Zirə nin futbolçusu: Azərbaycan Kubokunda Qarabağ a azarkeşlik edəcəyik
sport24.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Oyun planına uyğun hərəkət edirdik. Vurulan qol da planları pozdu. Bu sözləri Sport24.az-a "Zirə"nin futbolçusu Eldar Quliyev deyib.
23 yaşlı yarımmüdafiəçi "Qarabağ"a səfərdə 0:1 hesabı ilə uduzduqları Misli Premyer Liqasının 29-cu turunun oyunu ilə bağlı fikirlərini bölüşüb:
"Penaltidən qol vura bilərdik. Amma təəssüf ki, alınmadı. Epizodlar oldu, istifadə edə bilmədik. Deyiləcək çox söz yoxdur. Epizodları niyə reallaşdıra bilmədik? Bilmirəm. "Qarabağ" da yaxşı komandadır, onların oyunçuları da bizə mane olurdular, yaxşı müdafiə də olunurdular. Qapıçısı penalti epizodunda özünü göstərdi. Bəhlul Mustafazadə də bir epizodda zərbənin qapıya getməsinə icazə vermədi. Onların yaxşı, keyfiyyətli oyunçuları var".
O, mövsümün sonuna qədər 2-ci pillədəki yerlərini qoruyub saxlayacaqlarına inandığını söyləyib: "Üçüncü yerlə xal fərqimiz var. Niyə də yox? Bu işin öhdəsindən gələ bilərik".
E. Quliyev UEFA Avropa Liqasında iştirak etmək istədiklərini də gizlətməyib:
"Təbii ki, istəyərdik "Qarabağ" kubokun qalibi olsun. Komanda olaraq"Qarabağ"a azarkeşlik edəcəyik. Amma düzünü deyim, böyük ölçüdə fərqi yoxdur - Avropa Liqası, ya Konfrans Liqası. Hər iki turnirdə mübarizə aparmağa hazırıq".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 07 Aprel 2025 11:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















