“Zirə” “Neftçi” matçında hakim səhv qərar verib AFFA
Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bu gün “Neftçi” rəhbərliyi ilə AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov arasında görüş keçirilib.
Axar.az Teleqraf-a istinadla xəbər ki, AFFA-nın inzibati binasında baş tutan görüşdə paytaxt təmsilçinin rəhbərliyi Azərbaycan Premyer Liqasının XXVIII turunda “Zirə” ilə oyunda və bundan öncəki qarşılaşmalardakı hakim qərarları ilə bağlı narazılığını dilə gətirib.
Bakılılar bu səhv qərarların sonrakı turlarda da baş verəcəyi ehtimalından narahatlığını bildirib.
Aparılan müzakirələrdə Hakimlər Komitəsinin sədri “Zirə” – “Neftçi” matçında İnqilab Məmmədovun səhv qərar verdiyini etiraf edib.
Əldə edilən digər məlumata görə, Rəhim Həsənov İnqilab Məmmədovun sözügedən oyundakı qərarının yanlış olduğunu ənənəvi şərhində bildirəcək.
Bu durumda 43 yaşlı referinin cəzalandırılacağı da istisna deyil.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 20 Aprel 2026 16:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















