Zirə dən Sumanın Dinamo ya keçidi haqda açıqlama Sadıqovun qol silahı hardadı?
Footbal-plus saytından alınan məlumata görə, Icma.az bildirir.
"Zirə" yay "transfer pəncərəsi" çərçivəsində gözlənilməz ayrılıqdan sarsıla bilər. Məlum olduğu kimi, söhbət "qartallar"ın yarımmüdafiəçisi Salifu Sumadan gedir.
Futbolçunun başa çatan mövsüm ərzində dəfələrlə iddialı klublardan təklif aldığı haqda xəbərlərlə tanışsız. Bugünlərdə onunla bağlı daha ciddi xəbər yayılıb. Həmkarlarımızın tirajladığı məlumata inansaq, 21 yaşlı oyunçu artıq Kiyev "Dinamo"suyla razılığa gəlib və müqaviləyə qol çəkmək məqsədilə Azərbaycanı tərk edib.
Bilginin səhih olub-olmadığını öyrənmək üçün qəsəbə təmsilçisinin mətbuat xidmətinin rəhbəri Elmar Abdullazadəylə əlaqə saxladıq. O, "Football-plus.az"a açıqlamasında Sumanın Bakıda olduğunu və komandayla birgə məşqlərdə iştirak etdiyini, "Zirə"də hansısa ayrılıq yaşanacağı halda ictimaiyyətə məlumat veriləcəyini bildirdi.
Xatırladaq ki, qvineyalı futbolçu 2023-cü ildən "qartallar"ın şərəfini qoruyur. O, 2024/25 mövsümündə premyer-liqada meydana çıxdığı 34 matçda 12 qol, 7 məhsuldar ötürmə müəllifi olub.
KƏNAN BAHADIR
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 30 İyun 2025 15:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















