Zirəddin Rüstəmov Polşadan Azərbaycana gətirilib
Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Beynəlxalq axtarışda olan şəxs Polşa Respublikasında tutularaq Azərbaycan Respublikasına ekstradisiya edilib.
Bu barədə Bakıvaxtı.az-a Ədliyyə Nazirliyindən bildirilib.
Məlumata görə, İnterpolun Azərbaycan Respublikasındakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri Polşa Respublikasında müəyyən edilən daha bir şəxsin oktyabrın 1-də Nazirlik tərəfindən Azərbaycan Respublikasına ekstradisiyası həyata keçirilib.
Belə ki, 2023-cü ildə tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə müxtəlif vaxtlarda zərərçəkmiş şəxslərə yalan vədlər verməklə onlara külli miqdarda ziyan vurmaqla dələduzluq etməkdə (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi) ittiham edilmiş Azərbaycan Respublikasının vətəndaşı Rüstəmov Zirəddin Elçin oğlunun yeri Polşa Respublikasında müəyyən olunub və o, həbs edilib.
Baş Prokurorluğun sorğusundan, habelə aparılan danışıqlardan sonra həmin şəxsin Azərbaycana ekstradisiyası ilə bağlı razılıq əldə olunub. Bu da öz növbəsində dövlətimizin beynəlxalq aləmdə mövcud olan nüfuzunu və Polşa Respublikasının ölkəmiz üçün etibarlı tərəfdaş olmasını bir daha təsdiq edir.
Rüstəmov Zirəddin Elçin oğlu Ədliyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq baş idarəsinin və Nazirliyin Penitensiar xidmətinin məsul əməkdaşları tərəfindən Polşa Respublikasının Varşava şəhərindən ölkəmizə gətirilib və məhkəmənin həbs qərarına əsasən müvafiq istintaq təcridxanasına yerləşdirilib.
Nazirlik tərəfindən bu sahədə lazımi tədbirlər davam etdirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:45
Bu xəbər 01 Oktyabr 2026 10:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















