“Zirə”də heyət təmizlənir ilk ayrılıq dəqiqləşdi
sport24.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Zirə"nin yayda yollarını ayıracağı futbolçulardan biri dəqiqləşib. Sport24.az-ın əldə etdiyi məlumata görə, "qartallar" Eldar Quliyevlə vidalaşmaq niyyətindədir. Ukrayna vətəndaşı olan oyunçunun mövsümün sonunda bitən müqaviləsi yenilənməyəcək.
Baş məşqçi Rəşad Sadıqov da 23 yaşlı yarımmüdafiəçinin performansından narazıdır. Quliyev məhz bu səbəbdən cari mövsüm çox az forma şansı əldə edib. O, Misli Premyer Liqasında 6, ölkə kubokunda 1 matçda iştirak edib. Quliyev 108 dəqiqədə meydanda olubsa, qol və məhsuldar ötürmə ilə də yadda qalmayıb.
Qeyd edək ki, Eldar Quliyev 2023-cü ilin fevralından "Zirə"də çıxış edir.
Baxış sayı:130
Bu xəbər 03 Mart 2026 16:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















