Zirə və Hayduk komandaları arasındakı ilk oyununun vaxtı dəyişdirilib
Icma.az, Sia Az portalına istinadən məlumat yayır.
"Zirə" və Xorvatiyanın "Hayduk" komandaları arasındakı UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununun vaxtı dəyişdirilib. SİA xəbər verir ki, Bakıdakı qarşılaşma iyulun 24-də yox, bir gün tez - iyulun 23-də "Neftçi Arena"da (8-ci km stadionu) olacaq.
UEFA bu qərarı Azərbaycanın bütün klublarının ev oyunlarını paytaxtda keçirəcəyi ilə əlaqədar qəbul edib.
Cavab görüşü isə iyulun 31-də Split şəhərindəki "Polyud" stadionunda baş tutacaq.
Qeyd edək ki, Azərbaycanın UEFA Konfrans Liqasındakı digər təmsilçisi "Araz-Naxçıvan" Yunanıstan "Aris"inə qarşı ilk oyununu iyulun 24-də "Liv Bona Dea Arena"da keçirəcək.

“Zirə” Hayduk” oyununun hakimləri müəyyənləşib
11 İyul 2025 19:02
Zirə və Hayduk arasındakı oyunların başlama vaxtı məlum oldu
27 İyun 2025 15:00
UEFA Zirə Hayduk oyununun vaxtını dəyişdi
20 İyun 2025 11:26
Hayduk Zirə oyununun hakim təyinatları açıqlanıb
09 İyul 2025 14:52
Zirə Hayduk :
23 İyul 2025 19:25

