Icma.az
close
up
RU
Zirəddindən qorxulu müharibə proqnozu: Yaşadığımız ərazi də...

Zirəddindən qorxulu müharibə proqnozu: Yaşadığımız ərazi də...

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

Dünya siyasətində gərginlik yenidən artmaqdadır. 

NATO və Rusiya arasındakı münasibətlər hazırda  gərgindir və qarşılıqlı dialoq çox aşağı səviyyədədir. Son aylarda Polşanın hava məkanına dronların daxil olması, Rusiya və Belarusun birgə hərbi təlimləri və NATO-nun şərq qanadında müdafiəni gücləndirməsi göstərir ki, tərəflər arasında hərbi və strateji gərginlik davam edir. Alyansın müdafiə xərclərini artırması və Rusiyanın strateji mövqelərini gücləndirməsi gələcəkdə də qarşıdurma risklərinin yüksək olduğunu göstərir.

Almaniyanın müdafiə naziri Boris Pistorius Rusiyanın hərbi potensialının gözləniləndən daha tez bərpa oluna biləcəyini və NATO-nun şərq cinahına qarşı hücum qabiliyyətinə 2029-dan əvvəl də sahib ola biləcəyini bildirib. Nazir qeyd edib ki, ekspertlər və kəşfiyyat xidmətləri Moskvanın bu potensialı nə vaxt əldə edəcəyini təxmin edə bilirlər və bəzi fikirlərə görə bu tarix 2028-ə qədər yaxınlaşa bilər.

Pistorius eyni zamanda, NATO-nun müdafiə qabiliyyətinin güclü olduğunu vurğulayıb, Alyansın ciddi çəkindirici potensiala, o cümlədən nüvə arsenalına malik olduğunu bildirib. O əlavə edib ki, NATO ölkələrinin orduları döyüş qabiliyyətli olsa da, onların daha müasir və güclü şəkildə təchiz olunması vacibdir.

Yaxın müddətdə NATO və Rusiya arasında NATO arasında hərbi münaqişə gözlənilirmi?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlama verən Rusiyada yaşayan azərbaycanlı klinik psixoloq, tanınmış ekstrasens Zirəddin Rzayev bildirib ki, münaqişə ilə bağlı kadrarxası ssenarilər də var və hər şey göründüyü kimi deyil:

“Ümumiyyətlə, dünyada iki böyük qüvvənin olduğu deyilsə də, mən bunu üç qüvvə kimi görürəm – Rusiya, NATO və Çin. Rusiya həmişə NATO‑nu özünə təhdid kimi görüb, eyni şəkildə NATO da Rusiyanı. Mövcud müqavilələrə görə NATO Rusiyanın sərhədlərinə doğru irəliləməməli, yeni geopolitik bölgələrə daxil olmamalı idi. Lakin NATO bu öhdəliyi pozdu və ABŞ-nin rəhbərliyində Qərb müharibəni şərqdən çıxararaq postsovet məkanına daşıdı.

Mənim qənaətimə görə, postsovet məkanında müharibələrin olması ehtimalı yüksəkdir və Qərb alovu bu bölgəyə gətirir. Bu proses isə yaxşı nəticələr vəd etmir. Müqaviləni pozan tərəf NATO oldu. Çox adam sual edir ki, əgər Rusiya güclü dövlətdirsə, necə olur ki, dörd il ərzində Ukrayna ilə müharibəni bitirib qələbə qazana bilmir? Rusiya hərbi əməliyyatların ilk günlərində Kiyevə yaxınlaşmışdı, lakin sonra geri çəkildi. Bu isə onu göstərir ki, müharibənin tez bitməsi müəyyən güclərin marağında olmayıb”. 

Onun sözlərinə görə, müharibə hansı ssenari ilə yazılıbsa, proses də o şəkildə davam edir:

“Bu münaqişədə nə Rusiyanın, nə də Avropa ölkələrinin tam qərarverici rolu var. Müharibənin nə qədər davam edəcəyi, nə vaxt bitəcəyi, nə qədər silah‑sursat alınacağı əvvəlcədən ölçülür və hesablanır. Ukraynanı dəstəkləyən NATO isə F‑32, F‑33, F‑22 kimi üstün hərbi texnikanı vermir. İstəsə, əlində olan güclü silahları təqdim edə bilərdi. Burada hərbi ticarətdən söhbət gedir,  bu, bir oyundur və bu oyunun qurbanı həmişə olduğu kimi məzlum insanlardır”.

Ekstrasens qeyd edib ki,   on il ərzində postsovet məkanında müharibələrin dayanmayacağı gözlənilir:

“Mən bunu əvvəllər də demişəm, yenə də deyirəm  on il ərzində postsovet məkanında davamlı  müharibələr olacaq. Şərqdən başlayan müharibə Qərb istiqamətinə doğru irəliləyir və bu, postsovet bölgəsinə — Gürcüstan, Qazaxıstan, Ermənistan kimi ölkələrə də təsir edəcək. Çünki NATO-nun maraq xətti buraya doğru uzanır.

Mən özüm dərk etməyə başladığımdan bəri İraq, Suriya, Əfqanıstanda müharibənin davam etdiyini görmüşəm. İndi isə münaqişənin Qafqaza doğru keçdiyi müşahidə olunur. Görücü kimi deyirəm ki, bizim yaşadığımız ərazilər də adı çəkilən ölkələrin vəziyyətinə düşə bilər.

Mütəfəkkirlər bildirirlər ki, bu prosesdə qazanan tərəf yoxdur. Amma əslində qalib gələn tərəf silah satanlardır. Burada “Rusiya qalib gəldi” və ya “NATO qalib gəldi” kimi bir məsələ yoxdur. Müharibənin nəticəsi kimin daha çox pul qazandığı ilə bağlıdır və bu, qalibiyyət kimi dəyərləndirilir. 

Amerika bir bölgədə qığılcım yaradır, prosesə başlayır, sonra digər bölgələrə keçərək öz hərbi ticarətini genişləndirir.  Heç kim müharibədə tam qələbə qazanmayacaq. Kim daha çox hərbi sursat satıb gəlir əldə edirsə, o, artıq qalib sayılır”.

Gülər
“Cebheinfo.az”

Açar sözlər: NATO Rusiya Zirəddin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 17 Noyabr 2025 16:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see228

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see216

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see196

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see173

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see168

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see159

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see157

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see156

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see155

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see155

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see154

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see154

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see148

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see148

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see148

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see141

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see140

Nəzrinlə Mərdanın qızı olacaq

31 Dekabr 2025 15:52see140

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see138

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri