“Zirə”nin Avrokubok matçının vaxtı dəyişdirildi
Icma.az bildirir, Cebheinfo portalına istinadən.
UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Zirə”nin Bakıda “Hayduk”la (Xorvatiya) keçiriləcək oyununun vaxtı dəyişdirilib.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Görüş əvvəlcədən nəzərdə tutulduğu kimi, iyulun 24-də yox, 23-də keçiriləcək. Buna səbəb iyulun 24-də Bakıda “Araz-Naxçıvan”ın da Konfrans Liqası matçının olmasıdır. UEFA-nın qaydalarına əsasən, bir yarışda eyni şəhərdə iki oyun keçirilə bilməz. Buna görə də “Zirə”nin matçı bir gün əvvələ dəyişdirilib.
Oyun “Neftçi Arena”da keçiriləcək.
Qeyd edək ki, komandalar arasında cavab görüşü iyulun 31-də Xorvatiyada olacaq.
"Cebheinfo.az"
Bu mövzuda digər xəbərlər:Zirə nin avrokubok matçının biletləri bu gün satışa çıxarıldı
26 İyul 2025 20:06
“Zirə”nin avrokubok oyunu 5 manata
06 İyul 2026 15:45
Zirə nin avrokubok matçlarının saatı bəlli oldu
28 İyun 2025 20:07
“Neftçi”nin avrokubok matçının biletləri satışa çıxarıldı
16 Sentyabr 2026 22:51
Ağasəlim Mircavadovdan “Zirə”yə avrokubok öncəsi mesaj
08 İyul 2026 16:05
Baxış sayı:120
Bu xəbər 20 İyun 2025 11:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















