Icma.az
close
up
RU
“Zirkon“ raketləri ilə bağlı ŞOK iddia: Rusiya hamını aldadırmış...

“Zirkon“ raketləri ilə bağlı ŞOK iddia: Rusiya hamını aldadırmış...

Icma.az bildirir, Moderator.az saytına əsaslanaraq.

Rusiyanın Ukrayna ərazilərini atəşə tutmaq üçün istifadə etdiyi "Zirkon" raketlərinin əslində yüksək manevr qabiliyyətinə malik hipersəsli qanadlı raket yox, adi ballistik raket olduğu ehtimal edilir.

Moderator.az xəbər verir ki, bu barədə "Militarnı" nəşri müstəqil OSINT analitiki Fabian Qintsin hesabatına istinadən məlumat yayıb.

Nəşr qeyd edir ki, hazırda bu Rusiya raketinin texniki xüsusiyyətləri və konstruksiyası barədə müstəqil mənbələr tərəfindən təsdiqlənmiş dəqiq məlumatlar yoxdur.

Ukrayna tərəfinin qiymətləndirmələrinə görə, raket təxminən 5,5 Max sürətlə uçur. Hədəf zonasına daxil olmazdan əvvəl qısa müddətə sürətini 7,5 Max-a qədər artırır, birbaşa zərbə anında isə yavaşlayaraq təxminən 4,5 Max sürətə enir.

Analitik F.Qints bildirib ki, hazırda ən geniş yayılmış versiyaya görə, "Zirkon" düzaxınlı hava-reaktiv mühərriki (scramjet) ilə təchiz olunmuş hipersəsli qanadlı raket sayılır. Ekspertin fikrincə, əgər bu versiya doğrudursa, deməli, Rusiya idarə edilməsi son dərəcə mürəkkəb olan bu mühərrik texnologiyasına sahiblənə bilib.

İkinci versiyaya görə isə "Zirkon" hipersəsli yox, sadəcə yüksək sürətli qanadlı raketdir və "P-800 Oniks" gəmiəleyhinə raketinin modifikasiya olunmuş formasıdır.

Lakin ortada tamamilə fərqli üçüncü bir versiya da var. Bu iddiaya əsasən, raket ümumiyyətlə qanadlı raket sinfinə aid deyil, kvaziballistik trayektoriya ilə uçan ballistik raketdir. İzah olunur ki, belə raketlər hava-reaktiv mühərriki əvəzinə klassik bərk yanacaqlı raket mühərrikindən istifadə edir. Lakin onlar adi ballistik trayektoriya ilə hərəkət etmir, atmosferdə aktiv manevrlər edərək planlaşdırma fazasını birləşdirirlər. Bu isə raketin trayektoriyasını gözlənilməz edir və onun havada vurulmasını çətinləşdirir.

Analitiklər diqqəti ona çəkirlər ki, "Zirkon" haqqında yazılarda tez-tez raketin perspektivli "Desilin-M" maye yanacağından istifadə etdiyi iddia olunur. Lakin Qints müəyyən edib ki, bu iddia sadəcə dezinformasiyadır. Belə ki, Rusiya rəsmilərinin qanadlı və hipersəsli raketlər üçün yeni yanacaq növü barədə bəyanatları sonradan təsadüfən "Zirkon"un ilk sınaq xəbərləri ilə eyniləşdirilib və bu spekulyativ məlumat dəfələrlə təkrarən tirajlanıb.

Analitik raketdə məhz bərk yanacaqlı mühərrikdən istifadə olunduğunun daha bir sübutu kimi səssüstü və hipersəsli qanadlı raketlərin işləməsi üçün vacib olan hava-götürücünün (hava sorucu sistemin) yoxluğunu göstərir. "P-800 Oniks" raketində olduğu kimi, burun hissədə həlqəvi hava-götürücünün olması barədə fərziyyələr də təsdiqini tapmır. Çünki "Zirkon"un burun hissəsinin təsvir olunduğu rəsmi patent sənədlərində belə bir element görünmür.

