtisadi münasibətlərinin inkişafına müsbət töhfə verəcəyini vurğuladı. Bankın sədri Dr. Selçuk Demir öz çıxışında Naxçıvan filialının açılışında iştirak edən qonaqlara öz təşəkkürünü bildirdi. Filialın açılışında iştirak edən Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin əməkdaşı Günay Nəzərova, Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli adından hər kəsi salamlayaraq,  Ziraat Bank Azərbaycanın əsas səhmdarı olan T.C. “Ziraat Bankası”-nın Türkiyənin ən önəmli banklarından biri olduğunu vurğulayaraq, Naxçıvanda bu filialın uğur qazanacağına inandığını bildirdi. Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat nazirinin müavini, nazir vəzifələrini icra edən Abbas İsmayılov öz çıxışında "Ziraat Bank Azərbaycan"ın Naxçıvanda filial açmasının bank sektorunda rəqabətliliyin artmasına və inkişafına töhfə verəcəyini vurğuladı. "Ziraat Bank Azərbaycan"ın sədri Dr. Selçuk Demir, öz müsahibəsində dünyanın 19 ölkəsində fəaliyyət göstərən Ziraat Maliyyə Qrupunun üzvü olan "Ziraat Bank Azərbaycan"ın Naxçıvan Muxtar Respublikasında filial açmasında xarici ticarət əməliyyatlarında sahibkarla dəstək olmaqla yanaşı, real sektorun inkişafına böyük rol oynayacağına inandığını vurğuladı.   

Filialın önündə rəmzi qırmızı lenti kəsən rəsmilər, Naxçıvan filialını müştərilərin istifadəsinə təqdim etdilər. Qeyd edək ki, filialın açılış tədbirində rəsmilərlə yanaşı bir çox sahibkarlar da iştirak etdilər.  Filial açılışından sonra Naxçıvanda "Ziraat Bank Azərbaycan" və Naxçıvan Muxtar Respublikasının Sahibkarlığın İnkişafı Fondu arasında əməkdaşlıq müqaviləsi imzalandı. Müqaviləni "Ziraat Bank Azərbaycan"ın İdarə Heyətinin üzvü və Satış qrupunun koordinatoru Ömer Yılmaz və Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondu Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri Vüsal Novruzov imzaladılar. Müqaviləyə əsasən "Ziraat Bank Azərbaycan" Naxçıvan Muxtar Respublikasında Sahibkarlığın İnkişafı Fondunun güzəştli kreditləri ilə sahibkarlara maliyyələşdirmə imkanları yaradılmasına dəstək olacaq. 

 

Qeyd edək ki, "Ziraat Bank Azərbaycan"ın Naxçıvan filialı Atatürk küç. ev 9 ünvanında yerləşir və həftəiçi 9:00- 17:00 saat aralığında müştərilərinə xidmət göstərir.  

"Ziraat Bank Azərbaycan" ASC, 161 illik tarixə malik Türkiyə Respublikasının "Ziraat Maliyyə Qrupu"-nun üzvüdür. Bank, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Korporativ və pərakəndə bankçılıq sahəsində müasir məhsul və xidmətləri Bakı, Gəncə və Sumqayıtda yerləşən 10 filialı, eləcə də rəqəmsal platformalar vasitəsilə təqdim edir.

Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumatı Bankın  Instagram, X-platforması, Linkedin, YouTube sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz. 


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:124
embedMənbə:https://unikal.az
archiveBu xəbər 17 Yanvar 2025 12:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see233

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see219

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see210

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see201

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see194

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see186

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see185

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see173

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see171

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see170

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see159

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see157

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see156

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see153

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see150

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri