Zirə nin yeni transferi: Onun ideyaları mənim üçün cəlbedici oldu
Sportal.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Sumqayıt"a qarşı oyunumuz çox çətin oldu. Yaxşı rəqibə qarşı oynadıq. “Sumqayıt” da çox yaxşı performans göstərdi. Buna baxmayaraq, yekunda üçüncü qolu vurduq və lazımi qələbə qazandıq. 2:0-dan sonra arxayınçılıq olduğunu deməzdim. Sadəcə rəqib psixoloji üstünlüyü ələ keçirdi. Bir sayılmayan qolları da oldu. Hakimlər ofsayd qərarı verdilər. Bütün bunlara baxmayaraq, 2:2-dən sonra oyundan qopmadıq. Çalışacağıq ki, bu səhvləri bir daha təkrarlamayaq".
Bu sözləri Sportal.az saytına açıqlamasında "Zirə"nin legioneri Dimitri Leqbo deyib.
Qəsəbə təmsilçisinin futbolçusu Azərbaycan çempionatına adaptasiyasından da bəhs edib: "Premyer Liqanın səviyyəsi yüksəkdir. Burada yaxşı klublar, güclü futbolçular çıxış edir. Azərbaycana gəlməzdən öncə uzun müddət oynamırdım. Bu məqam bir qədər çətinlik yaradırdı. İndi özümü yaxşı hiss edirəm. Oyundan-oyuna daha da inamlı olacam. Burada olmaqdan məmnunam. Bura gəlməmişdən əvvəl klubumuzun idman direktoru ilə danışmışdıq. Onun ideyaları mənim üçün cəlbedici oldu, mənə bildirdi ki, oynayacaqsan, komandaya kömək etməyə qadirsən. İndi komanda yoldaşım olan Bayere Lue də həmyerlimdir. Onunla, “Sumqayıt”dan Sedrik Badolo, eləcə də digər bir neçə tanıdığım futbolçu ilə söhbətimimiz olmuşdu. Hamısı mənə komanda, ölkə haqda müsbət fikirlər dedilər. Bütün bunlar da qərarımı qətiləşdirməkdə kömək oldu".
Mirbağırağa
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 25 Oktyabr 2026 15:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