Tədqiqatçı qeyd edir ki, mühərrikin tipini müəyyən etmək üçün ən ciddi sübutlar Ukraynada tapılan raket qalıqlarıdır. Kiyev Məhkəmə Ekspertizası Elmi-Tədqiqat İnstitutunun nümayiş etdirdiyi fraqmentlər arasında analitik bərk yanacaqlı raket mühərrikinin ön qapağına bənzəyən detalı identifikasiya edib. Həmin detalda düzaxınlı hava-reaktiv mühərriki üçün mütləq lazım olan mərkəzi hava-götürücü element yoxdur.

Qints vurğulayır ki, raketləri bəsit şəkildə "hipersəsli" və "qeyri-hipersəsli" sistemlərə bölmək real mənzərəni əks etdirmir. Çünki hipersəs sürətlərində uçuşun özünəməxsus mürəkkəblikləri var və söhbət daha çox manevr imkanlarının dərəcəsindən gedir. Lakin ekspert onu da etiraf edir ki, hipersəsli qanadlı raket olmayan və daha az manevr edən kvaziballistik raket belə, hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilmək üçün ciddi çətinliklər yarada bilər.

Bundan əvvəl hərbi analitik Aleksandr Musiyenko da "Zirkon" hipersəs raketlərinin imkanları barədə çoxlu miflərin olduğunu bildirib. Onun sözlərinə görə, raket rusiyalı istehsalçıların bəyan etdiyi taktiki-texniki xüsusiyyətlərə qətiyyən cavab vermir. Musiyenko qeyd edib ki, "Patriot" HHM kompleksləri "Zirkon"a qarşı effektiv mübarizə aparır və Ukrayna hərbçiləri bu kompleks vasitəsilə sözügedən raketləri hər zaman uğurla vura biliblər. Burada yeganə problem Ukraynanın əlində kifayət qədər "Patriot" sistemlərinin və raketlərinin olub-olmamasıdır.

Hərbi ekspert Pavel Naroqnı isə bildirib ki, Rusiyanın "Zirkon" raketindən istifadə etməklə atdığı hər bir tək bircə atəş onlara 5-6 milyon dollara başa gəlir.

Bu isə "İsgəndər" və ya "Kinjal" raketlərinin buraxılışından xeyli bahadır. Ekspert "Zirkon" gəmiəleyhinə qanadlı raketinin bərk yanacaqlı mühərrikə sahib olduğunu və buraxılışdan dərhal sonra raketi sürətlə səsüstü sürətə çatdırdığını təsdiqləyib. Naroqnı vurğulayıb ki, bu raketin əsas təhlükəsi məhz sürətindədir, çünki onun hədəfə çatması çox az vaxt apardığından Havadan Müdafiə qüvvələrinin reaksiya verməsi və onu vurması üçün zaman pəncərəsi hədsiz dərəcədə daralır. /Musavat.com/

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:199
embedMənbə:https://moderator.az
archiveBu xəbər 23 İyun 2026 09:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see294

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see294

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see290

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see271

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see269

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see263

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see262

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see241

Məşhur model milyarderə ərə getdi

15 Noyabr 2026 00:26see226

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

15 Noyabr 2026 14:28see214

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see213

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

15 Noyabr 2026 13:13see213

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

15 Noyabr 2026 13:53see211

Kayli Cennerin keçmiş işçisi məhkəməyə müraciət etdi Ağır ittihamlar

14 Noyabr 2026 23:23see209

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

15 Noyabr 2026 19:14see207

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

15 Noyabr 2026 13:40see201

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see197

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see189

Tuxel İspaniya mediasına sərt reaksiya verdi: “Siz özünüz qalmaqal yaradırsınız”

15 Noyabr 2026 02:17see182

Azərbaycanda sərnişin mikroavtobusu qəzaya uğradı: Çox sayda yaralı var Video

15 Noyabr 2026 16:38see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri