Qonşu ölkənin vətəndaşı Polşadan Azərbaycana ekstradisiya ediliəcək
Yeniavaz portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Ekstradisiya haqqında” 13 dekabr 1957-ci il tarixli Avropa Konvensiyasının tələblərinə uyğun olaraq Gürcüstan vətəndaşı Ağacanov Ülpət Fizuli oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Polşa Respublikasının Lodz rayon məhkəməsi tərəfindən təmin edilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Ü.Ağacanovun qabaqcadan əlbir olan bir qrup şəxs halında qəsdən adam öldürmə cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməklə istintaqdan qaçıb gizləndiyi üçün beynəlxalq axtarışa verilib.
“Şəxs 2024-cü ilin oktyabr ayında Polşanın Kutno şəhərində müəyyən edilərək həbs olunub.
Verilmə haqqında qərar qanuni qüvvəyə mindikdən sonra onun ölkəmizə gətirilməsi təmin ediləcəkdir”, - məlumatda deyilir.

Gürcüstan vətəndaşı Polşadan tutularaq Azərbaycana gətirilib
28 Dekabr 2024 12:46
Axtarışa olan şəxs Polşadan Azərbaycana ekstradisiya olundu
28 Dekabr 2024 12:39
Beynəlxalq axtarışa verilən Gürcüstan vətəndaşı Polşadan Azərbaycana gətirilib
11 Aprel 2025 12:33
Azərbaycanın axtarışa verdiyi Gürcüstan vətəndaşı Polşadan ekstradisiya olunub
28 Dekabr 2024 12:34
İsrail qonşu ölkənin paytaxtını bombaladı
01 Aprel 2025 10:25

